“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                 

Oğuzda Azərbaycanın təbii sərvəti olan meşələrimizə belə divan tutulur - Vətəndaş prezidentə şikayətçi düşdü
Tarix: 10-07-2014, 15:15 | Çap et
Oğuzda Azərbaycanın təbii sərvəti olan meşələrimizə belə divan tutulur
DİA.AZ: - Oğuz şəhər sakini F.İbrahimovun adından redaksiyamıza Oğuz meşələrinin qırılması ilə bağlı ilginc ittiham və faktlarla dolu şikayət məktubu daxil olub. Bildirək ki, DİA.AZ-a daxil olan məktub eyni zamanda müxtəlif KİV-lərə və prezident İlham Əliyev başda olmaqla bir sıra dövlət rəhbərlərinə də ünvanlanıb. Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident!

Sizin bir siyasi rəhbər kimi həyata keçirdiyiniz siyasi kursu bəyənirik və yüksək qiymətləndiririk. Ölkə prezidenti kimi fəaliyyətinizdən razıyıq. Lakin qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar yerli məmurlar tərəfindən icra olunmur. Əsəsən də Oğuz rayonuna son 10 ildə təyin etdiyiniz icra başçıları, onların müavinləri korrupsiyadan çəkinməmişlər və xüsusi olaraq yeganə sərvəti meşəçilik olan rayonda meşə dağıntılarının kütləvi hal alması çoxları kimi bizləri-bir qrup Oğuz ziyalılarını da ciddi narahat edir.

Cənab Prezident!

And içirik ən müqəddəs saydığımız varlıqlara ki, 1990-cı ildən üzü bu yana rayona təyin edilən birinci şəxslər-icra başçıları, prokurorlar, polis rəislərinin əsas gəlir mənbəyi Oğuz meşələri olmuşdur. Son 15 ildə Oğuzda 5 icra başçısı dəyişdirilib. Onların rəhbərliyi ilə meşələrimiz, bağ-bağçamız dağıdılıb, 100 illərə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz kəsilmiş və bu işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılmışdır.

Sonuncu dəfə- 1 il əvvəl rayona təyin edilən bizim həmyerlimiz (Özünü hər kəsə sizin yaxın dostunuz olduğunu bildirir) Eyvaz Qurbanov isə rayona rəhbər təyin edilən kimi В«meşə mafiyasıВ» yaratdı. O, hamını yaxşı tanıyırdı… Eyvaz Qurbanov (əvvəlki RİH başçısı Aydın Əlihüseynovun vaxtında da meşə korrupsiyasına başçılıq edən) indiki müavini və yaxın dostu sayılan Azad Əliyevə Oguz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və oduncaq kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işini həvalə etdi. Bu həmin Azad Əliyevdir ki, əvvəllər rayonda qaz idarəsinin rəisi işləyirdi və nə işlər görürdü, hansı əməllər törədirdi, bunu bütün rayon bilir. Onun əvvəlki RİH başçısı Aydın Əlihüseynovu necə bezdirib rayondan qaçırtdığını da hamımız bilirik (Bu hissədə bəzi korrupsiya və rüşvət faktları sadalanır və bu faktları araşdırmadan yaza bilməzdik, məhkəmə perspektivindən uzaq olmaq üçün). A.Əliyev bununla da rayonda meşələrə qənim kəsilən korrupsiya şəbəkəsi yaratdı və çox fəal fəaliyyətə başlayıbdır. Hətta ola bilsin onun bəzi işlərindən öz dostu Eyvaz Qurbanov da xəbərsizdir. Amma rayonda kənardan hamı hər şeyi görür. Görür ki, Oğuz meşələri Azad Əliyevin əlindən necə qan ağlayır…

Rayon polis şöbəsinin rəisi də bu korrupsiya şəbəkəsinin üzvüdür. Bu yolla əldə edilən qanunsuz gəlirlərdən hər ay Azad Əliyevin komanda üzvlərinin bildirdiyinə görə polisə haqq ayrılır. Cənab Prezident!

Məlumunuz olsun ki, meşə materiallarının Oğuzda qanunsuz qırılıb, dağıdılıb satılması yolu ilə hər ay bu komanda 350-400 min manat qanunsuz gəlir əldə edir. Belə ki, 1 В«KaMAZВ» ( 62 sm-lik) oduncaq yeşik taxtasına yarayan odun meşə işçiləri tərəfindən işbazlara 800 manata satılır. Hər bir maşının (materialla dolu ) rayondan polis işçiləri tərəfindən keçirilməsinə 400 manat pul alınır. Bu hər gün belədir və bir müşahidəçi olsa, yetər ( В«TəzadlarВ» artıq bir əməkdaşını rayona ezam edib.Red.). Material satışı ilə məşğul olan işbazlar rayondan satılan hər bir В«KaMAZВ» maşınları üçün Azad Əliyevə 600 manat verirlər. Göyçay, Ağdaş, Şəmkir, Yevlax kimi rayonlarda fəaliyyət göstərən yeşik istehsalı sexlərinə həmin bir maşın ağac materialı 2500 manata satılır. Azad Əliyev rayonda 8 yerdə meşə materialından yeşik reykası hazırlayan sex işlədir ki, həmin sexlərdə Oğuz meşələrindən qanunsuz qırılmış meşə materialı hesabına işləyir. Bu sexlərdə hər bir maşın (62-sm-lik) materialdan 100-120 min ədəd yeşik taxtası istehsal edilir. Bu qanunsuz sexlər Oğuz şəhərində, həmçinin Oğuzun keçmiş quşçuluq fermasında ( В«raypoВ»ya məxsus) Rüfət Həsrətov adlı şəxsin evində, Kərimli kəndində Qüdrət müəllimin evində, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidovun bağında, Xal-Xal kəndində, Muxas, Calud kəndlərində və sair yerlərdə fəaliyyət göstərir. Azad Əliyevin razılığı olmadan Oğuzda hec bir kəs meşə materialının emalı və satışı ilə məşğul ola bilməz. Azad Əliyevin bu koorrupsiya fəaliyyətini nizamlayan, yerlərdən pulları toplayan, material satışını təşkil edən sirdaşı- padarlı Nail və oğuzlu Hamildir. Bu koorrupsiya üzvlərinin bildirdiyinə görə Azad Əliyevin əldə olunan qazancının 50 %-i başçıya verilir, 30%-i, yəni 100-120 min manatı isə özünə qalır, qalan hissəsi isə meşə işçilərinə və digər üzvlərə paylanır.

Cənab prezident!

Biz oğuzlular meşələrimizin qırılmasının tam əleyhinəyik. Neçə illərdir ki, etiraz səsimizi qaldırırıq. Sizlərə, rəhbər orqanlara narahatlığımızı bildiririk, ölkə mətbuatında bu barədə məlumat verilir. Heç bir müsbət nəticəsi olmur. Meşələrin qırılması ilə bağlı şikayət məktubu Prezident Administrasiyasına çatan kimi, rayona baxan В«kuratorВ» tərəfindən başçı ora-bura çağrılır, nə tapşırıq verilirsə, Azad Əliyev meşə dağıdan korrupsiyaçılara 10-15 gün fasilə vermələrini tapşırır, sonra yenə əvvəlki kimi iş davam etdirilir. Görünür ki, bizim meşələrimizin dağıdılması üçün sizə etdiyimiz müraciətimiz hansısa məmurların əlinə keçir, sonra isə məsələ düyünə düşür.

Cənab Prezident!

Siz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə barədə sərəncam vermisiniz. Cənab Ramiz Mehdiyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasının rəhbəridir. Bəs nə əcəb yerli aparatlarda əyləşən icra başçısı, onun müavini və digərləri Sizin bu sahədəki mübarizənizə kölgə salırlar? Biz son 10 ildə Prezident Administrasiyasına, Ekologiya Nazirliyinə yüzlərlə Oğuz ziyalıları adından meşələrimizin qanunsuz dağıdılması, talan edilməsi haqqında onlarla müraciətlər etmişik. Amma yerli məmurlar bunlara məhəl qoymurlar. Qarabağın Topxana meşəsini düşmən dağıtdı. Oğuzun meşələrini isə yerli məmurlar viran qoyur.

Cənab Prezident!

Oğuzun Yaqublu kəndi rayonda sonuncu, sərhəd ərazidir. Bizim dediklərimizə inanmayanlar əgər bu koorrupsiya şəbəkəsinin ifşa olunmasını, biz yazan faktların doğruluğunu bilmək istəyirsə, bir gün ərzində həmin kənddən Şəki rayonunun taxılçılıq sovxozuna keçən yolda müşahidə aparsınlar. Hər şey bəlli olacaqdır. Hər gün axşamlar oradan 15-20 В«KaMAZВ» dolu meşə materialı ötürülür.

Oğuz Meşə İdarəsində ixtisaslı meşə işçisi qalmayıb. Meşələrin qırılmasına etiraz edən ixtisaslı meşəçilər işdən kənarlaşdırılıbdır. Əvəzində Azad Əliyev öz adamlarını meşə nəzarətçiləri təyin etdirib. Bəs ulu öndər H.Əliyevin siyasi kursunu davam etdirməli olan Oğuz RİH başçısı Eyvaz Qurbanov, onun müavini Azad Əliyev, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov hara baxır???

Ulu öndər H.Əliyev deyirdi: "Bir qanunsuz yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər". Dünya azərbaycanlılarının konfransında bütün dünya azərbaycanlılarına "xeyir-dua" etdi. H.Əliyev deyirdi: " Sizin çaylariniz qurumasın, ocağınız sönməsin, bulaqlarınız qurumasın, ağaclarınız kəsilməsin!В». Bəs meşəsi olmayan ərazidə, çaylarda, bulaqlarda su olarmı? Milyard manatlarla xərclə Bakıya Oğuzdan su xətti çəkilib Meşə olmasa yerin altında su ehtiyatı necə təmin oluna bilər?

Ölkənin birinci xanımı Mehriban Əliyevə elə bu ili də В«Ekologiya ili!В» elan ebibdir. Mehriban xanımın bu möhtəşəm təşəbbüsü Oğuzda niyə alt-üst başa düşülüb???

Cənab Prezident! Bəzi məmurlar həqiqətən də odla oynayırlar və təbiətə qənim kəsiliblər. Onların qarşısını inanırıq ki, ən azı bu müraciətimizdən sonra Siz kəsəcəksiniz.
Böyük ümid hissi ilə:

Oğuz ziyalıları və təbiət sevənlər adından: F.İbrahimovВ»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru