“Ermənilərin Bakıya, Azərbaycanlıların isə İrəvana səfəri Azərbaycanın Ermənistana “humanitar yardım” kimi başa düşülməlidir”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər Ermənistanda nəşr olunan “Past” qəzetində Bakıda erməni nümayəndələri ilə keçirilən görüşlə bağlı dərc edilmiş məqalədəndir.
Nəşr iddia edib ki, hazırkı prosesin bütün rıçaqları Azərbaycanın əlindədir. “Mahiyyət etibarı ilə Azərbaycan birdən-birə sərhəddə atəş açsa, Paşinyanın bütün təbliğat köpüyü dağılacaq. Bakı bunu çox gözəl anlayır və 2026-cı il parlament seçkilərində onun təkrar seçilməsini təmin etmək üçün Paşinyana dəstə oyununu oynayır”.









