Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur Kamal oğlu İbrahimov vəzifəsindən azad olunub.
"DİA-AZ" xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmr imzalayıb.
Z.İbrahimov 2020-ci ilin iyul ayından sözügedən vəzifədə çalışırdı.
Məlumata görə, Zaur İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini təyin edilib.
Qeyd edək ki, bu ayın 6-sı Prezidentin Sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin olunub. (Qaynarinfo, Nocomment.az)









