Tamam... İnsan hər cür əqidədə ola bilər...
Amma həmin düşüncə çoxluğun bərqərar şərtlərinə hansısa formada mənfi təsir göstərirsə... bunun adı... ən yaxşı formada xəyanət, belədə şərəfsizlikdir ki, bu gün kimlərsə SSRİ bayrağı ilə ortalıqda görünürlər...
Özlərini hansısa inqilabi qəhrəmana bənzədirlər... Əzlində Azərbaycanda qəhrəman olmaq o qədər asandır... Şərtlər ortadadır... Hansısa xain gücün maraqları ilə ortalıqda bayraq yellədib gəlmiş-keçmişlərinin yellənənlərini təhdid altında qoyacaqsansa... bu xəyanətdir və bu etdiklərinin ümumi kimliyə hansısa formada dəxli və aidiyyatı yoxdur...
Bu gün tutulanlar da qaşındılar və tutuldular... Onlara bu həbs hava və su kimi lazım idi... Çünki əməlləri kimi, aqibətləri də onlara maddi fayda verməli idi... verdi də...
Yetim camaatımız isə növbəti tamaşaya baxır...
Bizə urusların bu kimi şouları hansısa sirk kloununun ağzından şar çıxartması anlamına gəlir. Ona görə də... yəqin Kremldə oturanlar da yaxşı bilir ki, hansısa yaşıllığın kölgəsində çoxdan iylənən əski parçalarını yellətməklə, yalnız ürək bulandıra bilərlər...
Zatən bizlər çoxdan zəhmətkeş deyilk... Axırıncı səfər əlimizə orağı, çəkici nə vaxt aldığımız isə... yadımıza belə gəlmir...
Ona görə də... iylənmiş əskilərinizi başqa yerdə yelləyin. Belədə isə...
Yellənən Putinin əskisidir... Kiminsə... hansısa formada ehtiyacı varsa... istifadə etsin...
Orxan TUNCƏR... - "DİA-AZ"








