Son günlər gündəmi zəbt edən müğənni Səidə Sultanın televiziyalarla bağlı sərt çıxışlarına daha bir aparıcı münasibət bildirib.
Bakupost.az xəbər verir ki, aparıcı Səidə Bəkriqızı müğənnini tənqid atəşinə tutaraq, onun sərt sözlərlə dilə gətirdiyi məqamları vaxtilə özünün də etdiyini vurğulayıb.
Aparıcı qeyd edib ki, S.Sultan zamanında ən açıq geyinən müğənnilərdən biri olub:
“Səidə Sultan, zamanının ən açıq geyinən müğənnilərindən biri idiniz. İfalarınızı sevirəm, bəyənirəm, çox maraqlı janrda oxuyursunuz. Amma efirdə kifayət qədər açıq-saçıq danışan müğənnilərdən olmusunuz. Fərqiniz nədən ibarətdir? Bu gün də açıq-saçıq geyinən, şortiklə efirə çıxan müğənnilər var. Siz də vaxtilə alt paltarı ilə efirə çıxmısınızsa, indi nəyin üsyanını edirsiniz?
Siz bir ildir efirə çıxmırsınızsa, bu o demək deyil ki, həqiqətən bu məsələlərə nifrət və üsyan edirsiniz. Vallah-billah, belə deyil. Mən televiziyada 25 ildir saç ağartmışam, bu sahənin bütün incəliklərini bilirəm. Bu gün sosial verilişlərdə hansı iştirakçıların pulla efirə çıxarıldığını, onlara ayda nə qədər ödəniş edildiyini bilirəm. Hansı aparıcının daha çox pul təklif edərək həmin iştirakçını efirə dəvət etdiyini və guya onun dərdinə şərik olduğundan xəbərim var. Sizin bilmədiyiniz çox şeyi bilirəm.
Deyirsiniz ki, xalq olaraq tank kimi üstünüzdən keçərik. Birincisi, heç kim heç kimin üzərindən keçə bilməz. Ölkədə hüquq-mühafizə orqanları var.
Bu gün xalq olaraq bu qədər açıq-saçıq danışan birinin arxasında nə qədər adam dayana bilər? Və siz güvənirsiniz ki, xalq mənim arxamdadır. Xalqın adından danışmayın, ixtiyarınız yoxdur. Əslində xalqı aşağılayan, aldadan sizsiniz. Siz nəyə, kimə üsyan edirsiniz?”
video BURADA: baxamaq üçün tıklayın...








