Bakı Dövlət Sirki inzibati qaydada cərimələnib.
Teleqraf xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol əsasında Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələblərini pozan sirkə 1200 manat cərimə kəsilib.
Qeyd edək ki, Bakı Dövlət Sirki ölkəyə 10 baş sirk itini gətirərkən gömrük prosedurlarına əməl etməyib.









