Əsas Səhifə > Güney Press > Türkiyənin vitse-prezidenti İrəvandadır
Türkiyənin vitse-prezidenti İrəvandadırBu gün, 10:37 |
|
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana gedib. Publika.az xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistan Milli Məclisinin vitse-spikeri və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi elçisi Ruben Rubinyan qarşılayıb. Yılmaz Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib. 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı mayın 4-də İrəvanda "Gələcəyin Qurulması: Avropada Birlik və Dözümlülük" mövzusu altında keçirilir. Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada keçirilib. Geri qayıt |