"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər” .....                     Türkiyə şirkəti Azərbaycan bazarından .....                     Nazirlikdə mühüm postlara təyinatlar oldu .....                     Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı .....                     Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq .....                     Rəqəmlərin dilini anlayan insan... .....                     Dövlət Xidmətinin əməkdaşı beynəlxalq qurumda .....                     "İnsanı bu qədər istismar etməzlər axı!" .....                     Prezident gənc nəsillə bağlı strateji çağırış etdi .....                     “Turbo.az” , “Bina.az”, “Tap.az” və “Boss.az”ı idarə edən şirkət .....                     Azərbaycanın növbəti diplomatiya uğurları .....                     Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış .....                     Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir? .....                     Paşinyan Azərbaycan şəhərinə getdi .....                     ABŞ İrana raket zərbəsi endirib, .....                     Pis nümunə dövləti zəiflədir... .....                     İsa Həbibbəyli vəzifədən gedir? .....                     Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib .....                     Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? .....                     Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” .....                     Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb .....                     Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır .....                     Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı .....                     Lavrov Tehrana səfər edəcək .....                     Eks-idarə rəisi ilk iclasda həbs edildi .....                     Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm .....                     Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib .....                     SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı .....                     ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır .....                     Hörmüz böhranı davam edir .....                     “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” .....                     Neft həftəyə bu qiymətlə başladı .....                     “Uninet”də yeni direktor təyin edilib .....                     Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub .....                     “SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat .....                     Televiziya niyə izlənilmir? .....                     Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb .....                     Bakıda hoteldə FACİƏ: .....                     Jurnalist araşdırmaları Ermənistanı silkələdi: .....                     DİN vətəndaşlara çağırış edib: .....                 

Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 15:14 | Çap et

Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Şuşa şəhəri iyulun 13-də mühüm beynəlxalq toplantıya ev sahibliyi edib. Həmin günü Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.
Forumun məhz Şuşada keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir.
Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertlərin və rəsmi şəxslərin iştirak etdiyi Forum sülhün təşviqində medianın rolu mövzusuna həsr olunub.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum iştirakçıları qarşısında genişməzmunlu çıxış edib. Öz çıxışında ölkə başçısı Forum iştirakçılarını maraqlandıran mövzulara toxunub, bir çox məsələlərə aydınlıq gətirib, mühüm əhəmiyyət daşıyan mesajlar verib.
Qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artıb. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
Prezident İlham Əliyevin Forumdakı çıxışı ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi.
Prezident İlham Əliyev Forumunun açılışındakı çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayıraraq qeyd edib ki, “Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq”.
Hazırda Azərbaycanda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində işlər aparılır. Belə ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə ölkəmizin əlaqələri yaxşıdır və onların genişləndirilməsi ilə bağlı işlər davam edir.
Qeyd edilib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa, narahatlıq doğuran məsələlərinin həllinə yönəlib. O cümlədən, qardaş Türkiyə ilə əlaqələrimiz bu gün çox yüksək səviyyədədir. Ölkələrimizin əhalisi də dünyanın digər ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salsaq, “biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük” – deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev Media Forumundakı çıxışında Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunub. Bildirilib ki, 1992-ci ildə baş verən 907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi. “Azadlığa Dəstək Aktı ABŞ Konqresi qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunaraq deyib: “Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı”. Prezident bildirib ki, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, 907-ci düzəliş tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir.
Bu gün ABŞ ilə Azərbaycan arasındakı münasibətlər çox əla olmaqla yanaşı, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Prezident Trampla görüşlərinə toxunan dövlətimizin başçısı deyib: “Prezident Trampla tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha sonra isə bu ilin yanvarında biz Davosda yenidən görüşdük. Onlar Prezident Trampın qurucusu olduğu Sülh Şurasının təsisedici bir üzvü kimi də Azərbaycanı dəvət edib. Daha sonra isə Vitse-prezident Vens Azərbaycana səfər etdi, biz strateji tərəfdaşlığın qurulması ilə bağlı bəyannaməyə imza atdıq. Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq”.
Prezident İlham Əliyev qeyd edib ki, Prezident Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var. “Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi” – deyə dövlətimizin başçısı vurğulayıb.
Beləliklə, IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib.
İV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər” - ŞƏRH
Bu gün, 16:27
Türkiyə şirkəti Azərbaycan bazarından – ÇIXIR
Bu gün, 16:26
Nazirlikdə mühüm postlara təyinatlar oldu - TƏFƏRRÜAT
Bu gün, 16:23
Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı
Bu gün, 16:19
Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq - AKTUAL
Bu gün, 16:17
Rəqəmlərin dilini anlayan insan... - FOTO
Bu gün, 16:01
Dövlət Xidmətinin əməkdaşı beynəlxalq qurumda rəhbər vəzifəyə SEÇİLDİ
Bu gün, 15:59
"İnsanı bu qədər istismar etməzlər axı!" - NARAZILIQ VAR...
Bu gün, 15:48
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
Bu gün, 15:37
“Turbo.az” , “Bina.az”, “Tap.az” və “Boss.az”ı idarə edən şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:33
Azərbaycanın növbəti diplomatiya uğurları - MƏQALƏ
Bu gün, 15:16
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı
Bu gün, 15:14
Taleh Yüzbəyov qalmaqallı reklamına görə MƏHKƏMƏYƏ verilir? - AÇIQLAMA
Bu gün, 15:12
Paşinyan Azərbaycan şəhərinə getdi - “Hraparak”
Bu gün, 15:07
ABŞ İrana raket zərbəsi endirib, ölənlər və yaralananlar var
Bu gün, 15:04
Pis nümunə dövləti zəiflədir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:58
İsa Həbibbəyli vəzifədən gedir? - Namizədlər isə...
Bu gün, 14:55
Ursula fon der Lyayenin Bakı səfəri radikal müxalifəti əndişələndirib - Əli Hüseynli
Bu gün, 14:51
Türkiyədə təhsil alan tələbələrimiz ALLAHIN ÜMİDİNƏ BURAXILIB? - ÇAĞIRIŞ!
Bu gün, 14:47
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm” - TƏFƏRRÜAT
Bu gün, 13:17
Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - FOTOLAR
Bu gün, 13:11
Rusiya suverenliyimizin 20 faizini, xanım Kallas isə 100 faizini tanımır -Kobaxidze
Bu gün, 13:05
Araq verilmədiyi üçün mübahisə etdi, sahibkarın qohumunu bıçaqladı – 7 il 6 ay HƏBS
Bu gün, 12:54
Lavrov Tehrana səfər edəcək - AÇIQLAMA
Bu gün, 12:38
Eks-idarə rəisi ilk iclasda həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:30
Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm - Sistemli şovinizm Rusiya pasportunu tullantı kağızına çevirdi
Bu gün, 12:29
Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Bu gün, 12:24
SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı - "FARS"
Bu gün, 12:15
ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:12
Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
Bu gün, 12:04
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” – Məhkəmə
Bu gün, 12:01
Neft həftəyə bu qiymətlə başladı
Bu gün, 11:59
“Uninet”də yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:46
Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub - DOSYE
Bu gün, 11:45
“SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat - ƏMR
Bu gün, 11:43
Televiziya niyə izlənilmir? - Problem tamaşaçıdadır, yoxsa efirdə?
Bu gün, 11:39
Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb
Bu gün, 11:36
Bakıda hoteldə FACİƏ: - Gənc işçinin ürəyi dayandı
Bu gün, 11:27
Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Bu gün, 11:24
DİN vətəndaşlara çağırış edib: - Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!
Bu gün, 11:07
Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı – CƏZA
Bu gün, 11:00
"Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." - İTTİHAM VAR...
Bu gün, 10:58
Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Bu gün, 10:49
Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Deputatlar sabah son iclaslarına çıxır - DETALLAR
Bu gün, 10:35
Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Bu gün, 10:19
Elvariz Məmmədov yeni vəzifətə təyin olundu - ƏMR
Bu gün, 10:17
Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... - FOTOLAR
Bu gün, 10:11
100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru