"TikTok"da söyüş söydü, həbs edildi .....                     Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub .....                     İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu... .....                     Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə .....                     Tanışını biznes vədi ilə aldadıb 76 min manatını ələ keçirən şəxs .....                     Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi .....                     Xaçmaz İcra Hakimiyyəti damları .....                     Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu .....                     Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq .....                     "Ermənistan Aİ-yə gedirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır" .....                     Şirkətin kapitalı azaldılır .....                     İran tamamilə çökür .....                     Azərbaycan Orta Asiyaya daxil olur: Özbəkistanla ittifaq bölgəni dəyişdirir .....                     Nazirlik əlillərin reabilitasiyasına görə sifariş etdiyi mallara .....                     Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? .....                     Hazır uşaq yeməyi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? .....                     Onlara xərçəng xəstəsi olduqları deyilməlidirmi? .....                     Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək .....                     Azərbaycanda da satılan bu məhsulda .....                     Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır .....                     Elçibəyin qardaşı qızının evi əlindən alındı .....                     Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər .....                     Ermənistanda daha bir hərbçi intihar edib .....                     Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? .....                     Günə 77 qəpiyə “Nar”dan smartfon! .....                     Paşinyandan kritik bəyanat, Kremlin operativ cavabı .....                     Ukraynaya dəstək lazım olduğu qədər davam etdiriləcək .....                     Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib .....                     Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır .....                     Məhkəmə Rüfət Səfərov barədə qərar verib .....                     Marketlərdə endirimli qiymətlər: .....                     67 yaşlı məmur işçisinə görə cərimələndi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Şuşa sakinləri evlərini kirayə verirlər: Bir günü 150 manata .....                     Paşinyandan QARABAĞ AÇIQLAMASI... .....                     22 ildir Azərbaycanda fəaliyyət göstərən xarici şirkət ləğv olunur .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Bəylər Eyyubov da Prezidenti Özbəkistanda müşaiyət edir .....                     Yeni konstitusiyamız məhkəmə sistemindəki boşluqları aradan qaldırmağa imkan verəcək .....                 

Onlara xərçəng xəstəsi olduqları deyilməlidirmi? - Qanuna əsasən...
Tarix: Bu gün, 16:40 | Çap et

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən onkoloji (xərçəng) xəstəlikdən vəfat etdi. Ölümündən sonra məlum olub ki, Nuraniyə sağalmaz xəstəliyi barədə heç vaxt məlumat verilməyib. O, bir neçə il sadəcə mədə xorasından əziyyət çəkdiyini və buna görə müalicə aldığını güman edirmiş.

“Real TV”nin baş direktoru Mirşahin Ağayev “Hamıya doğru, özünə yalan danışan - NURANİ” yazısında bunları qeyd edib:

“Həmişə hər kəsə doğrunu çatdıran Nuranimiz özünü aldatdı…Uzun müddət. Xəstəliyini gizlətdi. Əvvəl anası istəmişdi ki qızı, sevimli Tofiqəxanımı-xərçəngə tutulduğunu bilməsin. Sonra da Nurani özü inanmaq istəmişdi ki, sadəcə qostritdən əziyyət çəkir. Mədəsini aldatmışdı. Xərçəngə tutulduğunu ona sonadək demədilər. Nurani xərçəng olduğunu bilmədi”.

Jurnalistin vaxtsız ölümü və yuxarıda qeyd etdiyimiz məsələ uzun illərdir müzakirə predmeti olan bir məsələni yenidən gündəmə gətirib: ağır xəstəliyə düçar olanlara zamanında bu barədə məlumat verilməlidirmi?

Özü uzun müddətdir xərçəngdən əziyyət çəkən jurnalist Gülşən Şərif hesab edir ki, insanın xəstəliyinin ondan gizlədilməsi doğru deyil:

“Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) mədə xərçəngindən əziyyət çəkirdi. Ancaq son anına kimi özü bunu bilmədi. Çünki özünə deyilmədi xəstəliyi. Onkoloji xəstələrə qarşı bu cür yanaşmanın tərəfdarı deyiləm. İnsanın hansı xəstəliklə, nəylə mübarizə apardığını bilmək haqqı var. Biz də anamın xəstəliyini ona bildirməmişdik. Son anına kimi bilmədi. İndi deyirəm, kaş bilərdi. Kaş gizlətməzdik. Yaxşılıq düşüncəsiylə atılan hər addım yaxşı iş sayılmır. Bəlkə də insan xəstəliyini bilsə, mübarizəsində daha güclü olur? Xəstəliyi heç kim arzulamır, amma gəlibsə, utanılası bir şey deyil...Ağır, amma dərs çıxarılası bir sınaqdır.

Özüm səhhətimlə bağlı 1 aylıq müxtəlif analizlərin son nəticəsi olaraq, həkimimdən xahiş etmişdim ki, mənə düzünü desin. Bilirəm, bu, həkim üçün də ağırdı. Çox sağ olsun, gizlətmədi. Bir saatdan bəlkə də çox telefon danışığımız oldu. Psixoloji çökmüşdüm, amma məni ayağa qaldıran da elə həkimim olmuşdu. Yəni, insan övladı ən ağır acını belə qəbul edə bilir. Ona görə insanlardan xəstəliyi gizlədilməməlidir.

4-cü mərhələdən belə sağalananlar var. Bəlkə Tofiqəxanım xanım da xəstəliyini bilsə, xəstəliyinə yanaşması daha fərqli olardı. Bütün mübarizələrdə psixoloji yanaşma da çox vacibdir”.

Milli Məclisin deputatı, məşhur ürək cərrahı Rəşad Mahmudov Ölkə.az-a bildirib ki, ümumi tibbi prinsip baxımından xəstənin öz diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, müalicə imkanları və proqnozu barədə məlumat almaq hüququ var.

“Xüsusilə xərçəng kimi ağır xəstəliklərdə diaqnozun xəstədən gizlədilməsi müasir tibbi etikanın əsas yanaşması hesab edilmir”, - həkim vurğulayıb.

Onun sözlərinə görə, burada çox həssas bir məqam da var: “Həqiqəti demək başqa, ümidi xəstənin əlindən almaq başqadır. Həkimin vəzifəsi məlumatı xəstənin psixoloji vəziyyətini, məlumatı qəbul etmə qabiliyyətini və xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, mərhələli, doğru və mümkün qədər həssas şəkildə çatdırmaqdır. “Sağalma ehtimalı azdır” ifadəsi də “heç bir ümid yoxdur” demək deyil. Müalicənin məqsədi bəzən sağaltmaq, bəzən xəstəliyin gedişini ləngitmək, bəzən isə ömrü uzatmaq və həyat keyfiyyətini qorumaq olur”.

R.Mahmudov hesab edir ki, bəzən ailələr xəstəni qorumaq məqsədilə diaqnozun ona bildirilməməsini həkimdən xahiş edirlər: “Bunun arxasında insani və başadüşülən narahatlıq dayansa da, xəstə özü məlumat almaq istəyirsə və qərarvermə qabiliyyətinə malikdirsə, onun öz sağlamlığı barədə həqiqəti bilməsi, müalicə qərarlarında iştirak etməsi əsas prinsip olmalıdır. Yəni məsələ “xərçəng diaqnozu xəstəyə deyilməlidir, yoxsa deyilməməlidir?” qədər sadə deyil. Əsas məsələ doğru məlumatın doğru zamanda, doğru formada və insanın ümidini məhv etmədən çatdırılmasıdır. Bu, tibbin həm etik, həm də ən insani tərəflərindən biridir”.

Bəs Azərbaycan qanunvericiliyi nə deyir?

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev saytımıza deyib ki, qaldırılan məsələ çox aktualdır: “Bu, təkcə tibbi deontologiya və etika məsələsi deyil, həm də insan haqları məsələsidir. Sovet təbabətində uzun illər bir müqəddəs yalan anlayışı var idi: xəstənin vəziyyətinin ağırlaşmaması, onun emosional halının pisləşməməsi, depressiyaya düşməməsi və sair məqsədlərlə pasiyentə xəstəliyin diaqnozu və proqnozu bildirilmirdi. Amma dünya təbabəti bu yanaşmanı qəbul etmir. Azərbaycanda da səhiyyə sahəsində çərçivə qanunu hesab olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda da bütöv bir fəsil pasiyentin hüquqlarına həsr olunub. Burada pasiyentin hansı hüquqlara malik olması, o cümlədən öz xəstəliyi, xəstəliyin diaqonozu, gedişatı ona tətbiq olunan müalicə üsulları, nəticəsi, proqnozu barədə hərtərəfli məlumat alma hüququ əksini tapıb”.

Əməkdar jurnalist Nurani ilə bağlı məsələyə gəldikdə isə komitə sədri söyləyib ki, əgər fakt doğrudursa, o zaman mərhumun hüquqları pozulub:

“Belə hallarda əsasən ailə üzvləri, yaxınları həkimdən xahiş edirlər ki, xəstəyə konkret diaqnozu deyilməsin, amma bu yanlışdır”, - M.Quliyev vurğulayıb.

Komitə sədri hesab edir ki, bu, həm qanunun, həm də tibbi etikanın pozulmasıdır: “Hər kəsin öz xəstəliyinin konkret diaqnozu, gedişatı və proqnozu barədə məlumat almaq hüququ vardı. Çünki xəstə bilməlidir ki, nə qədər ömrü qalıb, onun nə qədər hissəsi aktiv ömür olacaq və buna görə də planlar qurub, onu reallaşdırmaldıır. Yarımçıq qalan işlərini, elmi əsərlərini, məqalələrini, digər yazılarını necə bitrsin, kreditlərini, borclarını qaytarsın. Vəsiyyəti varsa, onu zamanında və ayıq başla edə bilsin. Ona görə də hesab edirəm ki, Səhiyyə Nazirliyi, TƏBİB bununla bağlı tibb işçiləri arasında lazımi maariflərndirmə işləri aparmalıdır.

Mən də pasiyentə xəstəliyinin diaqnozu, proqnozu barədə əvvəlcədən məlumat verilməsinin tərəfdarıyam. Qanun da bunu tələb edir. Praktika da onu göstərir ki, onkoloji və digər ağır diaqnozu olan xəstələr tədricən buna alışır, taleləri ilə barışırlar”.

Mürtəza - olke.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"TikTok"da söyüş söydü, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 17:56
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub - BUNDAN SONRA...
Bu gün, 17:49
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu... - MƏQALƏ
Bu gün, 17:45
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə TƏLTİF EDİLDİ
Bu gün, 17:37
Tanışını biznes vədi ilə aldadıb 76 min manatını ələ keçirən şəxs AZADLIĞA BURAXILDI
Bu gün, 17:35
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
Bu gün, 17:29
Xaçmaz İcra Hakimiyyəti damları 533 minə dəyişəcək
Bu gün, 17:25
Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…
Bu gün, 17:20
Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq - Paşinyan belə deyir...
Bu gün, 17:16
"Ermənistan Aİ-yə gedirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır" - BAŞQA YOLU YOXDUR...
Bu gün, 17:13
Şirkətin kapitalı azaldılır – Sərbəst qalan vəsaitlər səhmdarlara qaytarılacaq
Bu gün, 17:09
İran tamamilə çökür - Tramp
Bu gün, 17:08
Azərbaycan Orta Asiyaya daxil olur: Özbəkistanla ittifaq bölgəni dəyişdirir - GƏLİŞMƏ
Bu gün, 17:03
Nazirlik əlillərin reabilitasiyasına görə sifariş etdiyi mallara 16,7 milyon manat xərcləyəcək
Bu gün, 16:58
Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
Bu gün, 16:54
Hazır uşaq yeməyi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 16:51
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
Bu gün, 16:47
Onlara xərçəng xəstəsi olduqları deyilməlidirmi? - Qanuna əsasən...
Bu gün, 16:40
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək - DİQQƏT
Bu gün, 16:37
Azərbaycanda da satılan bu məhsulda ÖLÜMCÜL BAKTERİYA aşkarlandı
Bu gün, 16:36
Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır - TƏFƏRRÜAT
Bu gün, 16:31
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
Bu gün, 16:28
Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər - Paşinyan
Bu gün, 16:25
Ermənistanda daha bir hərbçi intihar edib - “Hraparak”
Bu gün, 16:23
Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
Bu gün, 15:30
Günə 77 qəpiyə “Nar”dan smartfon! - DİQQƏT!
Bu gün, 15:26
Paşinyandan kritik bəyanat, Kremlin operativ cavabı – Ermənistan KTMT-dən qopur?
Bu gün, 15:25
Ukraynaya dəstək lazım olduğu qədər davam etdiriləcək - Koşta
Bu gün, 15:23
Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib - MƏQALƏ
Bu gün, 13:41
Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 13:39
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
Bu gün, 12:57
Marketlərdə endirimli qiymətlər: - Alıcılar nəyi bilməlidirlər?
Bu gün, 12:50
67 yaşlı məmur işçisinə görə cərimələndi - FOTO
Bu gün, 12:48
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:38
Şuşa sakinləri evlərini kirayə verirlər: Bir günü 150 manata - DETALLAR
Bu gün, 12:20
Paşinyandan QARABAĞ AÇIQLAMASI... - Ermənistan məhv ola bilərdi
Bu gün, 12:16
22 ildir Azərbaycanda fəaliyyət göstərən xarici şirkət ləğv olunur
Bu gün, 12:12
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 12:11
Bəylər Eyyubov da Prezidenti Özbəkistanda müşaiyət edir - FOTO
Bu gün, 12:05
Yeni konstitusiyamız məhkəmə sistemindəki boşluqları aradan qaldırmağa imkan verəcək - Paşinyan belə deyir...
Bu gün, 12:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
Bu gün, 12:00
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
Bu gün, 11:48
Məhkəmə qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 11:42
"Mənim hesablarımda hansı şübhəli əməliyyat var?" - NARAZILIQ VAR...
Bu gün, 11:29
Azərbaycan-Türkiyə-ABŞ üçbucağı... Zəngəzur yolu və İran... - Erməni ekspertin şərhi...
Bu gün, 11:12
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
Bu gün, 11:10
Paşinyan Ermənistan dəmir yolu ilə bağlı Rusiyaya çağırış edib - "Bu tarixi fürsəti əldən verə bilmərik"
Bu gün, 11:04
Sərxoş halda evə gedən kişi həyat yoldaşını döydü: “Çox içkili idim...” - TƏFƏRRÜAT
Bu gün, 10:59
Zorakılıq, intiharlar və “Amnesty International”ın milyard dollarlıq biznesi - “Amnesty International” bu gün əslində nə ilə məşğuldur?
Bu gün, 10:55
Britaniyanın baş naziri Kiyevdə - Foto
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru