Fuad Nəcəfli barəsində cinayət işi açılıb? .....                     İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR .....                     Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib .....                     Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? .....                     Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır .....                     Fəzail Ağamalı Ana Vətəni necə dağıdır .....                     Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı .....                     Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi .....                     "Azpul" MMC-də QANUN POZUNTUSU .....                     Şəhid ailəsi bağça müdirəsindən gileylənir .....                     "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" .....                     Əmrullayevin direktor problemi... .....                     Kriptovalyuta bazarına kapital axınları azaldı .....                     Sülh müqaviləsinin imzalanması gecikdikcə... .....                     Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir .....                     "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" .....                     Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq .....                     Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? .....                     "Maaşım yalnız yemək və içməyə yetirdi..." .....                     Sənədlər yayımlandıqdan sonra... .....                     "YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" .....                     Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir .....                     Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır .....                     'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Bakının dostu müharibə elan etdi .....                     Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                 

Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Tarix: Bu gün, 07:01 | Çap et

Müsbət makroiqtisadi dinamikaya baxmayaraq, kriptovalyutalar son həftələrdə ən pis göstərici nümayiş etdirən aktiv sinfi olub. “Wintermute” (kriptovalyutalar üzrə ixtisaslaşmış ən böyük bazar qurucularından biri) şirkətinin açıqlamasına görə, hazırda birjalarda proseslər ənənəvi bazarların xeyrinə hərəkət edir.

“Companiesmarketcap”ın 5 noyabr tarixinə olan monitorinqinə görə, Bitkoin dünyanın ən yaxşı 10 aktivi arasında oktyabrın əvvəlindən bəri mənfi dinamika göstərən yeganə aktiv olub. Bitkoinin (BTC) qiyməti oktyabrın 1-dən 10%-dən çox düşərək noyabrın 5-nə 102 000 dollar təşkil edib. Eyni dövrdə qızılın qiyməti təxminən 3% artıb, ABŞ-ın aparıcı indeksləri “SP 500” və “NASDAQ 100” müvafiq olaraq 1,5% və 3,5%, gümüşün qiyməti isə 2%-dən çox yüksəlib.

Ekspertlərə görə, kripto bazarında ucuzlaşmanın səbəbi əlavə likvidliyin əvvəlki kimi kriptovalyutalara axmamasıdır. Başqa sözlə, “kran” bağlanmayıb, sadəcə başqa yerə yönəldilib.

“Wintermute” analitikləri hesab edir ki, kripto bazarında əsas likvidlik mənbələri stabilkoinlər (stabil bazar qiymətini saxlamaq üçün nəzərdə tutulmuş kriptovalyuta növü), birja ticarət fondlarından kriptovalyutaları ehtiyat aktivi kimi alan şirkətlərdir. Hazırda yalnız stabilkoin sektoru artım göstərir, qalanları isə durğunluq yaşayır:

"Kapital axınının üç hərəkətverici qüvvəsindən yalnız biri -stabilkoinlər hələ də aktivdir. Birja ticarət fondlarından kapital axınları sabitləşib və ümumi likvidlik bol olsa da, kriptovalyutaya gedən pay açıq şəkildə azalıb".

Qeyd edək ki, stabilkoin bazarı ilin əvvəlindən təxminən 50% və ya əlavə 100 milyard dollar artım göstərib. Lakin birja ticarət fondlarından axınlar yaydan bəri dayanıb, idarə olunan ümumi kapital təxminən 150 milyard dollar təşkil edir.

İlin üçüncü rübü kriptovalyuta bazarı üçün səmərəli olub

“CoinGecko”nun hesabatına görə, kriptovalyuta bazarı 2025-ci ilin üç rübündə canlanaraq 16,4% böyüyüb. Bazar kapitallaşması 4 trilyon dollara çatıb. Xüsusilə, rüb ərzində təxminən 563,6 milyard dollar artaraq 2021-ci ilin sonundan bəri ən böyük üç aylıq qazanc nümayiş etdirib. Orta gündəlik ticarət həcmi 43,8% artaraq təxminən 155 milyard dollara yüksəlib. Bazarın bərpasının əsas amilləri kimi likvidliyin yaxşılaşması və institusional investisiyaların artması irəli sürülür.

Mərkəzləşdirilmiş birjalar (MMB) da üçüncü rübdə əhəmiyyətli artım qeydə alıb. Aparıcı bazarlarda spot ticarət həcmi əvvəlki rüblə müqayisədə 31,6% artaraq 5,1 trilyon dollara çatıb.

“TRM Labs” şirkətinin hesabatına görə isə 2025-ci ilin yanvar-sentyabr aylarında qlobal rəqəmsal aktiv əməliyyatlarının dövriyyəsi 125% artıb.

Cənubi Asiya kriptovalyutanın tətbiqi üzrə ən sürətlə böyüyən regiona çevrilib və ticarət həcmləri 300 milyard dollara çatıb. Bu da 80% artım deməkdir.

2025-ci ilin son rübünə gəlincə, kriptovalyuta bazarı əhəmiyyətli dönüş nöqtəsindədir. 2025-ci ilə kriptovalyuta ehtiyatlarını yaradan, o cümlədən idarə edən açıq şirkətlərin sayının artırılması planlaşdırılsa da bir çox investor səhmlərini geri almaq və ya borclarını azaltmaq üçün əllərindəki kriptovalyutaları satıblar. Bitkoin, Ethereum, XRP, Solana və digər altkoinlərin ilin sonuna qədər potensial bərpası investorların, bazar analitiklərinin gündəliyində dayanan əsas müzakirə mövzusudur.

Bazarın perspektləri göstərir ki, 2025-ci ilin son iki ayı kriptovalyuta bazarı üçün həm qeyri-müəyyənliklər, həm də potensial imkanlar vəd edir.

Yəni gözləntilər həm pessimist, həm də optimistdir.

Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilin sonuna qədər Bitkoin (BTCUSD) 120.000–150.000 dollar ətrafında olacaq.

FES faiz dərəcələrini azaltmağa davam edərsə, eləcə də ABŞ dollarının məzənnəsi zəifləyərsə, Bitkoinin hətta 170.000 dollara qədər yüksələcəyini gözləyənlər də var.

Bitkoinlə bağlı qiymət proqnozları optimist olsa da treyderlər Ethereuma dair gözləntilərdə daha ehtiyatlıdırlar. Proqnozlar 2500 dollardan 9000 dollar ətrafında dəyişir.

Bu yöndə ən optimist ssenari “CoinEx”indir. Qurumdan hesab edilir ki, əgər institusional kapital Ethereuma axmağa davam edərsə, qiymətlər müvəqqəti olaraq 9000–10000 dollara qədər yüksələcək.

2026-cı il üzrə proqnozlar

Kripto bazarının “qışının” təxminən bir il davam edəcəyini düşünənlər az deyil. Buna görə də 2026-cı ilin payızına qədər altkoin alışı yüksək risk hesab edilir.

“TechFlow”un son təhlili isə göstərir ki, 2026-cı ilin ikinci rübündə kriptovalyuta bazarında yüksəliş gözlənilir:

“Kriptovalyutalar 2022-ci ildəki enişlərdən sonra özünə gəlsə də, normal ticarət diapazonunda qalır. 2026-cı ildə kriptovalyuta bazarında əsas istiqamət real sektorla inteqrasiya və tənzimlənmiş mühitin formalaşması olacaq. Hazırda “Bitkoin spot ETF”lərin təsdiqi, ABŞ və Avropa bazarlarında institusional investorların fəallaşması, rəqəmsal aktivlərə yeni likvidlik gətirib. 2026-da bu proseslərin nəticəsi kimi stabil, lakin seçici artım dövrü gözlənilir: yəni spekulyativ “buğa dövrləri” azalacaq, lakin real layihələr və tokenləşdirilmiş aktivlər daha çox dəyər toplayacaq”.

Azərbaycan kriptovalyuta bazarı

Ümumi nəticələr Azərbaycanın kriptovalyuta bazarına tədricən daxil olma mərhələsində olduğunu göstərir.

Baxmayaraq ki, əsas iqtisadi tərəfdaşlarında rəqəmsal aktivlər üzrə əməliyyatlar Avropa ölkələrini geridə qoyub. Məsələn, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayına qədər Rusiyanın kriptovalyuta bazarına 376,3 milyard dollar daxil olub. Bu da Böyük Britaniyada qeydə alınan 273,2 milyard dollardan yüksək rəqəmdir. “Chainalysis” şirkətinin məlumatına görə, Rusiyada 10 milyon dollardan çox olan iri kriptovalyuta əməliyyatları əvvəlki illə müqayisədə 86% artıb. Bu göstərici digər Avropa ölkələrində qeydə alınan 44%-lik artımdan təxminən iki dəfə çoxdur.

“Chainalysis 2025 Global Crypto Adoption İndex” hesabatında qlobal kriptovalyuta reytinqində Azərbaycan kripto adaptasiyası üzrə 151 ölkə arasında 90-cı yerdədir. Araşdırmada ölkəmiz Yaxın Şərq və Şimali Afrika regionuna daxil edilib. Azərbaycanın nəticələri aşağıdakı kimidir:

Pərakəndə mərkəzləşmiş xidmətlər üzrə göstərici:

Azərbaycan bu kateqoriyada 83-cü yeri tutub. Bu, ölkədə adi istifadəçilər, yəni fərdi və kiçik investorlar arasında kriptovalyuta əməliyyatlarının hələ geniş yayılmadığını göstərir.

Ümumi mərkəzləşmiş xidmətlər üzrə göstərici:

Azərbaycan 81-ci pillədə yer alıb. Bu, həm pərakəndə, həm də institusional əməliyyatları birləşdirən ümumi bazar aktivliyinin nisbətən zəif olduğunu ifadə edir.

Qeyri-mərkəzləşmiş maliyyə əməliyyatları:

Bu sahədə Azərbaycan 97-ci yerdə qərarlaşıb. Yəni DeFi platformalarından (Uniswap, Aave, Compound, Curve Finance) məsələn, mərkəzsiz kredit və ya token mübadiləsinin Azərbaycanda çox aşağı səviyyədə olduğu məlum olur.

İnstitusional əməliyyatlar üzrə göstərici:

Bu göstərici iri şirkətlərin və investorların əməliyyatlarıdır. Bu göstərici üzrə Azərbaycan 82-ci yerdə olub. Yəni ölkədə hələ böyük biznes qurumları və maliyyə təşkilatları kriptovalyuta bazarında ciddi şəkildə iştirak etmir.

Ümumilikdə bu nəticələr göstərir ki, Azərbaycanda kriptovalyutadan istifadə hələ başlanğıc mərhələsindədir. Ölkədə iri oyunçuların kriptovalyuta bazarına daxil olmamasının əsas səbəbi, bazarı tənzimləyən hüquqi bazanın yaradılmaması göstərilir. Mərkəzi Bank ötən il maliyyə məhsullarının məhdud çərçivədə, nəzarət altında sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejiminin sınaqdan keçirilməsi və uğurlu nəticə göstərən məhsulların geniş miqyasda tətbiqi üçün normativ-hüquqi əsasların formalaşdırılması məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq etsə də ortada konkret irəliləyiş yoxdur. Belə ki, bu proses çərçivəsində ötən ilin oktyabrında ilk mərhələ üzrə 4 məhsul sınaq müddətində tətbiq olunmaq üçün seçilsə də avqustunda qiymətləndirmə nəticəsində iki məhsul üzrə faəliyyətlər dayandırılıb. İkisinin fəaliyyət müddədi isə uzadılıb. Fəaliyyət müddəti uzadılanlardan biri “Pasha Pay” MMC “m10" tətbiqinin ”Binance" platforması ilə inteqrasiyası layihəsidir. Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçüb “m10" tətbiqinin “Binance" platformasına inteqrasiyasını nəzərdə tutur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və cüzdanlardan məxaric edə bilərlər. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.

İkinci layihə “Unicapital İnvestisiya Şirkəti” ASC-nin “Kriptobroker” platformasıdır. Mərkəzi Bankdan bildirilir ki, “Kriptobroker platforması” virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışına, satışı və saxlanılmasına imkan yaradır. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.

İcrası dayandırılanlardan biri “Svort” MMC - Kripto ticarət platforması, digəri “Mobile Payment Solutions” MMC -nin “PortCoin” kriptovalyutasının emissiyası layihəsidir.

Azərbaycanda kriptovalyuta bazarının dövriyyəsi

"Triple-A"nın hesabatına görə, 2023-cü ildə 120 000-dən çox Azərbaycan vətəndaşı kriptovalyutaya sahib olub.

Əməliyyatların həcmi isə 4,4 milyard dollara çatıb. Bu sahədə əsas əməliyyatlar xarici platformalarda həyata keçirildiyindən, istisna deyil ki, dəqiq statistika daha yüksəkdir. Hüquqi bazanın olmaması bu dövriyyənin vergiyə cəlbini də çətinləşdirir. Dövlət Vergi Xidməti kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslərin vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və gəlirindən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi ödəməli olduqlarını açıqlayıb. Bunun vaxt müəyyən edib. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edənlər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidirlər.

Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirir ki, Azərbaycanda hələ də rəsmi lisenziyalı kripto platforması yoxdur:

“Lakin yerli istifadəçilər beynəlxalq birjalar üzərindən əməliyyat aparır – “Binance”, “Mexc”, OKX, “Bybit”, “Bitget”, “KuCoin” və s. Bu platformalar arasında ən populyar olan Binance birjasıdır. Bunun əsas səbəbi isə birjaya yerli “m10” platforması vasitəsilə manat ilə mədaxil-məxaric imkanlarının olmasıdır”.

Mərkəzi Bankın kriptovalyuta əməliyyatları ilə bağlı təşəbbüslərinin zəif olmasına gəlincə, mütəxəssis hesab edir ki, tənzimləyici kriptovalyutaları hələki “rəsmi maliyyə aləti” kimi qəbul etmir:

“Nəticədə AML/KYC tələbləri, hesabat standartları və vergi mexanizmləri konkretləşməyib. Mərkəzi Bank üçün əsas prioritet maliyyə sabitliyi və antipul yuyulma (AML) məsələləridir. Azərbaycan iqtisadiyyatı neft və dövlət sektoruna yüksək dərəcədə bağlı olduğundan, Mərkəzi Bank açıq kripto əməliyyatlarına “yaşıl işıq” yandırmaqda ehtiyatlı davranır. Bununla belə, 2025–2026 dövründə rəqəmsal manat və blokçeyn əsaslı dövlət xidmətləri sahəsində sınaqlar gözlənilir. Yəni, tam qadağa yox, mərkəzləşdirilmiş nəzarət altında rəqəmsal keçid modeli formalaşması gözlənilir”.

O ki qaldı Azərbaycanda iri maliyyə qurumları və institutlarının kriptovalyuta bazarına daxil olmamasının səbəblərinə, Elnur Quliyev bunu bir neçə aspektdən əsasladırır:

“Birincisi – normativ-hüquqi bazanın qeyri-müəyyənliyidir. Hazırda ölkədə kriptovalyutalarla bağlı tam hüquqi baza formalaşmayıb. Yəni bank və investisiya şirkətləri üçün nə icazə, nə də qadağa tam aydın deyil. Belə şəraitdə heç bir iri maliyyə qurumu öz reputasiyasını “boş hüquqi zonada” riskə atmaz.

Digər önəmli faktor isə mövcud mühafizəkar maliyyə siyasətidir. Azərbaycanın maliyyə sektoru innovasiyadan çox sabitliyə önəm verir. Banklar üçün kripto deyil, “riskin sıfıra yaxın olması” daha çox prioritetdir. Yəni texnologiyanın gələcəyinə maraq var lakin “ilk addımı başqası atsın” prinsipi işləyir. Buna baxmayaraq, bəzi startaplar, İT, marketinq sektoru nümayəndələri “Web3 layihələri”, NFT və Metaverse sahəsində aktivləşməyə başlayıb. Yəni, bu maraq sıfır deyil, sadəcə sistematik dəstək və hüquqi baza çatışmır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Həbs oluna bilər
Bu gün, 09:30
İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Bu gün, 09:27
Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Bu gün, 09:15
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57
"Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40
Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33
"Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26
Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24
"YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17
Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru