Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                 

Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Tarix: Bu gün, 19:37 | Çap et

Azərbaycanda saxlanılan məhbusların ailələri təhlükəyə rəğmən, Bakıya getməyə hazırdırlar, lakin onların dövlət dəstəyinə və zəmanətinə ehtiyacları var.

Musavat.com-un məlumatına görə, bunu Ermənistan Jurnalistlər İttifaqının təşkil etdiyi “Ermənistanın səsi” konfransı zamanı məhbusların AİHM-dəki nümayəndəsi Siranuş Saakyan deyib.

Onun sözlərinə görə, konkret olaraq, məsələ vizaların alınması və sərhədi təhlükəsiz keçmə prosesinə aiddir.

“Hökumət dəstəyi olmasa, ailələr özbaşına Bakıya gedə bilməzlər”, - Saakyan bildirib.

O qeyd edib ki, məsələ ictimaiyyətə açıqlanıb, lakin hələlik müsbət cavab verilməyib. Bununla belə, o əlavə edib ki, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər edir.

“Hesab edirik ki, bu model məhbus ailələrinin hüquqlarının müdafiəsini təmin etmək üçün həyata keçirilməlidir. Bizim üçün Ermənistan hakimiyyətinin reaksiyasını görmək çox vacibdir”, - vəkil qeyd edib.

Hüquq müdafiəçisi həmçinin iddia edib ki, müstəqil vəkillərin məhbuslarla görüşmək imkanları məhduddur, heç bir əcnəbi vəkilin erməni məhbuslarının işlərini müzakirə etməyə, hətta onlara baş çəkməyə icazə verilməyib.

“Ermənistan öz vətəndaşlarını ermənilərə qarşı nifrət mühitinin hökm sürdüyü, ayrı-seçkiliyin dövlət siyasətinə çevrildiyi başqa ölkədə qapalı müəssisədə tək qoyub", - Saakyan iddialarını davam etdirib.

Onun iddiasına görə, söhbət danışıqlardan və ya razılaşmalardan deyil, Ermənistanın öz vətəndaşlarına baş çəkmək və konsulluq yardımı göstərmək hüququndan gedir.

Hüquq müdafiəçisinin sözlərinə görə, əgər konsulluq səfəri zamanı məlum olarsa ki, hansısa xarici dövlət, indiki halda Azərbaycan vətəndaşlarının vəkil almaq hüquqlarını pozur, bu məsələni diplomatik müstəvidə qaldırıb həllini axtarmaq olar.

Hüquq müdafiəçisi vurğulayıb ki, diplomatik münasibətlərin olmadığını nəzərə alaraq, Ermənistanın İsveçrə və ya Skandinaviya ölkələrinin diplomatik nümayəndəlikləri kimi vasitəçi vasitəsilə məhbuslara baş çəkmək hüququndan istifadə etmək imkanı var.

Azərbaycana qarşı böhtanlarınl davam etdirən Saakyan bildirib ki, o, bu ölkələrə rəsmi müraciət edib və müsbət cavab alıb – Ermənistan öz suveren hüququndan istifadə edərsə, onlar səfərlər etməyə hazırdırlar. Eyni zamanda o, əmindir ki, İrəvan məhbuslara qarşı Bakıda keçirilən məhkəmələri “qanuniləşdirən” hər hansı addım atmayacaq. Ona görə də ailələr yaxınlarının hüquqlarının həyata keçirilməsini təmin etmək üçün müstəqil nəzarət mexanizmlərinin olmadığı bir şəraitdə bu yükü və məsuliyyəti öz çiyinlərinə götürməyə hazırdırlar.

Erməni mediası bildirir ki, bundan əvvəl 30-a yaxın erməni hüquq müdafiə təşkilatı erməni əsirlərin Bakıdan qaytarılmasının asanlaşdırılması üçün Avropa İttifaqı rəhbərliyinə müraciət etmişdi.

Xatırladılır ki, 2026-cı ilin fevralında Bakıda Qarabağın keçmiş separatçı başçıları Arayik Arutyunyan, Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyan və onun müavini David Manukyan, parlamentin keçmiş sədri David İşxanyan və keçmiş xarici işlər naziri David Babayan ömürlük həbs cəzasına məhkum ediliblər. Həmçinin, Arkadi Qukasyan və Bako Saakyan hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər, çünki Azərbaycan qanunları yaşı 65-dən yuxarı olan şəxslərə ömürlük həbs cəzası vermir. Mədət Babayan və Məlikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, David Alaverdyan və Levon Balayanyan, 16 il, Stepansianqyan, Valiansian, Belekanyan, Valiansianqlar və Valilyur isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Erməni tərəfin bu iddiaları barədə peşəkar yanaşma necədir? Ədalət məhkəməsi tərəfindən cəzalandırılan separatçıların ailə üzvləri ilə görüşməsi ilə bağlı iddialar haqda nə demək olar? Ümumiyyətlə, bu iddiaların qarşılığında beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi nə deyir?

Hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirdi ki, müharibə cinayətlərində təqsirləndirlən erməni mənşəli şəxslərin barəsində hökm qüvvəyə mindikdən sonra onlarla ailə üzvlərinin görüşməsi mümkün ola bilər:

“Əlbəttə, bunun üçün diplomatik kanallarla razılaşmalar tələb olunur. Belə ki, hal-hazırda iki ölkənin vətəndaşlarının sərbəst surətdə müvafiq olaraq Azərbaycana və Ermənistana gedib-gəlməsi mümkün deyil. Siranuş Saakyan adlı şəxsin “təhlükəyə rəğmən” fikirlərinə yer yoxdur. Əlbəttə, onlar gələsi olarsa, təhlükəsizlik tədbirləri də görüləcək, baxmayaraq ki, biz azərbaycanılar hətta qonaq düşmən olsa belə, ona toxunmarıq. Özünü hüquq müdafiəçisi sayan şəxsin “Müstəqil vəkillərin məhbuslarla görüşmək imkanları məhduddur, heç bir əcnəbi vəkilin erməni məhbuslarının işlərini müzakirə etməyə, hətta onlara baş çəkməyə icazə verilməyib” fikrinə gəlincə, onu deyə bilərəm ki, bütün təqsirləndirlən şəxslər Azərbaycan dövləti tərəfindən vəkillə təmin olunub. Xarici ölkənin vəkillərinin isə istər cinayət, istər inzibati, istərsə də mülki prosesdə vəkil qismində çıxış etməsinə qanun yol vermir. Bu, dünyanın əksəriyyət ölkələrində, o cümlədən Ermənistanda belədir”.

S.Məmmədov önəmli bir məqamı xatırlatdı: “Ermənistanda azərbaycanlı əsirləri qanunsuz olaraq mühakimə edəndə Azərbaycan vəkillərinə imkan yaradılıb? Əlbəttə, yox. “Hüquq müdafiəçisinin” “Ermənistan öz vətəndaşlarını ermənilərə qarşı nifrət mühitinin hökm sürdüyü, ayrı-seçkiliyin dövlət siyasətinə çevrildiyi başqa ölkədə qapalı müəssisədə tək qoyub" fikirlərinə gəlincə, onu bildirməliyəm ki, Ermənistandan fərqli olaraq Azərbaycanda müharibə cinayətləri törətməkdə təqsirləndilən şəxslərə münasibətdə işgəncə və ya ləyaqəti alçaldan davranış və cəzalar tətbiq olunmayıb. Onların saxlanma şəraiti “Avropa Penitensiar Qaydalarında” müəyyən olunan minimal standart qaydalarından xeyli yüksəkdir.

Biz ümumiyyətlə, yalnız cinayətdə təqsirləndirlən və mühakimə olanan erməni mənşəli şəxslərə münasibətdə deyil, döyüş əməliyyatları zamanı əsir götürlən şəxslərə münasibətdə də humanist davranış nümayiş etdirmişik. Təəssüf ki, biz bunu Ermənistan haqqında deyə bilməyəcəyik. Minlərlə hərbçimiz, mülki şəxslərimiz, o cümlədən uşaqlar, qadın və ahıllarımızı əsir və girov götürərək, məşəqqətli işgəncələrə, ləyaqəti alçaldan davranışlara, seksual istismara məruz qoyaraq, qətlə yetirən Ermənistan bu günə qədər 4000 nəfərə qədər azərbaycanlı əsir, girov, o cümlədən uşaqlar, qadınlar və ahıl insanlar barəsində məlumat vermir. Məlum məsələdir ki, onlar artıq həyatda yoxdur. İşğaldan azad edilmiş ərazilərdə aşkar edilən 32 kütləvi dəfn yeri erməni hərbçilərin qeyri-insanı davranışlarının və azərbaycanlılara münasibətdə məhkəmədənkənar cəza tətbiq etmələrinin sübutudur”.

O ki, qaldı məhkum olunmuş şəxslərin cəzalarının çəkmək üçün Ermənistana verilməsinə, hüquqşünas bunları söylədi: “Mən hesab edirəm ki, bunu etməməliyik. Verəsi olsaq, onları məhkum kimi deyil, qəhrəman kimi qarşılayıb, dərhal azad edəcəklər. Vaqif Xaçaturyanın şəxsində bunu gördük. Bir məqamı da qeyd edim: nə qədər ki, erməni tərəfi, erməniçiliyi dəstəkləyən qüvvələr, o cümlədən Avropa İttifaqı parlamentariləri onları “əsir” və ya “girov” adlandırır, bu barədə ümumiyyətlə, danışmağa dəyməz”.

Konsulluq yardımı məsləsinə gəlincə, S.Məmmədov bildirdi ki, Ermənistanla Azərbaycan arasıda diplomatik münasibətlər yoxdur və hələlik ölkələr bir-birini de-fakto tanımır: “Diplomatik nümayəndəliklərin açılması məsələsi də Ermənistandan daha çox asılıdır. Sülh proseslərini ləngidən onlardır. Əlbəttə, hansısa ölkənin konsul xidməti Ermənistan dövlətini təmsil edərək bu şəxslərə baş çəkə bilər. Bunun üçün də razılaşmalar lazımdır. İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) ermənistanlı həmkarı ilə əlaqədədir və təqsirləndirlən erməni mənşəli şəxslərə də mütamadi olaraq baş çəkir. Həmçinin Avropa İşgəncələrin Qarşısının Alınması Komitəəsi (CPT) və BMT-nin İşşgəncələr üzrə Alt Komitəsi də mütamadi olaraq Azərbaycandakı azadlıqdan məhrumetmə yerlərinə dövrü olaraq baş çəkirlər. Yəni məsələ Saakyan və qeyrilərinin dediyi kimi deyil. Yəni onlar idda olunduğu kimi, tək deyillər”.
Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Bu gün, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Bu gün, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Bu gün, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Bu gün, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Bu gün, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Bu gün, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Bu gün, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Bu gün, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Bu gün, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Bu gün, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Bu gün, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Bu gün, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Bu gün, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Bu gün, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Bu gün, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Bu gün, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Bu gün, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Bu gün, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Bu gün, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Bu gün, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Bu gün, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Bu gün, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Bu gün, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Bu gün, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Bu gün, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Bu gün, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Bu gün, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Bu gün, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Bu gün, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Dünən, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Dünən, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Dünən, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Dünən, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Dünən, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Dünən, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Dünən, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Dünən, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Dünən, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Dünən, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Dünən, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Dünən, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Dünən, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Dünən, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Dünən, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru