Vado Korovinin “Space TV”nin rəhbəri vəzifəsindən azad olunmasından sonra telekanalda islahatlar davam edir.
"DİA-AZ" “Qaynarinfo”ya istinadən xəbər verir ki, “Space 104 FM” radiosunun direktoru Sərxan Qədimov da vəzifəsindən azad edilib.
Bundan başqa, V.Korovinin sürücüsü də işdən çıxarılıb.
Qeyd edək ki, S.Qədimov 2024-cü ilin avqustunda “Space” radiosunun direktoru təyin olunmuşdu.
Xatırladaq ki, Vado Korovindən sonra onun kürəkəni, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev də işdən çıxarılıb.








