Xəbər verdiyimiz kimi, ayın 19-da bəzi marketlərdə yumurtanın bir ədədi 1-3 qəpiyə təklif olunub.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymət edirimindən sonra alıcılar həmin qiymətə yumurta tapmaqda çətinlik çəkiblər.
İstifadəçilər bildiriblər ki, 1-3 qəpiklik yumurtaların sayı çox az olduğundan məhsullar qısa müddətdə satılıb və bir çox vətəndaş endirimdən yararlana bilməyib.
Qeyd edək ki, marketlərdə yumurtanın endirimli satışı sona çatıb. Artıq əksər marketlərdə 2 gün əvvəl 1-3 qəpiyə təklif edilən yumurtalar 15-19 qəpik aralığında satılır.
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumi dəyəri 43,12 min dollar olan 705,6 min ədəd toyuq yumurtası ixrac edilib. İxrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,1 sent (10,4 qəpik) olub.








