214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? .....                     "Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... .....                     “Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür .....                     Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... .....                     "Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." .....                     "Şəki Sukanal" ləğv olunur .....                     Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı .....                     Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir .....                     “Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” .....                     Silahlı “Artsax” batalyonu Putinin əmrində .....                     İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər .....                     Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI .....                     İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi .....                     Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı .....                     “11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” .....                     "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" .....                     Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? .....                     “Belə avtomobillərlə heç yerə getmərəm...” .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." .....                     Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib .....                     Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir .....                     Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı .....                     AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? .....                     "AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                     SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb .....                     "Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." .....                     Tərbiyəsiz MOTSART... .....                     Astroloqdan iddia: .....                     Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir .....                     Siyasətdə istefalar adi haldır, AMMA... .....                     "Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" .....                     Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                 

Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış – AĞIR CƏZA
Tarix: 8-07-2026, 09:08 | Çap et

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etmə, oğurluğa cəhd və quldurluqda təqsirləndirilən Nizaməddin Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Nizaməddin Bayramov 19 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunmuş həmin cəzanın ilk 3 il 6 ay müddətini həbsxanada çəkməklə, geri qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


İttihama görə, Nizaməddin Bayramov 2025-ci ilin mart ayında Gədəbəy rayonunun Kəlaman kəndində babasına məxsus evdə olarkən çoxsaylı borclarına görə düşdüyü ağır maddi vəziyyətdən çıxmaq üçün özgənin əmlakını oğurlamaq qərarına gəlib. O, kənd sakini, 1951-ci il təvəllüdlü, zərərçəkmiş Zeynəb Nağıyevaya məxsus iribuynuzlu heyvanları oğurlayıb satmaq və bu yolla pul əldə etmək niyyətinə düşüb.


Bu məqsədlə gecə saatlarında zərərçəkmişin həyətyanı sahəsinə daxil olan təqsirləndirilən şəxs tövlədə saxlanılan heyvanları aparmaq istəsə də, əlverişsiz hava şəraiti səbəbindən planını dərhal həyata keçirə bilməyəcəyini anlayıb. O, tövlənin damına çıxaraq münasib vaxt gözləməyə başlayıb, lakin orada yuxuya gedib.


Ertəsi gün səhər saatlarında Zeynəb Nağıyeva heyvanlarına ot vermək üçün tövlənin damına qalxdıqda orada gizlənən şəxsi görüb. Nizaməddin Bayramov artıq oğurluq niyyətinin aşkar olunduğunu başa düşsə də, cinayətkar hərəkətlərini dayandırmayıb.


Əksinə, zərərçəkmişə hücum edən şəxs əvvəlcə təsərrüfatda istifadə olunan kisəni qadının başına keçirib, onu yerə yıxaraq boğaz nahiyəsindən kəndirlə bağlayıb. Daha sonra qadının əllərini arxadan bağlayaraq onu tam hərəkətsiz vəziyyətə salıb.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs Zeynəb Nağıyevanın yaşı və fiziki vəziyyəti səbəbindən müqavimət göstərmək imkanının olmadığını dərk edib. Eyni zamanda, boğazından bağlanmış kisə səbəbindən qadının nəfəs almaqda çətinlik çəkdiyini bilməsinə baxmayaraq, ona xüsusi əzab verməyə davam edib.


İş materiallarına əsasən, Nizaməddin Bayramov əvvəlcə zərərçəkmişə qarşı seksual xarakterli zorakı hərəkətlər edib. Daha sonra qadının köməksiz vəziyyətindən istifadə edərək həm qeyri-təbii, həm də təbii yolla onun iradəsi əleyhinə cinsi əlaqədə olub.


İttiham orqanının mövqeyinə görə, bu əməllər xüsusi amansızlıqla törədilmiş seksual xarakterli zorakılıq hərəkətləri kimi qiymətləndirilib.


Bundan sonra təqsirləndirilən şəxs cinayətkar niyyətini davam etdirərək zərərçəkmişin əmlakını ələ keçirmək qərarına gəlib. O, tövlədə olan təsərrüfat baltasını götürərək onu silah qismində istifadə edib və qadını öldürəcəyi ilə hədələyərək evdə pul və qızıl-zinət əşyalarının harada saxlandığını deməsini tələb edib.


Qorxu içində olan Zeynəb Nağıyeva evdə çantasında pul olduğunu bildirdikdən sonra təqsirləndirilən şəxs yaşayış evinə daxil olub. O, qonaq otağındakı çantadan 380 manat nağd pulu götürərək mənimsəyib.


Pul vəsaitini götürdükdən sonra təqsirləndirilən şəxs yenidən tövləyə qayıdaraq zərərçəkmişdən qızıl-zinət əşyalarının yerini göstərməsini tələb edib. Lakin qadın qiymətli əşyalarının olmadığını dedikdə, Nizaməddin onu öldürmək qərarına gəlib.


Cinayət işinin materiallarında göstərilir ki, təqsirləndirilən şəxs xüsusi qəddarlıq nümayiş etdirərək zərərçəkmişə "Al, bu da sənə qızıllar" ifadəsini işlədib və onu təxminən 2 metr 25 santimetr hündürlükdə yerləşən tövlənin damındakı boşluqdan qəsdən beton döşəmənin üzərinə atıb.

Nəticədə yaşlı qadın baş və döş qəfəsinin ağır qapalı travmaları alıb. Ekspertiza onun baş beyninin ənsə payında qansızmaların, döş sümüyünün və çoxsaylı qabırğalarının sınıqlarının, hər iki ağciyərin cırılmasının, geniş hemotoraksın və digər çoxsaylı ağır xəsarətlərin olduğunu müəyyən edib.


Bundan başqa, qadının bədəninin müxtəlif nahiyələrində çoxsaylı qançırlar və sıyrıqlar da aşkar edilib.


Təqsirləndirilən şəxs bununla kifayətlənməyərək zərərçəkmişi qoltuqlarından tutaraq sürüyüb tövlənin birinci mərtəbəsində yerləşən otağa salıb.

O, qadının aldığı ağır xəsarətlər, əllərinin bağlı olması və nəfəs almaqda çətinlik çəkməsi səbəbindən kömək çağırmaq imkanının olmadığını, sağ qalma ehtimalının isə demək olar ki, qalmadığını anlayaraq otağın qapısını çöldən bağlayıb və hadisə yerini tərk edib.


Zeynəb Nağıyeva aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya çatdırılsa da, həmin gün axşam saatlarında müalicə aldığı tibb müəssisəsində vəfat edib.


İttihama görə, Nizaməddin Bayramov əvvəlcə xeyli miqdarda dəyəri olan iribuynuzlu heyvanları oğurlamağa cəhd edib, daha sonra zərərçəkmişə qarşı xüsusi amansızlıqla seksual zorakılıq hərəkətləri törədib, baltadan silah qismində istifadə etməklə quldurluq edib, pul vəsaitini ələ keçirib və sonda aşkar surətdə köməksiz vəziyyətdə olan yaşlı qadını quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürərək xüsusilə ağır cinayət əməlləri törədib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Bu gün, 11:55
"Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... - Ruslar köhnə ampluada...
Bu gün, 11:54
“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49
Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41
"Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26
"Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24
Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı - TƏFƏRRÜAT
Bu gün, 11:23
Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir - Çəyirtkələr, bit-birə sakinləri bezdirib
Bu gün, 11:06
“Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” - ŞƏRH
Bu gün, 11:04
Silahlı “Artsax” batalyonu Putinin əmrində - Kreml separatçıları "PASLANMAĞA" qoymur...
Bu gün, 11:00
İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər - AÇIQLAMA
Bu gün, 10:57
Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi - IRIB
Bu gün, 10:42
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:40
“11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” – Taleh Yüzbəyovdan açıqlama
Bu gün, 10:35
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" - deputat
Bu gün, 10:33
Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? - AKTUAL
Bu gün, 10:32
“Belə avtomobillərlə heç yerə getmərəm...” - Zatən belə avtomobillər də adamı harasa aparmır...
Bu gün, 10:17
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:57
"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." - AXI NİYƏ?
Bu gün, 09:54
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib - “Nikkei” qəzeti
Bu gün, 08:12
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema
Bu gün, 08:10
Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı - GƏLİŞMƏ
Bu gün, 08:09
AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? - İLGİNC FAKT
Bu gün, 08:06
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru