Əsas Səhifə > Güney Press / Ana xəbər > AAYDA sədrinə müavin təyin edildi
AAYDA sədrinə müavin təyin edildi19-02-2026, 14:57 |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur Kamal oğlu İbrahimov vəzifəsindən azad olunub. "DİA-AZ" xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmr imzalayıb.Z.İbrahimov 2020-ci ilin iyul ayından sözügedən vəzifədə çalışırdı. Məlumata görə, Zaur İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd edək ki, bu ayın 6-sı Prezidentin Sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin olunub. (Qaynarinfo, Nocomment.az) Geri qayıt |