Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi Stefano Sannino Avropa İttifaqı institutlarında korrupsiya işi üzrə ittiham olunan şəxslər arasında yer aldıqdan sonra Avropa Komissiyasından öz istəyi ilə məzuniyyətə göndərilib və daha sonra vəzifədən azad edilib.
APA xəbər verir ki, bu barədə Politico nəşri AK-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Avropa Komissiyasının Yaxın Şərq, Afrika və Fars Körfəzi üzrə baş direktorluğunun rəhbəri artıq bizdə çalışmır”, - qurumdan bildirilib.
Məlumata görə, Sannino öz müraciəti ilə ödənişsiz məzuniyyətə göndərilib və bu, onun Komissiyadan güetməsi ilə nəticələnəcək.









