"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                 

"Uşağı daha çox imtahana cəlb etməklə güclü təhsil sistemi qurulmur" - Əməkdar müəllimdən ETİRAZ
Tarix: 3-02-2026, 06:58 | Çap et

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov məktəbdə oxuyan uşaqların imtahanlarının çoxluğundan danışıb. Millət vəkili qeyd edib ki, uşaqların dərs və imtahanlarla yanaşı asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa və s. imkanları olmalıdır.

Keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Siyavuş Novruzovun dedikləri ilə razıdır.

Onun sözlərinə görə, məktəbdə imtahan sayı çoxdur:

"Amma bu, deputatların dilə gətirməsi ilə və yaxud da cəmiyyətin sosial şəbəkələrdə müzakirəsi ilə həll olunacaq məsələ deyil. Burada əsas məsələ ondan ibarətdir ki, təhsil sistemi balanslı işləmir. Yüksək nəticə göstərən bütün ölkələrdə təhsil sistemində əsas diqqət təhsilin keyfiyyətinə verilir. Qiymətləndirmə bacarıq əsasında aparılır və dərs yükünün balansı qorunur. Uşağı daha çox imtahana cəlb etməklə, daha çox sınağa çəkməklə güclü təhsil sistemi qurulmur. Çünki çox imtahan çox əzbərçilik deməkdir. Bir tərəfdən deyirik ki, test sistemi, imtahan sistemi əzbərçilik yaradır, digər tərəfdən isə bunu davamlı şəkildə tətbiq edirik. Bizdə qiymətləndirmə məqsədə, öyrənmə isə vasitəyə çevrilib. Uşaqlar ard-arda kiçik summativ, böyük summativ qiymətləndirmələr, monitorinqlər, qəbul hazırlığı və sair arasında əzilir. Nəticədə uşaq artıq təhsil almaqdan, oxumaqdan, öyrənməkdən yorulur. Biz cəmiyyət olaraq təhsil prosesini inkişafa xidmət edən istiqamətdə qurmamışıq. Sanki bu bir yarışdır, stres mexanizmidir: kim qalib olacaq, kimin uşağı daha yaxşı nəticə əldə edəcək. Belə ucu-bucağı olmayan, mənasız bir yarışın içindəyik.

Bunun mənfi tərəfləri təbii ki, çoxdur. Valideynlər istəyir ki, uşaqlar mükəmməl, hərtərəfli böyüsün. Bütün bunlar isə uşaqlarda emosional tükənmə, diqqət pozuntusu, motivasiya itkisi yaradır. Bu amillər uşağın öyrənmə qabiliyyətini birmənalı şəkildə zəiflədir. Çünki uşaq sevə-sevə, oynaya-oynaya, istəyərək öyrənməlidir".

Sona Əliyevanın fikrincə, qiymətləndirmə sistemi yenidən qurulmalıdır:

"Yekun imtahanların sayı azaldılmalı, əvəzində formativ və mərhələli qiymətləndirmə sistemi tətbiq olunmalıdır ki, uşaq birdəfəlik nəticəyə görə yox, ümumilikdə öz inkişaf trayektoriyasına görə dəyərləndirilsin. Təhsil proqramı da təbii olaraq yüngülləşdirilməlidir. Mövcud proqramlar, xüsusən ümumi təhsildə, artıq çoxlu əlavə məlumatla yüklənib. Bu, həm dərindən öyrənməyə imkan vermir, həm də bir çox mövzular həyatla bağlı deyil. Bizə lazım deyil ki, uşağı davamlı olaraq informasiya ilə dolduraq. Bizə lazımdır ki, uşaq koqnitiv düşünsün, yəni öyrəndiyi bacarıqları harada və necə istifadə edəcəyini bilsin. Həyatla bağlı, praktik bacarıqlar formalaşdıran biliklər verilməlidir. Uşaq çox oxuyub az mənimsəyəcəksə, bunun heç kimə xeyri yoxdur. Uşaq kompüter deyil ki, ona yüklənən məlumat daim beyində qalsın və istənilən vaxt istifadə olunsun".

Keçmiş deputat vurğuladı ki, məktəbdə balanslı həyat modeli qurulmalı, yanaşma dəyişməlidir:

"Asudə vaxt təhsildən kənarda yox, təhsilin bir hissəsi kimi nəzərdə tutulmalıdır. Azərbaycanda təhsil sisteminin keyfiyyəti elə yüksəldilməlidir ki, repetitordan asılılıq azalsın. Məktəb öz funksiyasını lazımi səviyyədə yerinə yetirmədiyi üçün uşaqlar davamlı olaraq repetitor yanına gedirlər. Uşaq məktəbdən çıxıb sanki başqa bir məktəbə gedir, gündə iki dəfə məktəbə getmiş kimi olur. Bu ikiqat təhsil stresini uşağın həyatından çıxarmaq lazımdır. Təhsil sistemi məktəbdə elə düzgün, keyfiyyətli və balanslı proqram yaratmalıdır ki, uşaqlar bu qədər stres yaşamazlar. Uşaq, gənc, tələbə — heç kimin həyatı imtahan marafonuna çevrilməməlidir. Həyat yalnız imtahanlardan ibarət deyil. Məktəb, məktəbdən sonra universitet, universitetdən sonra iş, dövlət qulluğu və sair mərhələlər insanın sağlam, balanslı, xoşbəxt və daha az stresli həyatına mane olmamalıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru