İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                 

Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Tarix: 29-06-2026, 09:21 | Çap et

"Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?"
"Dərəbəylik və hüquq. Bu iki bir-birinə zidd anlayışları bir yerdə görəndə, yəqin ki, təəccübləndiniz. Amma dərd burasındadır ki, Naxçıvan Muxtar Dərəbəyliyində Vasif xan dövründə bərqərar olunmuş dərəbəylik qaydaları və onun nəticələri bu günə qədər dəyişilmədən qalır. Ən pisi isə odur ki, klassik dərəbəylik sistemlərindən fərqli olaraq, müasir Naxçıvan MR-də bütün bu özbaşınalıqlar adına hüquq-məhkəmə orqanları deyilən qurumlar tərəfindən qorunur, mühafizə olunur. Bunun ən bariz nümunəsi Vasif Talıbovun dövründə mülkiyyəti əlindən alınan Razi Orucovun yaşadıqlarıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bildirir: "İş adamının bildirdiyinə görə, 2018-ci ildə Vasif Talıbovun oğlu Seymurun sürücüsü Həsən Əhmədov onunla görüşüb və ağasının adından Türkiyəli iş adamı Emin Uçara məxsus “Sizin Market” mağazasını işlətməyi ondan tələb edib. Deyib ki, marketin kirayə haqqı olaraq ayda 10 min manat bankdakı bir hesaba pul ödəyərsən. Yəni market ona 10 manata kirayə verilib. Bir neçə ay Seymur Talıbovun tələblərinə uyğun qaydada “Sizin Market”i işlədən Razi Orucov az keçməmiş yenə öz qarşısında Həsən Əhmədovu görüb. Seymurun sürücüsü ona deyib ki, bundan sonra ayda 10 min yox, 20 min manat “kirayə haqqı” ödəməlisən. Özü də banka deyil, birbaşa mənə.
“Sizin Market”in aylıq mənfəətinin heç 20 min manat olmadığını deyən iş adamına sürücü Həsən bildirib ki, onda get, “müəllim”lə (Seymur Talıbov nəzərdə tutulurdu) görüş, onunla sövdələş. Çar-naçar Seymurla görüşən Razi o dövrün Naxçıvan “xan”ının vəliəhdinin sərt xəbərdarlığı ilə qarşılaşır: “Bütün mülkiyyətini mənim atamın hesabına qazanıbsan, onların hamısını mənə qaytarılmalısan”.
Beləcə, Razi Orucovun bütün əmlakının müsadirə olunması prosesi başlayır. Dərəbəylik rejimi onun yalnız “Sizin Market”in vitrininə yığdığı malları deyil, həmçinin əlindəki digər obyektləri və mülkiyyətləri də alıb. Üstəlik, bütün bu müsadirə olunmalar “hüquqi” yolla ələ keçirilir. Razini maşına oturdaraq Naxçıvan şəhərindəki 1 saylı notariusa aparıb 4 evini, 3 maşınını (1 Niva, 1 Ford Transit, 1 Toyota Prado) Sizin marketinin bütün əmlakını, Naxçıvan şəhərinin yaxınlığındakı (Əliabad qəsəbəsi) fermasını, Alman apteki adlanan obyektini Nəqşicahan MED MMC-yə “bağışladırlar”. Beləcə, iş adamının ümumilikdə 1.6 milyon manatlıq əmlakı zorla ələ keçirilir.
İş adamının 2 il ərzində Naxçıvanın hüquq-mühafizə orqanlarında döymədiyi qapı, şikayət etmədiyi ünvan qalmır. Nəhayət, onun məhkəmələrə, prokurorluğa, polis orqanlarına göndərdiyi şikayət məktublarına “cavab” birbaşa ən yüksək instansiyadan - “xanzadə” həzrətləri Seymur Talıbovdan gəlir. Razini yanına çağıran Seymur Talıbov ona atasının daşınmaz əmlakı sayılan Naxçıvanı tərk etməsi üçün 24 saat vaxt verir. Məcburən “xanzadə”nin tapşırığını yerinə yetirən iş adamı Bakıya getməli olur.
Paytaxtda da öz hüquq mübarizəsini davam etdirən Razi ən müxtəlif instansiyalara şikayət məktubları göndərir, amma heç birindən nə müsbət, nə də mənfi cavab ala bilir. Bir ilə yaxın davam edən bu cəhdlər heç bir nəticə verməyincə, hər yerdən əli üzülən Razi sonunda Prezidentə və Birinci Vitse-Prezidentə pənah aparır.
Ölkə rəhbərlərinə yazdığı məktublar Prezident Administrasiyası tərəfindən baxılması üçün yenidən Naxçıvanın müvafiq hüquq-mühafizə orqanlarına göndərilir. Razinin əsl fəlakəti də bundan sonra başlayır. Naxçıvan dərəbəyliyinin hüquq-mühafizə orqanlarından ona zəng edib, təcili görüşə çağırırlar. İş adamı da sonunda “haqq öz yerini tapacaq” düşüncəsiylə sevinə-sevinə Naxçıvana qayıdır. İçərisində olduğu təyyarə Naxçıvan aeroportuna çatar-çatmaz onu 1 nömrəli terrorçu kimi əl-qolunu bağlayıb Böyükdüz kəndində yerləşən dərəbəylik həbsxanasına aparırlar.
Sənədlərdən belə məlum olur ki, Böyükdüz həbsxanasında məhkəmə keçirib Razi Orucovu “xanzadə”yə guya böhtan atdığına görə, Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə azadlıqdan məhrum ediblər. Bu maddədə bildirilir: “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Göründüyü kimi, maddədə söhbət kütləvi informasiya vasitələrində bilə-bilə kiminsə haqqında yalan məlumat yaymağın cəzalandırılması nəzərdə tutulur. Razi isə heç bir media qurumunda çıxış etməyib, sadəcə Prezidentə və Xanımına məktub yazıb. Bunu belə Raziyə çox görən dərəbəylik məhkəməsi onun barəsində ən ağır cəzanı – altı ay müddətində azadlıqdan məhrumetmə hökmünü çıxarır.
Amma cəza bununla da yekunlaşmayıb. Böyükdüzdə saxlanıldığı 22 gün ərzində həbsxana rəisi, hazırda bənzər əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov və “dərəbəyzadə” Seymurun sürücüsü Həsən Əhmədovun rəhbərliyi altında hər gün bir neçə dəfə döyülüb ağır işgəncələrə məruz qalan Razinin bəxti onda gətirir ki, Prezident İlham Əliyev 2021-ci ilin noyabr ayında Zəfər bayramı münasibəti ilə amnistiya aktı imzalayır. Razinin ittiham olunduğu maddə də bu amnistiya aktının əhatə dairəsinə düşür.
Razini hənsxanadakı kamerasından çıxarıb tez-tələsik Naxçıvanın ovaxtki Ədliyyə nazirinin hüzuruna gətirirlər. Nazir ona Seymur Talıbov tərəfindən bağışlandığını və azadlığa buraxıldığı müjdəsini verir. Ardınca da bundan sonra özünü ağıllı aparmağı məsləhət görür. Qısası, Prezidentin hümanist addımı belə Naxçıvanda “xan” və “xanzadə” həzrətlərinin adına yazılır.
Razi Orucov azadlığa buraxıldıqdan sonra da öz qanuni əmlakları uğrunda mübarizəsini dayandırmır. Hər gün müxtəlif dairələrə etdiyi müraciətlər, yazdığı məktublara isə qaneedici cavablar ala bilmir. Ona 2018-ci ildə “xan” rejiminin zorla imzalatdığı notarius sənədi göstərilir və şikayətinin hüquqi əsası olmadığı bildirilir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin 4-cü bəndinə əsasən, bağışlama əqdini bağlayan şəxs zorakılığa məruz qalıbsa, onun imzaladığı sənəd etibarlı sayıla bilməz:
“339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur”...
Razi Orucovun bizə təqdim etdiyi sənədlərdən aydın olur ki, o 2018-ci ildə bağışlama əqdi “bağladıqdan” dərhal sonra ən müxtəlif hüquq-mühafizə orqanlarına və Prezidentə dəfələrlə müraciət edərək fiziki zorakılıq altında bu sənədə imza atdığını bildirib. Sonuncu belə məktubu bir neçə gün əvvəl son ümid yeri kimi pənah apardığı Prezident İlham Əliyevə göndərib. Bütün bu faktlar onun imzaladığı bağışlama əqdinin etibarlı sayılmaması üçün yetərli dəlil sayıla bilər. Naxçıvan dərəbəyliyinin hüquq-mühafizə orqanları isə nədənsə bu faktları görməzdən gəlir.
Hazırda Razi Orucov insan oğlunun fundamental hüquqlarından sayılan mülkiyyəti uğrunda mübarizəsini davam etdirdiyi halda, onun əmlakını zorla ələ keçirən Seymur Talıbov isə Naxçıvanda əməlli-başlı at oynadır. Görünür, Naxçıvanın yazılmamış Konstitusiyasında referenduma çıxarılması belə qadağan olunan bir maddə var: “Dərəbəy dərəbəyin ayağını tapdalamaz”..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Dünən, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Dünən, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Dünən, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Dünən, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru