Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC fiziki şəxs İbadova Sevinc Vəkil qızı (VÖEN – 1502429262) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, “ASAN Xidmət” İbadova Sevinc Vəkil qızından 1 saylı Bakı “ASAN Kommunal” mərkəzi üçün (Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən (1-ci və 2-ci mərtəbə) 2660 kv.m olan qeyri yaşayış sahəsi) ofis sahəsini icarəyə götürəcək və qarşılığında 660 min manat ödəyəcək.






