İyunun 28-dən 29-dək davam edən genişmiqyaslı gecə hücumu zamanı hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinin 200-dən çox pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemi gecə və səhər saatlarında 209 PUA-nı məhv edib.
Ukrayna hava hücumu zamanı Rostov, Tver, Ryazan, Belqorod, Tula, Kaluqa, Moskva və Krasnodar vilayətlərini hədəfə alıb.








