Azərbaycanda rəqəmsal maliyyə xidmətləri, ödənişlər və elektron ticarəti bir platformada birləşdirən “Bir Ecosystem”də Baş data və süni intellekt inzibatçısı təyin olunub.
"DİA-AZ" "Banker.az"a istinadən xəbər verir ki, bu, Valeh Nəbiyevdir.
O, 2026-cı ilin may ayından etibarən bu vəzifədə fəaliyyətə başlayıb.
Valeh Nəbiyev, Bir Ecosystem üzrə data və süni intellekt transformasiyasına rəhbərlik edir. Onun məsuliyyət sahəsinə AI strategiyasının hazırlanması, data idarəetməsi, korporativ AI platformalarının qurulması, AI agentlərinin tətbiqi, məsuliyyətli süni intellekt idarəçiliyi və data əsaslı qərarvermə imkanlarının inkişafı daxildir.
Bundan əvvəl Valeh Nəbiyev 2023–2026-cı illərdə PASHA Holding-də Baş Data İnzibatçısı vəzifəsində çalışıb. O, müxtəlif illərdə PASHA Technology, PASHA Bank, R.I.S.K. Company və AZNUR GmbH-də rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Valeh Nəbiyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. O, həmçinin Almaniyanın European University Viadrina universitetində insan hüquqlarının Avropa müdafiə sistemi üzrə təhsil alıb.














