Xaçmaz İcra Hakimiyyəti bir müddət əvvəl elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Bilidirlir ki, İcra Hakimiyyəti Xaçmazda çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərini həyata keçirəcək. Bununla bağlı, “BAKU BUILDING” MMC ilə satınalma müqaviləsi imzalanıb. Həmin müqavilənin dəyəri isə 532 min 336 manat təşkil edəcək.









