"MESTONATMIKS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə çox böyük həcmdə vergi borcunun olduğu məlum olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edən şirkətin hazırda dövlətə tam olaraq 445 376.01 AZN vergi borcu mövcuddur.
Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 153, mənzil 9 olan və qanuni təmsilçiliyi Nihad Muradov Nazir oğlu tərəfindən həyata keçirilir.






