Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir .....                     “Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” .....                     Silahlı “Artsax” batalyonu Putinin əmrində .....                     İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər .....                     Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI .....                     İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi .....                     Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı .....                     “11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” .....                     "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" .....                     Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? .....                     “Belə avtomobillərlə heç yerə getmərəm...” .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." .....                     Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib .....                     Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir .....                     Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı .....                     AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? .....                     "AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                     SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb .....                     "Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." .....                     Tərbiyəsiz MOTSART... .....                     Astroloqdan iddia: .....                     Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir .....                     Siyasətdə istefalar adi haldır, AMMA... .....                     "Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" .....                     Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                     Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? .....                     ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır .....                     Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır .....                     Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də .....                     Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... .....                     "Qanunun tələbləri niyə yerinə yetirilməyib?" .....                     İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək .....                 

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” - GÖRÜNƏNİ BUDUR...
Tarix: 8-07-2026, 09:09 | Çap et

Rusiya Dövlət Duması bu həftə ölkədə yaşayan xarici vətəndaşlarla bağlı inzibati məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirəcək qanun layihəsini müzakirəyə çıxaracaq. Qanun qəbul edilərsə, inzibati xəta törədən əcnəbilərin təkcə cərimələnməsi deyil, həm də ölkədən deportasiya olunması halları xeyli artacaq. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Onun sözlərinə görə, məqsəd ictimai təhlükəsizliyi gücləndirmək, miqrasiya sahəsində nəzarəti artırmaq və qanunvericiliyi daha sərt tətbiq etməkdir. Hazırkı qanunvericiliyə əsasən, 22 inzibati xəta üzrə xarici vətəndaşların Rusiyadan çıxarılması mümkündür. Yeni dəyişikliklər qəbul olunarsa, bu siyahı 45 maddəyə qədər genişlənəcək. Volodin bildirib ki, dəyişikliklər Rusiyada qanunsuz miqrasiyanın qarşısının alınması və miqrantların qanunlara riayət etməsinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bununla yanaşı, Dövlət Duması yaxın günlərdə miqrantların əmək fəaliyyəti ilə bağlı qanunlara da yenidən baxmağı planlaşdırır. Gözlənilir ki, xarici vətəndaşların işə qəbul edilməsi, əmək icazələrinin verilməsi və işəgötürənlərin məsuliyyəti ilə bağlı əlavə məhdudiyyətlər də tətbiq olunsun. Bu dəyişikliklər Rusiyada çalışan yüz minlərlə Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyət daşıyır. Qanun qəbul ediləcəyi halda, əvvəllər yalnız cərimə ilə nəticələnən bəzi inzibati pozuntular artıq deportasiya qərarı ilə yekunlaşa bilər. Bu isə miqrantların Rusiyada qalmaq və işləmək imkanlarına birbaşa təsir göstərəcək. Rusiyada yaşayan və çalışan Azərbaycan vətəndaşları üçün əsas dəyişiklik ondan ibarət ola bilər ki, gələcəkdə inzibati xətalara görə tətbiq olunan sanksiyalar daha ağır olacaq.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov bildirib ki, Rusiyada yaşayan və çalışan Azərbaycan vətəndaşları baş verən dəyişiklikləri diqqətlə izləməli və miqrasiya qanunvericiliyinin tələblərinə maksimum həssaslıqla yanaşmalıdırlar.

Deputatın sözlərinə görə, Rusiyada son dövrlər miqrasiya siyasətinin sərtləşdirilməsi sistemli xarakter alıb və yeni qanun layihəsi də həmin siyasətin davamıdır: “Rusiyada yüz minlərlə Azərbaycan vətəndaşı yaşayır və əmək fəaliyyəti ilə məşğuldur. Ona görə də bu dəyişikliklər soydaşlarımız üçün birbaşa əhəmiyyət daşıyır. Əgər qanun qəbul edilərsə, əvvəllər yalnız inzibati cərimə ilə nəticələnən bəzi pozuntular artıq deportasiya qərarı ilə yekunlaşa bilər. Bu isə hər bir vətəndaşın sənədlərinin tam qaydasında olmasını, qeydiyyat, yaşayış və əmək fəaliyyəti ilə bağlı bütün hüquqi tələblərə ciddi əməl etməsini zəruri edir”.

Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarının hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət göstərir. Bununla yanaşı, xarici ölkədə yaşayan hər bir vətəndaş da qəbul edən dövlətin qanunlarına hörmətlə yanaşmalı və hüquqi məsuliyyətini dərk etməlidir.

Deputat hesab edir ki, son dəyişikliklər fonunda Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının hüquqi maarifləndirilməsi daha da aktuallaşır: “Bu gün ən kiçik inzibati pozuntu belə gələcəkdə şəxsin ölkədə yaşamaq və işləmək hüququna təsir göstərə bilər. Buna görə də soydaşlarımız miqrasiya statusu, qeydiyyat, əmək müqavilələri və digər hüquqi prosedurlarla bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər. Profilaktik davranış sonradan yarana biləcək ciddi hüquqi problemlərin qarşısını ala bilər”.

Qanun layihəsinin yekun mətni qəbul edildikdən sonra onun tətbiq mexanizmləri və əhatə dairəsi daha aydın olacaq. Bununla belə, indidən görünən odur ki, Rusiya miqrasiya siyasətində daha sərt nəzarət mərhələsinə keçir və bu proses ölkədə yaşayan bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları üçün yeni hüquqi reallıq formalaşdıracaq.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, Rusiyada miqrasiya siyasətinin son illərdə sərtləşdirilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib: “Dövlət Dumasında müzakirəyə çıxarılan yeni qanun layihəsi də məhz bu xəttin davamıdır. Layihənin əsas mahiyyəti inzibati xətalara görə xarici vətəndaşlara tətbiq olunan sanksiyaların sərtləşdirilməsi və miqrasiya üzərində dövlət nəzarətinin gücləndirilməsidir. Moskvanın bu addımı ilk növbədə ölkə daxilində təhlükəsizlik, əmək bazarına nəzarət və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə izah olunur. Son illər Rusiyada miqrantların iştirakı ilə baş verən bir sıra hadisələrdən sonra ictimai rəydə də miqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı çağırışlar artıb. Hakimiyyət isə bu ictimai sifarişi qanunvericilik təşəbbüsləri vasitəsilə reallaşdırmağa və siyasi niyyətlərini gerçəkləşdirməyə çalışır. Bununla yanaşı, yeni qanunun qəbul edilməsi Rusiyada çalışan yüz minlərlə xarici vətəndaş, o cümlədən Azərbaycan vətəndaşları üçün ciddi nəticələr doğura bilər. Əgər indiyədək bəzi inzibati pozuntular yalnız cərimə ilə yekunlaşırdısa, gələcəkdə həmin pozuntular deportasiya üçün hüquqi əsas yaradacaq. Deportasiya hallarının artması və miqrantlara tətbiq edilən məhdudiyyətlərin sərtləşməsi gələcəkdə bu axını azaldacaq. Bu baxımdan, məsələ təkcə hüquqi deyil, həm də sosial-iqtisadi xarakter daşıyır. Bütün bunlardan doğan siyasi məqsəd və niyyətləri də kənara qoymaq olmaz...”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir - Çəyirtkələr, bit-birə sakinləri bezdirib
Bu gün, 11:06
“Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” - ŞƏRH
Bu gün, 11:04
Silahlı “Artsax” batalyonu Putinin əmrində - Kreml separatçıları "PASLANMAĞA" qoymur...
Bu gün, 11:00
İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər - AÇIQLAMA
Bu gün, 10:57
Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi - IRIB
Bu gün, 10:42
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:40
“11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” – Taleh Yüzbəyovdan açıqlama
Bu gün, 10:35
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" - deputat
Bu gün, 10:33
Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? - AKTUAL
Bu gün, 10:32
“Belə avtomobillərlə heç yerə getmərəm...” - Zatən belə avtomobillər də adamı harasa aparmır...
Bu gün, 10:17
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:57
"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." - AXI NİYƏ?
Bu gün, 09:54
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib - “Nikkei” qəzeti
Bu gün, 08:12
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema
Bu gün, 08:10
Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı - GƏLİŞMƏ
Bu gün, 08:09
AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? - İLGİNC FAKT
Bu gün, 08:06
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qərarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək - Zelenski belə deyir
Bu gün, 05:24
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır - AÇIQLAMA
Bu gün, 00:07
Uşaqların müdafiəsi kimə həvalə olunub? - İLGİNC
Bu gün, 00:03
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Dünən, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Dünən, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru