Vətəndaşlara xaricdə təhsil imkanı vəd edən “AID Group”un daxil olduğu “AID Language Center” MMC-nin vergi borcu üzə çıxıb.
"DİA-AZ" pravdaaz-a istinadən xəbər verir ki, hazırda “passiv” durumda olan şirkətin dövlətə 3 277 AZN borcu var.
Nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 44 olan MMC-nin qanuni təmsilçisi aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır.
Fəaliyyətini dayandıran MMC ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparırlar. N.Fərhadın və anası A.Əliyevanın telefonlarına zəng çatmır.
Qeyd: Xaricdə təhsil aldığını bildirən aparıcı müsahibələrinin birində demişdi ki, “Ən böyük uğurum biznes həyatımdakı düzgünlüyümdür”.


















