Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                     Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər .....                     Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA .....                     Rusiya Krımı necə itirir .....                     ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir .....                     ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər .....                     "Həqiqəti yazırdım... ona da icazə verilmir" .....                     Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ .....                     Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi .....                     "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" .....                     Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir .....                     Artıq açıq oğurluğa keçiblər .....                     "Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı .....                     "Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..." .....                     Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! .....                     Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI .....                     Ermənistan qan çanağına dönür: .....                     Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb .....                 

Təhsil nazirliyi daxilində köhnə eşalon qiyama qalxıb - Mikayıl Cabbarovu devirmək istəyirlər
Tarix: 20-06-2014, 15:05 | Çap et
Təhsil nazirliyi daxilində köhnə eşalon qiyama qalxıb
Son günlər Təhsil naziri Mikayıl Cabbarov tutduğu postda möhkəmlənmək və əhatəsinə öz adamlarını yerləşdirmək istiqamətində addımlar atmaqdadır. Belə ki, nazir təyin olunandan qısa müddət sonra kəskin addımlar atan M.Cabbarov "islahatlarını" davam etdirir.Xatırladaq ki, M.Cabbarovun təmizləmə əməliyyatı ilk vaxtlar nazirlikdə, yəni, yaxın ətrafında olsa da, artıq yeni nazir yerlərdəki təhsil "şef"lərini zərərsizləşdirməkdə davam edir.
Bir müddət öncə onun bir neçə rayon təhsil şöbəsinin müdirini vəzifədən uzaqlaşdırması, sələfinin yaxın adamları sayılan məktəb direktorlarını sıradan çıxarması hamının xatirindədir. Ancaq M.Cabbarov bununla kifayətlənmək istəmir. Nazir ölkə üzrə bütün təhsil sistemində öz adamlarını yerləşdirməkdə qərarlıdır. Ona görə də özünə yaxın olmayan təhsil şöbə müdirləri və məktəb direktorlarını "vurmağa" başlayıb.Elə nazirin dünənki addımı da bu siyasətin tərkib hissəsidir. Belə ki, Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb. Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. Həmçinin Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Bundan başqa, Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə, təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib. Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Bu barədə "Unikal"ı bilgiləndirən şəxsin sözlərinə görə, Mikayıl Cabbarovun adıçəkilən təhsil məmurlarını bu şəkildə cəzalandırması da siyasi gedişdir. "Onsuz da hazırda tədris ili başa çatıb. Hansısa məktəb direktorunu, təhsil şöbəsinin müdirini işdən çıxarmağın elə bir əhəmiyyəti də yoxdur. Mikayıl Cabbarov bundan istifadə edərək, vəzifə başında olmasını istəmədiyi şəxslər ilkin mərhələdə töhmət və xəbərdarlıqla cəzalandırır. Amma həmin şəxslər yeni tədris ili başlar-başlamaz "vurulacaq". Məndə olan məlumata görə, Mikayıl Cabbarov ilk vaxtlar nazirlik sistemində təyinatlarla bağlı hər hansı rüşvət və korrupsiya məqamlarına şərait yaratmasa da, artıq həmin metoda yaşıl işıq yandırıb. Yəni, təhsil sistemində vəzifəyə getmək üçün ya Mikayıl Cabbarovun yaxını olmalısan, ya da müvafiq vəsaiti verməlisən. İndi də vakant yerlərin yaranması üçün nazir mümkün qədər "təmizləmə əməliyyat"ları aparır ki, yeni gəlir imkanları yaransın".
Başqa bir məqama da toxunmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Bu qərardan sonra Təhsil Nazirliyinin əhatə dairəsi daha da genişlənir. Dünən Təhsil Nazirliyi "Araz Kursları"nın bağlanması ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Təhsil Nazirliyi daxil olan müraciətlərə cavab olaraq bildirir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı təsisçilərin qərarı bu gün Nazirliyə daxil olub. Təhsil Nazirliyi təsisçilərin qanunvercilik çərçivəsində qəbul olunmuş qərarına hörmətlə yanaşır və onu şərh etmir. Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırır ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraiti vardır. Bununla bağlı heç bir narahatlığa əsas yoxdur. "Azərbaycan təhsili zəngin ənənələrə, güclü maddi-texniki və pedaqoji potensiala malikdir. Ölkəmizin bir çox ümumtəhsil müəssisələri dünya miqyasında keçirilən müxtəlif yarışma və müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaq", - deyə Təhsil Nazirliyi bəyan edib.
Beləliklə, böyük maliyyə potensialına malik olan bu sistemin də Təhsil Nazirliyinin balansına verilməsi Mikayıl Cabbarovu daha da gücləndirib. Əgər Misir Mərdanov nazir olan dövrdə səlahiyyətlərini ititirdisə, M.Cabbarov getdikcə güclənməkdir. Amma Azərbaycan reallığında hər hansı bir məmur qısa müddətdə parlayırsa, onun yaxın gələcəkdə vurulması ənənəsi də var. Hər halda, bu yüksəliş M.Cabbarovun karyerası üçün təhdid xarakteri də daşıyır. Yəni, son günlər onun daha geniş imkanlar əldə etməsi ilk baxışdan sadə görünsə də, əleyhdarlarının onu zərərəsizləşdirmək planının tərkib hissəsi hesab etmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19
"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05
"Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..."
Bu gün, 02:03
Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! - AXI NİYƏ?..
Bu gün, 01:49
Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
Ermənistan qan çanağına dönür: - nümayişçilər MSK üzvlərinə hücum etdi
Bu gün, 01:37
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb - YEKUN NƏTİCƏ...
Bu gün, 01:34
Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi - KİV
Bu gün, 01:33
Vaxt çatdı: raketlər hazırdır – İran hücuma başlayır?
Bu gün, 01:31
Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib - Vens
Dünən, 22:00
Hacıyev Dilicanda tarix yazdı - AKTUAL
Dünən, 21:57
Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? - REPLİKA
Dünən, 16:58
Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir - Jmaylo
Dünən, 08:31
Paşinyan xaricdə təhsil alan ermənilərə jest... - İŞ TƏKLİFİ...
Dünən, 08:17
Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu - “The New York Times”
Dünən, 08:12
İndi də müştəriyə belə problem yaradırlar - GİLEY
Dünən, 08:03
"İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim" - Sabir Rüstəmxanlı
Dünən, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru