Son günlər saxta düyü mövzusu yenidən gündəmdədir. Reallıqdır, Azərbaycan bazarını doldurublar.
Saxta düyü 2 qrupa bölünür.
✔️1. "Qanuni" süni düyü
Bu növ düyü istehsalatdan qalan düyü unundan, qırıntılardan, kartof və ya qarğıdalı nişastasından hazırlanır. Bu maddələri un halına salıb bir-birinə qatır, təbii yapışqanlıq verən bitki tərkibli maddələrlə birləşdirib düyü formasına salırlar.
Bu məhsul aşağı keyfiyyətli olsa da, qanuni sayılır və sağlamlıq üçün birbaşa təhlükə yaratmır. Sadəcə dadı və qida dəyəri orijinal düyüdən çox uzaqdır.
✔️2. "Plastik" deyilən düyü (Ən təhlükəlisi)
Əsasən Çində, gizli sexlərdə istehsal olunan bu növ ən qorxulusudur. Burada nişastaya düyü forması vermək və bərkitmək üçün sənaye qatranları və müxtəlif kimyəvi rənglər qatılır.
Orqanizm bu yad maddələri xaric etməyə çalışarkən qaraciyər həddindən artıq yüklənir və zədələnir. Bu, zamanla qaraciyər piylənməsinə, arxasınca mədə-bağırsaq xərçəngi gəlir.
Plastik Saxta düyünü tanımağın 2 yolu var.
1. Vizual baxış: Bu düyülər həddindən artıq hamar, ideal formada və mirvari kimi parlaq görünür. Təbii düyü dənələri isə hərəsi bir rəngdə, razmerdə olur.
2. Ən dəqiq üsul isə bir ovuc düyünü götürüb yandırmaqdır.
Təbii və qanuni süni düyü: Yanmış çörək və ya taxıl qoxusu verir, tamamilə külə çevrilir.
Təhlükəli saxta düyü: Dərhal qaralır, əriyir və yanmış plastik-rezin qoxusu gəlir.
Müəllif: Orxan Atabəy - "DİA-AZ"









