“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

“Səhər TV” Ramiz Mehdiyevin müdafiəsində - BU NƏDİ BELƏ?
Tarix: 10-12-2025, 09:37 | Çap et

“Ramiz Mehdiyevin Rusiyaya işləməsi məntiqə uyğun deyil”. Bu sözlərin iranlı siyasi şərhçi Qəhrəman Nurani qonşu ölkədə yayımlanan “Səhər TV”yə açıqlamasında deyib. Onun iddiasına görə, R.Mehdiyevin Rusiya ilə işbirliyində suçlanması “köhnə fiqurlar və potensial müxalifəti oyundan kənarlaşdırmaq” niyyəti kimi təqdim edib.

Qeyd edək ki, “Səhər TV” İranın dövlət maliyyəsi ilə fəaliyyət göstərir. Tribuna.az bu xəbərlə bağlı şərhində yazır ki, kanalın Ramiz Mehdiyevi dəstəkləməsi daha çox İran rejiminin mövqeyinin nümayişidir. O zaman belə məlum olur ki, Mehdiyev İran tərəfindən dəstəklənir və bu səbəbdən də müdafiə edilir.

Ramiz Mehdiyev sonuncu dəfə 2013-cü ilin aprelində İrana səfər edib. R.Mehdiyev səfər çərçivəsində İranın ovaxtkı Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə, həmçinin İranın digər rəsmiləri ilə də görüşlər keçirmişdi. Maraqlıdır ki, AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı İrana bağlılığı şübhə doğurmayan Müsəlman Birliyi Hərəkatının həbsdəki sədri Tale Bağırzadə də bəyanat vermişdi. Bəyanatda bildirilirdi ki, AXCP sədrinin həbsinin motivi guya Əli Kərimlinin “uzunmüddətli, ardıcıl və prinsipial mübarizəsinin nəticəsidir”.

Xaricdə yaşayan jurnalist Elbəyi Həsənli Bağırzadənin AXCP sədrini müdafiəsi haqda bunları yazıb: “AXCP İranın molla rejimi ilə xoş münasibətdə olub. Sirr deyil ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə ilə AXCP sədri Əli Kərimlinin son dərəcə isti münasibətləri vardı. Heç o da təsadüfi deyil ki, məhz Müsəlman Birliyi Hərəkatı hamını qabaqlayaraq Əli Kərimlinin həbsinə etiraz etdi. Hamı bilir ki, Müsəlman Birliyi Hərəkatı İran İslam İnqilabını Azərbaycana ixrac etmək uğrunda mübarizə aparır. Bəxtimiz onda gətirib ki, İslam İnqilabı modeli artıq İranın özündə iflasa uğramaqdadır”.

Yada salaq ki, “Səhər” kanalının yaradılmasında əsas missiya Azərbaycan ictimai rəyində İran maraqlarının müdafiəsi, rəsmi Bakıya qarşı yalan kampaniyasını aparmaq olub. Belə görünür ki, Mehdiyevin də müdafiəsi yalnız bir ekspertin özbaşınalığı deyil.

Ümumiyyətlə, uzun illərdir ki, bu kanal Azərbaycana qarşı qərəzli, bəd niyyətə xidmət edən fikirlər irəli sürür. Dövlət məmurlarına və Azərbaycanın ali rəhbərliyinə böhtanlar yağdırılır. Dövlətçiliyimizə və milli kimliyimizə qarşı düşmənçilik münasibəti nümayiş etdirilir, ərazi bütövlüyümüzə qarşı ciddi təxribatlar törədir. Belə bir məkrli siyasət yeridən “Səhər TV” təəssüf ki, İran dövləti tərəfindən maliyyələşdirilən rəsmi kanaldır. Münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, “Səhər TV” daim Azərbaycana qarşı düşmən mövqe sərgiləyir.

Professor Qabil Hüseynli “Səhər TV”nin Azərbaycana erməni mediasından daha çox düşmənçilik etdiyini fikirləşir. Onun sözlərinə görə, “Səhər TV” 90-cı illərdən bu yana eyni münasibəti sərgiləyir: “Xatırlayıram ki, o zaman da sistemli şəkildə Azərbaycana qarşı təbliğat aparılır, böhtan atılırdı. Üstəlik, verilişlər Azərbaycan dilində yayımlanaraq İrandan bura təsir etməyə çalışırdılar. Hətta Azərbaycanda bəzi adamlar bu telekanalının təsiri altına düşmüşdü. Halbuki belələri korazehin adamları idi və həmin efirin İranın maraqlarına xidmət etdiyini görə bilmirdilər. Bu gün də Ramiz Mehdiyevin müdafiəsi göstərir ki, İranda bəlli dairələrin Azərbaycana nifrəti davam edir. Hərçənd ölkənin xarici işlər naziri Bakıya gəlmişdi, amma mühafizəkar qanada bağlı təbliğat vasitələri dayanmaq bilmir”.

Q.Hüseynlinin fikrincə, “Səhər TV” Mehdiyevi müdafiə etməkdən daha çox bu məsələdə Azərbaycan hakimiyyətinin əleyhinə ictimai rəy yaratmaq məqsədi güdür: “Bu telekanal o vaxt da təbliğat aparırdı ki, guya azərbaycanlıları əzirlər, hökumət onlara "divan tutur" və “Səhər TV” də guya bizə can yandırır. Hətta bir efir aparıcısı var idi ki, verilişdə yalandan ağlayırdı, guya Azərbaycan xalqının dərdini çəkir. Yəni bu saxtakarları yaxşı tanıyırıq. İran dövlətinin himayəsində olan bir telekanalın bu şəkildə informasiya siyasəti elə molla rejiminin birbaşa maraqlarına uyğundur. Ancaq İran bununla Azərbaycanın daxili işlərinə “burnunu soxur”. Görünür ki, İran müttəfiqi Rusiyanın adamı Ramiz Mehdiyevin Azərbaycanda ifşa olunmasından narahatdır. Çünki Azərbaycanda Rusiyanın təsirinin azaldılması prosesi gedir. Paralel şəkildə İranın da agentura şəbəkəsi xeyli dərəcədə çökdürülüb. Bu da cənub qonşumuzu həyəcanlandıran faktdır ki, Azərbaycan Türkiyə ilə müttəfiqliyi gücləndirir, Rusiya və İranın təsir imkanlarını minimuma endirir".

Politoloqun sözlərinə görə, “Səhər TV” Azərbaycana qərəzli münasibətini yenə davam etdirəcək: “İlk dəfə deyil ki, bu telekanal kin qusur. Bu televiziya bir müddət qanunsuz şəkildə Azərbaycanda yayımını həyata keçirirdi və təbliğat aparırdı. Burada digər məqsəd İrandakı azərbaycanlıların problemlərini diqqətdən yayındırmaqdır. Ramiz Mehdiyevin müdafiəsi də o qəbildəndir ki, nəzərləri Azərbaycanın içərisinə yönəltsinlər. Ümumiyyətlə, İrandakı soydaşlarımızın "zəhər" adlandırdıqları “Səhər” telekanalının fəaliyyəti Azərbaycanı şərləməkdən ibarətdir. Bundan başqa da, SEPAH-ın himayəsində olan media resursları dayanmadan ikitərəfli münasibətlərə zərər vuran materiallar dərc edir. Azərbaycanın Qarabağı işğaldan azad etməsi İranın planlarına uyğun deyildi. Regionda əvvəlki status-kvo, yəni torpaqların işğalda qalması ilə davam edən münasibətlər Tehrandakı rejimə daha çox sərf edirdi. Bu gün Azərbaycan güclənib və müttəfiqləri var. Xüsusən də Türkiyə, Pakistan, həmçinin İsraillə əlaqələr, son olaraq da Tramp administrasiyası ilə qurulan yüksək səviyyəli münasibətlər İrandakı rejimi qane etmir".

Qeyd edək ki, İran rəsmiləri “Səhər TV”nin yayımlarını bəzən güney azərbaycanlılarla əlaqələndirirlər, lakin bunun İranda olan Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdur. Hətta “Səhər TV” Güney Azərbaycan şəhərlərinin heç birində yayımlanmır. Kanalın ferekansları yalnız Azərbaycan Respublikası üçün nəzərdə tutulub.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru