Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Rusiyada azərbaycanlı miqrantlarla bağlı ŞOK - Bundan sonra...
Tarix: 26-11-2025, 10:20 | Çap et

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi təklif edilir. Belə ki, LDPR qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün miqrantlara pnevmatik silahların, elektroşokların, qaz və digər spreylərin satışının qadağan edilməsini təklif edib. Müvafiq qanun layihəsinin partiyanın lideri Leonid Slutskinin başçılıq etdiyi deputatlar tərəfindən Dövlət Dumasına təqdim olunacağı açıqlanıb. Bu isə o anlama gəlir ki, kriminogen vəziyyətin ağır olduğu Rusiyada miqrantlar özlərini müdafiə etmək üçün ancaq yumruqları işə salmalıdırlar. Nə etməli? Hansı addımlar atılmalıdır?

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, təklif olunan bu qanun layihəsi hüquqi baxımdan absurd olmaqla yanaşı, Rusiya Federasiyasının Konstitusiyasının təməl prinsiplərinə ziddir: “Cinayətkarlıqla mübarizə şüarı altında irəli sürülən bu təşəbbüs əslində leqal əsaslarla yaşayan insanları müdafiəsiz buraxaraq onları kriminal qruplar üçün asan hədəfə çevirir. Bir hüquqşünas kimi bildirirəm ki, özünümüdafiə hüququ insanın təbii hüququdur və vətəndaşlıq mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz”.

Vəkil deyib ki, Rusiya Federasiyası Konstitusiyasının 19-cu maddəsinin 2-ci hissəsində açıq şəkildə qeyd olunur: “Dövlət irqindən, milliyyətindən, dilindən, mənşəyindən, yaşayış yerindən asılı olmayaraq insan və vətəndaş hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bu qanun layihəsi isə insanları məhz mənşəyinə və vətəndaşlıq statusuna görə ayırır. Eyni cəmiyyətdə yaşayan iki şəxsdən birinə özünü qorumaq imkanı verib, digərindən bu imkanı almaq birbaşa diskriminasiyadır. Yəni ayrı-seçkilikdir”.

Vəkil qeyd edib ki, konstitusiyanın 17-ci maddəsi Rusiyada insanın hüquq və azadlıqlarının beynəlxalq hüququn ümumqəbul olunmuş prinsiplərinə uyğun olaraq tanındığını bəyan edir: “Yaşamaq hüququ və şəxsi təhlükəsizlik toxunulmazdır. 45-ci maddənin 2-ci hissəsində isə deyilir. Hər kəs öz hüquq və azadlıqlarını qanunla qadağan olunmayan bütün üsullarla müdafiə etmək hüququna malikdir”.

Cavad Cavadovun sözlərinə görə, qaz balonu və ya elektroşok qanunla qadağan olunmayan mülki özünümüdafiə vasitələridir: “Miqrantların bu vasitələrdən istifadəsini yasaqlamaq, onların konstitusiya ilə təsbit olunmuş özünümüdafiə hüququnu faktiki olaraq əlindən almaq deməkdir. Rusiya Federasiyasının "Silah haqqında" (N 150-FZ) Federal Qanunu silah əldə etmək üçün məhdudiyyətləri dəqiq müəyyən edir: yaş həddi, psixi sağlamlıq, məhkumluğun olmaması və s. Qanunvericilikdə “vətəndaşlıq” və ya “miqrasiya statusu” kimi ayrıca meyarın bu siyahıya əlavə edilməsi hüquqi nonsensdir. Cinayətkar onsuz da qanunsuz yolla silah əldə edir. Bu qadağa yalnız qanunlara riayət edən, vergi ödəyən və qeydiyyatda olan dinc miqrantlara təsir edəcək.

Başqa sözlə, bu qanun layihəsi hüquqi yox, populist xarakter daşıyır. Onun qəbul edilməsi Rusiyada kriminogen durumu yaxşılaşdırmayacaq, əksinə, müəyyən bir sosial qrup olan miqrantları cinayətkarlar qarşısında tamamilə əliyalın qoyaraq zorakılıq hallarının artmasına səbəb ola bilər. Rusiya Dövlət Dumasının müvafiq komitələri bu təşəbbüsü konstitusiyanın bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə zidd olduğu üçün rədd etməlidir. Əgər qanun layihəsi buna baxmayaraq qəbul olunarsa, gələcəkdə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin bu normanı insan hüquqlarına və konstitusiyanın özünün təməl müddəalarına zidd hesab etməsi ehtimalı çox yüksəkdir".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, Rusiya, azərbaycanlı miqrantlar da daxil olmaqla, digər miqrantları müdafiəsiz qoyur. Bu, qanun deyil, insan təhlükəsizliyinin təhlükəyə atılmasıdır: ”Rusiyada miqrantlara qarşı yeni məhdudiyyət təşəbbüsü göstərir ki, böyük dövlətlər öz daxilində yaranan sosial gərginliklərin yükünü ən zəif təbəqə olan miqrantların çiyninə yükləyir. Bugünkü Rusiya Ukraynadakı müharibə bataqlığında çabalayır, daxildə cinayət statistikası artır, kriminal qruplar güclənir, hüquq-mühafizə orqanlarına inam azalır. Belə bir halda problemə çözüm yolu kimi məhz miqrantlardan elementar özünümüdafiə vasitələri alınır. Bu təşəbbüsün adı cinayətkarlıqla mübarizə qoyulur, amma mahiyyətində ayrı-seçkilik, qərəz və hüquqi nihilizm dayanır".

Hüquq müdafiəçisi deyir ki, Rusiyada çalışmaq məcburiyyətində olan yüz minlərlə azərbaycanlı orada ölkənin iqtisadiyyatına töhfə verir, vergilər ödəyir: “Amma hər dəfə siyasi populizmin ilk hədəfi miqrantlar olur. Bu qanun layihəsi biabırçılıqdır. Ən təhlükəli məqam budur ki, bu qadağa cinayətkarı yox, yalnız qanuna əməl edən insanı zərərsizləşdirəcək. Kriminal qruplar qeyri-leqal silah əldə etməkdə heç bir çətinlik çəkmir. Belə qanun layihələri cəmiyyəti qorumaq üçün yox, cəmiyyəti yönləndirmək üçün tətbiq olunur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru