Dövlət Sosial Müdafiə Fondu (DSMF) yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, Fond tenderə əsasən 4 ədəd pikap tipli avtomobil alacaq.
Məlumatda qeyd edilir ki, bununla bağlı “YENİMOTOR” MMC ilə razılaşma əldə olunub və tərəflər 227 min 120 manatlıq satınalma müqaviləsi imzalayıb.
Tribunainfo.az açıq mənbələr üzərindən araşdırma apararaq, DSMF-nin bir il ərazində neçə ədəd xidməti maşın məsələsini dəqiqləşdirməyə çalışıb. Araşdırma zamanı məlum olub ki, “Yenimotor” MMC ilə DSMF arasında xidmət maşın alınması ilə bağlı bu ilin 25 oktaybrında da satınalma müqaviləsi imzalanıb. 1 ədəd avtomobil üçün Fond şirkətə 56 min 100 manat ödəyib.
Amma bu da son deyil. Araşdırma zamanı o da məlum olub ki, son bir il ərzində DSMF yuxarıda sadalananlardan əlavə daha 25 ədəd xidməti avtomobil alıbmış. Belə ki, Fond ötən ilin sentyabrında “AUTO AZƏRBAYCAN” MMC arasında satınalma müqaviləsi imzalanıb. Müqaviləyə əsasən MMC dövlət qurumuna 25 ədəd avtomobil sataraq, müqabilində 1 milyon 275 min manat pul ödəyib.
Bütün bu araşdırmanın yekun nəticəsi ondan ibarətdir ki, DSMF bir ilin içində təkcə xidməti avtomobillərin alınmasına 1 milyon 558 min 220 manat xərcləyib.
Qeyd edək ki, qalib şirkətin qanuni təmsilçisi Yusif Hüseynov Rafiq oğludur. “YENİMOTOR” MMC-nin nizamnamə kapitalı isə cəmi 100 manatdır.
Görəsən, DSMF bu qədər avtomobili nə edir?









