"Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsi tərəfindən filmlərin dublyajı və subtitrlaşdırılması xidmətlərinin satın alınması məqsədilə elan edilmiş açıq tender ləğv olunub.
32gun.az xəbər verir ki, satınalma prosedurunun dayandırılmasına səbəb kimi tenderdə iştirak etmək üçün təklif və təminat təqdim edən təchizatçıların sayının üçdən az olması göstərilib. "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən, iştirakçı sayının kifayət qədər olmaması səbəbindən agentlik müsabiqəni qüvvədən salıb.
Qeyd edək ki, sözügedən xidmətlərin göstərilməsi üçün müəyyən edilmiş ehtimal olunan qiymət 304 895 AZN təşkil edirdi.










