Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? .....                     Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır .....                     Fəzail Ağamalı Ana Vətəni necə dağıdır .....                     Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı .....                     Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi .....                     "Azpul" MMC-də QANUN POZUNTUSU .....                     Şəhid ailəsi bağça müdirəsindən gileylənir .....                     "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" .....                     Əmrullayevin direktor problemi... .....                     Kriptovalyuta bazarına kapital axınları azaldı .....                     Sülh müqaviləsinin imzalanması gecikdikcə... .....                     Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir .....                     "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" .....                     Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq .....                     Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? .....                     "Maaşım yalnız yemək və içməyə yetirdi..." .....                     Sənədlər yayımlandıqdan sonra... .....                     "YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" .....                     Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir .....                     Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır .....                     'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Bakının dostu müharibə elan etdi .....                     Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                 

Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:57 | Çap et

Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb.

"Cebheinfo.az"-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq.

“Heç kim Ermənistan xalqının iradəsinə qarşı başqa ssenari ilə gedə bilməz. Bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan baş verə bilməz”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də Ermənistan parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan sədri Sarkis Xandanyan da Azərbaycanla ərazi mübadiləsindən danışıb. O bildirib ki, Ermənistan və Azərbaycan arasında mümkün ərazi mübadiləsi yalnız referendumdan sonra baş tutacaq:

“Əgər hər hansı bir ssenaridə Ermənistan və Azərbaycanın ərazi mübadiləsi aparmalı olduğu aydın olarsa Ermənistan qanunvericiliyinə görə, bu məsələ referendum olmadan həll edilə bilməz. Anklav məsələsi hazırda mövcuddur. Lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir. Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra İrəvan və Bakı anklav məsələsi ilə bağlı nə edəcəklərinə qərar verəcəklər”,- Xandanyan belə deyib.

Qeyd edək ki, söhbət Azərbaycanın hələ də işğal altında olan 4 kəndindən (Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Sədərək rayonunun Kərki kəndləri) və Ermənistan tərəfinin iddia etdiyi Gədəbəy rayonunun Başkənd kəndindən gedir. Nikol Paşinyan hakimiyyəti Sovet dövründə qanunsuz Ermənistana verilmiş Başkəndin hazırda işğal altında olan yaşayış məntəqələrindən biri ilə dəyişdirilməsini təklif edir.

Rəsmi İrəvan işğal altındakı kəndlərin qaytarılması müqabilində ya Başkəndin Ermənistana verilməsini, ya da Başkəndin Azərbaycanın yurisdiksiyasına keçməsi müqabilində işğal olunmuş 4 anklavdan birindən imtina olunması iddiası ilə çıxış edir. Bundan başqa, Ermənistan 2021-2022-ci illərdə Azərbaycanla şərti sərhəddə yerləşən bir sıra yüksəkliklərin işğal olunduğunu bildirir.

Nikol Paşinyan guya bu ərazilərin Ermənistana məxsus olması barədə dəfələrlə əsassız iddialar irəli sürüb. Həmin yüksəkliklər Kəlbəcər rayonunun Ermənistanla şərti sərhədində yerləşən Buğdadağ dağı və Bala Göyçə gölü, Laçın rayonunun inzibati-ərazi vahidinə daxil olan Qaragöl gölü, Birinci və İkinci İşıqlı yüksəklikləri, İsti Su (Cermux) rayonu istiqamətində bir sıra torpaqlar daxildir.

Həmin ərazilər Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən işğal olunsa da, 2021-2022-ci illərdə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilib. Ermənistan isə heç bir hüquqi əsas olmadan həmin ərazilərə iddia edir. Halbuki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatmadığına görə rəsmi İrəvanın həmin yüksəkliklərə iddia etməsi doğru deyil.

Anklavlara gəlincə, Qazax və Sədərək rayonlarının işğal altındakı kəndləri Azərbaycanın suveren əraziləridir. Bu yaşayış məntəqələri işğal olunduğuna görə qeyd-şərtsiz azad edilməlidir. Çünki bu kəndlərin Ermənistanın işğalı altında qalması Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair 2022-ci il Praqa Bəyannaməsinə və 2025-ci il avqustun 8-də paraflanmış “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in 1-ci və 2-ci bəndlərinə ziddir. Xandanyan bu məsələlərin sərhədlərin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra həll olunacağını bildirir. Amma buna yol vermək olmaz.

Ona görə ki, sərhədlərin müəyyənləşməsi prosesi on illərlə davam edə bilər. Bu isə kəndlərin işğal altında qalması deməkdir. Ona görə də yekun sülh müqaviləsi imzalanana qədər 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, anklavlar Azərbaycana qaytarılmalıdır. Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoyulmadan həmin istiqamətdə dəmir və avtomobil yolu açıla bilməz. Yəni işğal faktı kommunikasiyaların açılmasına mane olur.

Başkəndlə bağlı vəziyyət isə fərqlidir. Əvvəla, Başkənd tarixi Azərbaycan torpağıdır və 1920-ci ildə, yəni SSRİ yaranmazdan iki il əvvəl bolşeviklər tərəfindən qanunsuz olaraq Ermənistana pay verilib. Ona görə də bu qərarın heç bir hüquqi-konstitusion qüvvəsi yoxdur. İkincisi, Sovet dövründə Başkəndin ətrafında Azərbaycanla Ermənistan arasında inzibati, yəni şərti sərhəd olub. Ermənistan Ali Soveti 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsində dair qərar çıxartmaqla Azərbaycanla inzibati sərhədlərdən imtina edib.

Bu, Başkəndə də aiddir. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla Azərbaycanla, o cümlədən Başkəndlə şərti sərhədi tanımaqdan imtina edib. Ona görə də həmin istiqamətdə sərhəd xəttini bərpa etmək hüquqi cəhətdən real deyil. Ermənistan bu məsələnin həlli üçün 1991-ci il Almatı Bəyannaməsinə istinad edir. Qeyd edək ki, Ermənistan Almatı Bəyannaməsini imzalamaqla yanaşı, Azərbaycan ərazilərini işğal edib, o cümlədən Başkəndlə Krasnoselsk (Çəmbərək) rayonu arasında dəhliz açmaq üçün Gədəbəy rayonuna hərbi təcavüz aktı həyata keçirib.

Eyni zamanda, Başkənddə separatçılığa və terrora dəstək verib. Beləliklə, adıçəkilən sənədin 3-cü bəndində əksini tapmış müstəqil dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərinin toxunulmazlığına əməl edilməsi prinsipini pozub.

Ona görə də tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Almatı Bəyannaməsini əsas götürsələr də, bu, 1991-ci ildə mövcud olmuş inzibati sərhədlərin bərpası demək deyil. Almatı Bəyannaməsində “Sovet dövründə mövcud olmuş inzibati sərhədlər” ifadəsi yer alır. Sovet dövrü isə 1991-ci ildən ibarət deyil və 1920-ci ildən başlanır. 1920-ci il noyabrın 29-da isə Ermənistanın ərazisi 11 min kvadrat kilometr olub.

Sonra qanunsuz olaraq Azərbaycan torpaqlarının zəbt edilməsi nəticəsində Ermənistan SSR-in ərazisi 28743 kv.km.-ə çatıb. Ona görə də Nikol Paşinyan Başkəndin də daxil olduğu 29 min kv.km əraziyə mailk “real Ermənistan”ın yaradılmasını təklif edir. Əgər sərhədlərin müəyyənləşməsi zamanı Sovet dövrü xəritələrinə aid xəritələr əsas götürülərsə, o zaman Ermənistan qanunsuz zəbt etdiyi torpaqları geri qaytarmalıdır.

Bu baxımdan, 1995-ci ildə qəbul edilmiş “İnzibati Ərazi bölgüsü haqqında” Ermənistan Respublikası Qanunundan Başkəndin Geqarkunik vilayətinə aid olması barədə bənd çıxarılmalıdır. Əgər Sovet dövründə verilmiş torpaqların qaytarılması məsələsi danışıqlar predmeti olarsa, Azərbaycan tərəfi də Gədəbəy rayonunun 1947-ci ildə qanunsuz olaraq Ermənistana peşkəş edilmiş Çaykənd kəndinin, 1969-cu ilin may ayında verilmiş Tağlar kəndinin və minlərlə hektar torpaq sahəsinin qaytarılmasını tələb etmək hüququna malikdir.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57
"Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40
Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33
"Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26
Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24
"YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17
Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru