Maliyyə Nazirliyi “Çaşıoğlu Elm İstehsalat” ilə yeni müqavilə bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə protokol və qərar blanklarının satın alınması nəzərdə tutulur.
Sifarişdə 280 min ədəd “İnzibati xəta haqqında protokol”, 150 min ədəd “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad” və 150 min ədəd “Elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokol, qərar (qərardad) blankları” yer alıb.
Sifarişin maliyyə dəyəri isə 100 min manata yaxındır.









