Ermənistanda keçmiş Prezident Serj Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb.
APA “Sputnik Armenia”ya istinasdən xəbər verir ki, “İmnemnimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyan xuliqanlıqda ittiham edilirlər.
“İmnemnimi” podkastının müəlliflərinə qarşı cinayət işi parlament spikerinin müraciəti əsasında qaldırılıb.









