"İran mollakratiyası inqilabının ildönümünü də müsəlman hicri-qəməri təqvimi ilə deyil, hicri-şəmsi təqvimi, faktiki xristian təqvimi ilə qeyd edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Pəhləvilərin bütün mirasından imtina etsələr də, zərdüştçülüyə aid ay adları (Fərvərdin, Ordibehişt və s.) olduğu kimi qalıb. Guya Şəriət dövlətidir, əslində isə regiona yeridilmiş virusdur ki, hamını ABŞ-ın nəzarətində saxlasın…"








