Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                 

Bakıda silsilə yanğın və partlayışlar təxribatdır? – Kriminoloqdan ŞOK açıqlamalar
Tarix: 5-12-2025, 16:20 | Çap et

Son vaxtlar paytaxtın müxtəlif ərazilərində ard-arda baş verən yanğın və partlayışlar ictimai narahatlığı artırıb. Yasamalda 3 nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən faciə günlərlə müzakirə olundu.

Sakinlərin iddialarına görə, hadisənin baş verdiyi binanın zirzəmisində pəncərəsiz, tam qapalı məkanda “LOFT” adlı restoran tikilib və ümumi əmlak hesab olunan sahələr satılıb. Bunun ardınca noyabrın 24-də “AFEN Plaza”da baş verən növbəti partlayış da suallar doğurur. Binada qaz olmadığı halda partlayışın necə baş verməsi, qaz infrastrukturunda hansı boşluqların mövcudluğu barədə yeni müzakirələrə səbəb olub.

Ümumilikdə isə binalarda, restoranlarda və kommersiya obyektlərində təhlükəsizlik standartlarının hansı səviyyədə təmin olunması məsələsi gündəmə gəlib. Bu gün səhər saatlarında Lökbatanın “Qobu Park-1” yaşayış massivində baş verən güclü partlayış və yanğın ağır faciəyə səbəb olub. Eyni ailənin iki məktəbli uşağı və anaları hadisə yerində dünyasını dəyişiblər. Faciə anında köməyə qaçan 65–70 yaşlarında bir kişi də tüstüdən boğularaq həyatını itirib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu hadisələr ölkədə ciddi müzakirələrə səbəb olub, insanlar bir ayda bu qədər partlayışın və yanğının baş verməsinin təsadüf olmadığına inanır. Hətta iddia edilir ki, silsilə yanğınlar bir təxribatdır və qəsdən törədilir.

Deyilənlər nə dərəcədə həqiqətə uyğundur?

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Həm paytaxtda, həm də regionlarda baş verən yanğın hallarını ürək ağrısı ilə qəbul edirəm. Bu hadisələrin bu şəkildə artmasına, genişlənməsinə və bu dərəcədə eskalasiyasına səbəb olan amillər, faktorlar, yaradılan şərait nədir - bunları mütləq araşdırmaq lazımdır. Bu, Fövqəladə Hallar Nazirliyinin başlıca vəzifə funksiyalarıdır. Niyə baş verdi? Nə edək ki, gələcəkdə bu cür hallar təkrar olunmasın? Bu, çox ciddi və diqqətli şəkildə yanaşılması lazım bir məsələdir.

Sovet dövrü ilə müqayisə edəndə bu gün binalarda, hətta birmərtəbəli evlərdə, insanların regionlarda yaşadığı mənzillərdə yanğınların bu qədər artması ciddi narahatlıq doğurur. Həmin dövrlə müqayisədə indi baş verənlərin intensivliyi daha yüksəkdir.

Konstitusiyanın 12-ci maddəsində Azərbaycan dövlətinin ali məqsədi aydın ifadə olunub: Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, onların layiqli həyat səviyyəsinin qorunması dövlətin ali məqsədidir. Əgər dövləti vahid bir canlı orqanizm kimi qəbul etsək, onun “övladları” qurumlarıdır - bu məqsədin icrasına xidmət etməlidir.

Dövlət mexanizminin bütün strukturları insanların təhlükəsizliyinin təmin olunmasına, onların hüquq və azadlıqlarının qorunmasına və bu dəyərlərə yönələn hər hansı təhlükənin qarşısının alınmasına cavabdehdir. Çünki dövlət buna görə mövcuddur. Sovet dövrü ilə müqayisədə isə o vaxt bu cür hadisələr bu qədər çox deyildi, həm də hadisə baş verdikdə itkilərin sayı bu qədər olmurdu. Dəyən mənəvi və maddi zərərlər də əvvəlkindən qat-qat böyükdür”.

Kriminoloq qeyd edib ki, bu məsələdə müəyyən qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də üzərinə vəzifələr düşür:

“Şəhərsalmanın da bir qaydası var. Çünki çoxmərtəbəli binalarda yanğının söndürülməsi və onun lokallaşdırılması çox çətin olur. Birincisi, belə hündürlükdə yanğınla mübarizə aparmaq üçün böyük və güclü texnika lazımdır. Digər tərəfdən, sakinlərin təxliyəsi tələb olunur - bu isə özü böyük problem yaradır. İnsanların 18–20 mərtəbəli binadan pilləkənlərlə aşağı düşməsi çətinlik yaradır. Aralarında yaşlı insanlar var, qadınlar var, hamilələr var, uşaqlar var. Bütün bu faktorlar yanğın hadisələrinin qarşısının alınmasını və operativ idarə olunmasını daha mürəkkəb edir.

Əvvəlki illərə qayıdıram yenə, o zaman yanğınsöndürmə idarələri, islah-əmək düşərgələri var idi, bu, Daxili İşlər Nazirliyində bir idarə qismində fəaliyyət göstərirdi və zənnimcə, DİN bunun öhdəsindən çox yaxşı gəlirdi. Mən demirəm FHN bunun öhdəsindən gələ bilmir. İndi əvvəlkindən qat-qat müasir texnikalar, müasir suvurma sistemləri, həm avadanlıqlar, həm də borular və digər texniki vasitələr daha yüksək səviyyədədir. Texnikanın səviyyəsi də, bazası da əvvəlkindən xeyli yüksəkdir. Amma hadisələrin sayı artıb.

Yanğını söndürmək kifayət etmir. İlk növbədə səbəbləri araşdırmaq lazımdır. Bu sahədə baş verən hadisələrin qarşısını almaq üçün elmi-tədqiqat laboratoriyalarının və elmi-tədqiqat institutlarının fəaliyyəti çox vacibdir. Çünki əvvəlcə səbəbi öyrənmək lazımdır ki, həmin səbəblərin aradan qaldırılması istiqamətində doğru addımlar atılsın və qabaqlayıcı tədbirlər görülsün”.

Şəmsəddin Əliyev əlavə edib ki, 3 mərtəbəli binada yanğın baş verəndə yanğınsöndürənlər qısa müddətdə müdaxilə edib alovu lokallaşdıra bilir və insanları təxliyə etmək daha operativ olur:

“Bu məsələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, hətta AMEA-nın müvafiq bölmələri də bununla bağlı bu problemləri ciddi şəkildə dəyərləndirməli, yaranan təhlükələri aradan qaldırmaq üçün koordinasiya şəklində tədbirlər görməlidirlər.

Bəzən çoxmərtəbəli binalarda qaz, elektrik və digər enerji xətləri bərbad haldadır. Baxın, beşmərtəbəli binalarda qaz və su xətləri bloklardan elə keçir, divarlarda sallanır. Yəni qeyri-standart şəkildə quraşdırılır. Belə şəraitdə müdaxilə də etmək mümkündür, orada qazsızma da ola bilər, alışmanın baş verməsi də mümkündür. Çünki xətlər elə primitiv şəkildə çəkilib ki, istənilən an qısaqapanmadan yanğınlar törədilə bilər”.

Ekspert deyib ki, bu məsələdə vətəndaşların da günahı az deyil:

“Dəfələrlə televiziyalarda elan edirlər, evdən çıxarkən işığı söndürün, suyu, qazı bağlayın. İnsanlarda özünə güvənmək var. O ki qaldı indiki yanğınların qəsdən törədilməsinə, çoxmərtəbəli binalarda təxribatın olmasını ehtimal etmirəm. Amma regionlarda bir-iki mərtəbəli binaların kül olmasında qəsd görürəm. Olub ki, vətəndaşın həmkəndlisi ilə mübahisəsi olub, qarşı tərəf bunu edib. Misal üçün, Sədərəkdə dəfələrlə yanğın olub. O yanğınlar birmənalı şəkildə qəsdən törədilib. Bu, işbazların qəsdi ola bilər ki, həmin ərazidən getsinlər. Təbii ki, bu hallar araşdırılmalıdır. Araşdırılandan sonra ictimaiyyətə məlumat verilmirsə, artıq bunu deyə bilmərəm. Amma bu məsələyə səthi yanaşmaq olmaz. Necə ola bilər ki, Sədərəkdə bir-birinin ardınca o qədər yanğın olur, insanların əldə etdiyi əmlaka milyonlarla manat zərər dəyir, bunun qarşısı alınmır. Burada qəsd ehtimalı var”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru