Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                 

Kolxoz dövrü bitsə də, Ağdaş bazarında "kolxoz qaydaları" hələ də qalır - FOTOLAR
Tarix: 8-09-2014, 14:39 | Çap et
Kolxoz dövrü bitsə də, Ağdaş bazarında "kolxoz qaydaları" hələ də qalır
Ağdaş rayonunda fəaliyyət göstərən kolxoz bazarındakı vəziyyəti müşahidə etmək üçün getdiyimizdə qapıda rastlaşdığımız qadından eşitdiyimiz ilk cümlələr belə oldu.

Düzü, bazara ilk girən kimi belə bir mənzərə ilə rastlaşacağımızı bilirdik. Çünki sovet dövründən qalan “kolxoz” tipli bazarlarda bu cür yer davalarının olması heç kimə sirr deyil. Bu bazarların fəaliyyətinin müasir tələblərə cavab vermədiyi də hər kəsə məlumdur. Ağdaşda da satıcılar antisanitar şəraitdə, sıxlıqda, açıq havada yayın istisində, qışın soyuğunda çətinliklə fəaliyyət göstərirlər. Qışda palçıq əlindən bazara girmək olmur.

Xüsusilə bayram günlərində, alış-verişin çox olduğu zamanlarda bazarda adam əlindən tərpənmək olmur. Belə bazarlarda alıcılıq qabiliyyətinin yüksək olmasına baxmayaraq məhsullar mütəmadi olaraq laboratoriyada yoxlanılmır. Bu baxımdan bazarda satılan qidaların keyfiyyətinin standartlara cavab verib verməməsi məsələsi sual doğurur.

Sovet dövründən qalma bu tip bazarların fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Kolxoz bazarları rayonun xarici görünüşünə də mənfi təsir göstərir. Ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi dövlət proqramlarının nəticəsi olaraq bütün regionlar, rayon mərkəzləri abadlaşdırılıb və müasirləşdirilib.

Kolxoz dövrü bitsə də, Ağdaş bazarında "kolxoz qaydaları" hələ də qalır

Prezident İlham Əliyev Ağdaşda da bir çox müasir obyektlərin, inzibati binaların, yolların açılışında şəxsən iştirak edib.

Lakin bu müasirlik və inkişafın içərisində bu gün Ağdaşın mərkəzində bəzi şəxslər tərəfindən kolxoz bazarına bitişik 2 şəxsi həyətin ərazisindəki evləri də sökərək bir vaxtlar Ağdaş camaatına mədəni xidmət göstərən və Mədəniyyət Nazirliyinin balansında olan yay kinotetrının ərazisini də həmin şəxsi həyətlərə birləşdirərək qeyri-qanuni bazar kimi işlətmək - həm də qanunsuz sahibkarlıqla məşğul olmaq - ölkə qanunlarına və prezidentin siyasi kursuna ziddir.

Amma nə üçünsə rayonun müvafiq qurumları buna göz yummaqda davam edirlər.

Xatırladaq ki, rayonda fəaliyyət göstərən bazarda vəziyyəti müşahidə etməkdə əsas məqsəd bir neçə gün əvvəl redaksiyaya daxil olan şikayət məktubu ilə bağlıdır. Həmin kolxoz bazarının sahibi Aydın Fərzəliyev bizə müraciətində rayonda üzləşdiyi haqsızlıqlardan narazı olduğunu bildirmiş və bunu əyani şəkildə görmək üçün bizdən rayona gəlməyi xahiş etmişdi.

Kolxoz bazarın sahibi A.Fərzəliyev də qeyd edir ki, rəhbərlik etdiyi köhnə kolxoz bazarına bitişik 2 şəxsi həyət və ona bitişik yay kinotetrındakı ərazidəki bu çirkab içərisində olan kolxoz bazarı qanunsuz fəaliyyət göstərir və yığılan pullar ayrı-ayrı şəxslərin ciblərinə gedir.

Kolxoz dövrü bitsə də, Ağdaş bazarında "kolxoz qaydaları" hələ də qalır

Eyni zamanda rayon mərkəzinin içində müasir tələblərə cavab verən yeni bazar da istifadəyə verilib.

Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq İbrahimov da kolxoz bazarında səliqə-sahmanın yaradılmasının vacibliyini qeyd etsə də hələlik rayonun heç bir vəzifəli şəxsi bu istiqamətdə iş aparmaq istəmir və hamı buna göz yumur. Niyə? Hansı maraqlara görə?

A.Fərzəliyev deyir: "Mənim üçün də satıcıların burada və ya da yeni bazarda fəaliyyət göstərməsinin əhəmiyyəti yoxdur. Məni hələlik narahat edən məsələlərdən biri də qanunla mənə məxsus olan ərazinin qanunsuz bazardan ayıran hasarın sökülməsidir. İki obyektin sərhədini müəyyən edən hasarın çəkilməsini şəhər icra nümayəndəsi Azər Paşayev haqsız şəkildə qeyri-qanuni hesab edir. O, mənim çəkdiyim hasarı əlində bildiriş, məhkəmə sənədi olmadan polislərlə birgə zorakı yolla sökdürüb. Bu haqsızlıqdan sonra icra başçısı ilə görüşmək istədim. Başçının birinci müavini mənə dedi ki, Tofiq müəllimin bu işdən xəbəri yoxdur.

Bazarda səliqə-səhman yaratmaq üçün də obyektimi hasarlamalıyam. Belə olan təqdirdə həmin piştaxtalar götürüləcək, əhalinin rahat şəkildə bazarlıq etməsi üçün yer genişlənəcək. Satıcılar gündən, yağışdan qorunacaq”.

A.Fərzəliyev hasarın çəkilməsinə mane olmaq istəyənlərin məqsədinin məlum olduğunu vurğulayır: “Camaatda sual yaranacaq ki, bu, bazardırsa, hasarın arxasında olan nədir. Belə olan halda o bazarda camaat ticarətlə məşğul olmayacaq. Bu da qanunsuz bazarın sahiblərinə sərf etmir. "Hasar çəkirəm" deyən kimi o saat həmin qanunsuz bazarın sahibi bəzi öyrədilmiş adamları üstümə tökür. Mənə hasar çəkməyə imkan versinlər ki, sabah lazım gəldikdə obyektimi başqasına sata bilim”.

Kolxoz bazarının sahibi A.Fərzəliyev həmçinin aşağıdakıları qeyd etdi: “Obyekt sahibləri həyətyanı sahədə evi sökərək bazar açıblar. Eyni zamanda rayon Mədəniyyət Evinin yay kinoteatrının ərazisini də zəbt ediblər. Halbuki qanuni şəkildə bazar fəaliyyəti göstərmək üçün ilkin şərtlərdən biri də ərazinin qeyri-yaşayış sahəsi olmasıdır. Vergi işçiləri gələndə iki obyektin vergisini də mənim adıma hesablayırlar. Bir il ərzində bu bazar üçün 30000 min manatdan artıq vergi ödəyirəm. Həmin şəxsləri başa sala bilmirəm ki, digər obyekt mənə məxsus deyil. Əslində onlar da haqsız deyil. Çünki işçi görür ki, bu iki obyektin arası açıqdır, ikisi də bazardır. 42 sot ərazi qanuni şəkildə “Parabank”a məxsusdur. Çünki bu bazar əvvəllər “Parabank”a girov qoyulub. Sonradan bank bazarın səhmlərinin 90 faizini alıb. 25-30 sot torpaq da digər obyektin ərazisinə düşür. Artıq mən məhkəməyə müraciət edəcəm. Məhkəmə zamanı icra nümayəndəsi Azər Paşayev mənə cavab verməli olacaq. Hasarımı sökdürən gün də qanunsuz şəkildə bu işi gördüklərini xatırlatdım. Amma o, bütün bunlara məhəl qoymadı. Üstəlik ona haqlı olaraq verdiyim bütün sualların qarşısında susdu. Sadəcə o, qanunsuz fəaliyyət göstərən həmin bazarın sahibləri ilə əlbirdir” .

Bu gün əksər rayonlarda bazarlar müasir standartlara uyğun şəkildə fəaliyyət göstərir. Ağdaş rayonunda da ötən ayın əvvəllərində yeni bazar kompleksi istifadəyə verilib. Həmin bazar tam olaraq müasir tələblərə cavab verir.

Belə olan halda satıcıların müasir tipli bazara köçməsinə nə mane olur?

“Qafqazinfo”nun əməkdaşı iki bazarın da vəziyyətini müqayisə etmək üçün təzə açılmış “Yeni tipli bazar” kompleksində də olub. Həqiqətən də burada satıcılar üçün hər cür şərait yaradılıb.

Kolxoz dövrü bitsə də, Ağdaş bazarında "kolxoz qaydaları" hələ də qalır

Kompleksin icraçı direktoru Çingiz Hacıyev bildirdi ki, yeni bazarda fəaliyyət göstərmək üçün hər cür şərait yaradılıb, müasir laboratoriya ilə təchiz edilib. Lakin bəzi qüvvələr köhnə və qanunsuz bazarın qalmasına şərait yaradırlar. Yeni bazarda bütün komfortun olmasına baxmayaraq bəzi şəxslər qanunsuz və antisanitariya şəraitində fəaliyyət göstərən bazarın işləməsinə üstünlük verir, satıcıların bura köçməsinə mane olurlar.

Bizim Ağdaşda gördüklərimizdən haqlı olaraq bəzi suallar yaranır. Görəsən, hər gün qanunsuz fəaliyyət göstərməklə külli miqdarda vəsait əldə edərək həmin pulları dövlətdən gizləyən, vergidən yayınan və qanunları pozan bu işbazlar insanları antisanitariya vəziyyətində alış-veriş etməyə məcbur edərkən cinayət törətdiklərini bilirlərmi?

Bu işbazlar vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma kimi cinayət məsuliyyəti yaradan əməllərin təsiri altına düşürlərsə, vergi, polis və prokurorluq orqanları nəyə görə susurlar?

Ərazisi zəbt edilmiş Mədəniyyət Nazirliyi hara baxır?

Rayon rəhbərliyi bu gün xəstəlik mənbəyi olan və antisanitariya şəraitində fəaliyyət göstərən, şəhərin ümumi gözəlliyinə xələl gətirən həmin qanunsuz bazarın işləməsinə nə vaxta qədər göz yumacaq?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Bu gün, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Bu gün, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Bu gün, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Bu gün, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Bu gün, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru