"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər” .....                     Türkiyə şirkəti Azərbaycan bazarından .....                     Nazirlikdə mühüm postlara təyinatlar oldu .....                     Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı .....                     Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq .....                     Rəqəmlərin dilini anlayan insan... .....                     Dövlət Xidmətinin əməkdaşı beynəlxalq qurumda .....                     "İnsanı bu qədər istismar etməzlər axı!" .....                     Prezident gənc nəsillə bağlı strateji çağırış etdi .....                     “Turbo.az” , “Bina.az”, “Tap.az” və “Boss.az”ı idarə edən şirkət .....                     Azərbaycanın növbəti diplomatiya uğurları .....                     Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış .....                     Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir? .....                     Paşinyan Azərbaycan şəhərinə getdi .....                     ABŞ İrana raket zərbəsi endirib, .....                     Pis nümunə dövləti zəiflədir... .....                     İsa Həbibbəyli vəzifədən gedir? .....                     Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib .....                     Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? .....                     Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” .....                     Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb .....                     Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır .....                     Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı .....                     Lavrov Tehrana səfər edəcək .....                     Eks-idarə rəisi ilk iclasda həbs edildi .....                     Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm .....                     Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib .....                     SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı .....                     ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır .....                     Hörmüz böhranı davam edir .....                     “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” .....                     Neft həftəyə bu qiymətlə başladı .....                     “Uninet”də yeni direktor təyin edilib .....                     Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub .....                     “SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat .....                     Televiziya niyə izlənilmir? .....                     Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb .....                     Bakıda hoteldə FACİƏ: .....                     Jurnalist araşdırmaları Ermənistanı silkələdi: .....                     DİN vətəndaşlara çağırış edib: .....                 

Azərbaycanın növbəti diplomatiya uğurları - MƏQALƏ
Tarix: Bu gün, 15:16 | Çap et

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Dövlətimizin başçısı bu dəfə də təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm də regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələlərə toxundu. Dövlət başçısının cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğulayıb. Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır.
Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real töhfəni bir daha nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir.
Azərbaycan lideri İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub. Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi, eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu. Dövlətimizin başçısı həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda, hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Səsləndirilən bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Bu gün ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər” - ŞƏRH
Bu gün, 16:27
Türkiyə şirkəti Azərbaycan bazarından – ÇIXIR
Bu gün, 16:26
Nazirlikdə mühüm postlara təyinatlar oldu - TƏFƏRRÜAT
Bu gün, 16:23
Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı
Bu gün, 16:19
Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq - AKTUAL
Bu gün, 16:17
Rəqəmlərin dilini anlayan insan... - FOTO
Bu gün, 16:01
Dövlət Xidmətinin əməkdaşı beynəlxalq qurumda rəhbər vəzifəyə SEÇİLDİ
Bu gün, 15:59
"İnsanı bu qədər istismar etməzlər axı!" - NARAZILIQ VAR...
Bu gün, 15:48
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
Bu gün, 15:37
“Turbo.az” , “Bina.az”, “Tap.az” və “Boss.az”ı idarə edən şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:33
Azərbaycanın növbəti diplomatiya uğurları - MƏQALƏ
Bu gün, 15:16
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı
Bu gün, 15:14
Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir? - AÇIQLAMA
Bu gün, 15:12
Paşinyan Azərbaycan şəhərinə getdi - “Hraparak”
Bu gün, 15:07
ABŞ İrana raket zərbəsi endirib, ölənlər və yaralananlar var
Bu gün, 15:04
Pis nümunə dövləti zəiflədir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:58
İsa Həbibbəyli vəzifədən gedir? - Namizədlər isə...
Bu gün, 14:55
Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib - Əli Hüseynli
Bu gün, 14:51
Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? - ÇAĞIRIŞ!
Bu gün, 14:47
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” - TƏFƏRRÜAT
Bu gün, 13:17
Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - FOTOLAR
Bu gün, 13:11
Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır -Kobaxidze
Bu gün, 13:05
Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBS
Bu gün, 12:54
Lavrov Tehrana səfər edəcək - AÇIQLAMA
Bu gün, 12:38
Eks-idarə rəisi ilk iclasda həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:30
Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm - Sistemli şovinizm Rusiya pasportunu tullantı kağızına çevirdi
Bu gün, 12:29
Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Bu gün, 12:24
SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı - "FARS"
Bu gün, 12:15
ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:12
Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
Bu gün, 12:04
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” – Məhkəmə
Bu gün, 12:01
Neft həftəyə bu qiymətlə başladı
Bu gün, 11:59
“Uninet”də yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:46
Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub - DOSYE
Bu gün, 11:45
“SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat - ƏMR
Bu gün, 11:43
Televiziya niyə izlənilmir? - Problem tamaşaçıdadır, yoxsa efirdə?
Bu gün, 11:39
Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb
Bu gün, 11:36
Bakıda hoteldə FACİƏ: - Gənc işçinin ürəyi dayandı
Bu gün, 11:27
Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Bu gün, 11:24
DİN vətəndaşlara çağırış edib: - Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!
Bu gün, 11:07
Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı – CƏZA
Bu gün, 11:00
"Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." - İTTİHAM VAR...
Bu gün, 10:58
Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Bu gün, 10:49
Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Deputatlar sabah son iclaslarına çıxır - DETALLAR
Bu gün, 10:35
Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Bu gün, 10:19
Elvariz Məmmədov yeni vəzifətə təyin olundu - ƏMR
Bu gün, 10:17
Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... - FOTOLAR
Bu gün, 10:11
100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru