Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                 

Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Tarix: 13-11-2025, 06:33 | Çap et

Avqustun 8-də Ağ Ev Cənubi Qafqaz üçün tarixi görüşə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verəcək bəyanata imza atdılar.

Tərəflər bu ilin mart ayında razılaşdırılmış 17 maddəlik sülh sazişinin mətnini parafladılar, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoymaq üçün birgə müraciət təqdim etmək barədə qərar qəbul etdilər.

Görüş zamanı “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” da imzalandı. Bu qrupun əsas vəzifəsi Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nı hazırlamaq və əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək olacaq.

Bundan əlavə, Prezident Tramp 907-ci düzəlişin dayandırılması barədə sənədə qol çəkdi. Düzəlişin tam ləğv olunması məsələsinə Konqresdə baxılmalıdır. İndiki şəraitdə respublikaçıların üstünlük təşkil etdiyi qanunverici orqanda bu mümkündür. ABŞ prezidenti belə qərarı təkbaşına ləğv etmək səlahiyyətinə malik deyil.

8 avqust Vaşinqton görüşü Azərbaycan mediasında geniş izlənilib və işıqlandırılıb. Yerli media 8 avqust tarixindən sonra da ona yer ayırmağa davam edir. Tərəflər arasında imzalanmış sənəd uzun illər davam edən münaqişənin həlli istiqamətində atılmış əsas addım kimi dəyərləndirilir. Ən azı, Azərbaycan mediasında proses bu cür görünür. ABŞ prezidenti Donald Tramp özü də “müharibə və sülh” mövzularına toxunarkən, Ermənistan-Azərbaycan razılaşmasını xüsusi vurğulayır. Sonuncu dəfə o, Misirdə – Əliyev və Paşinyanın da dəvət olunduğu Yaxın Şərq Sülh Sammitində 8 avqust görüşünü müsbət xarakterizə edib.

Yerli media və jurnalistlər 8 avqustdan sonrakı dövrü necə işıqlandırırlar?

İlk müraciət etdiyimiz mənbə Report informasiya agentliyidir. O, Vaşinqton görüşünü yaxından izləmiş azsaylı yerli media qurumlarından biridir.

Report agentliyi Vaşinqton bəyannaməsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan rəsmilərinin açıqlamalarına yer verməklə yanaşı, iki ölkə arasında imzalanmış tarixi sənədə xarici dövlətlərdən və təşkilatlardan gələn reaksiyaları da işıqlandırıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir sıra ölkələrin nümayəndələri ilə görüşlərində Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişinin təkcə iki ölkə üçün deyil, bütün region üçün əhəmiyyətini vurğulayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici ölkə səfirləri ilə görüşündə sülhün təkcə Ermənistan üçün yox, eyni zamanda Cənubi Qafqaz üçün əhəmiyyəti barədə danışıb. Report.az saytı həmin görüş barədə məlumat verib və Mirzoyandan sitat gətirib: “XİN başçısı bildirib ki, sülh gündəliyinin həyata keçirilməsi diplomatik orqanlar da daxil olmaqla Ermənistan hökumətinin prioritet vəzifəsidir”.

Mirzoyan həm də regional kommunikasiyanın açılmasının ölkəsi üçün geniş imkanlar yaradacağını vurğulayıb.

Saytın proqnozuna görə, bəyanat Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı il seçkilərindəki mövqeyinə müsbət təsir göstərə bilər. Yazıda erməni diasporunun və müxalifətinin Vaşinqton Bəyanatına mənfi münasibət göstərdiyindən ayrıca :

Serj Sarqsyanın Respublikaçılar partiyası Vaşinqton deklarasiyasını geosiyasi avantüra adlandıraraq, Ermənistanın maraqlarına və suverenliyinə zidd olduğunu, Qarabağ ermənilərinin hüquqlarını pozduğunu iddia edib ki, bu da revanşizmin təzahürüdür”.

Vaşinqton Bəyanatından qısa müddət sonra Pakistan və Ermənistan arasında da tarixi hadisə baş verdi. Ermənistan müstəqilliyini elan etdiyi vaxtdan rəsmi şəkildə onu tanımayan İslamabad Yerevanla münasibətini yenidən gözdən keçirdi. Avqustun 31-də Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İşaq Dar ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə bəyanat imzaladılar.

Reportun saytında yer alan məqalədə bu normallaşma prosesi Vaşinqton Bəyanatı ilə əlaqəli şəkildə qiymətləndirilir. Həmçinin vurğulanır ki, rəsmi Bakı yalnız Ermənistanın Pakistan tərəfindən tanınmasında deyil, həm də iki ölkə arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynaya bilər.

İctimai yayım funksiyasını yerinə yetirən İTV həm yerli siyasi şərhçilərin, həm də xarici ekspertlərin mövzuya dair fikirlərinə geniş yer verib.

Amerikalı siyasi şərhçi Con Koneli bu bəyannamənin region üçün mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın Ermənistanda sabitliyin qorunmasında oynadığı rol da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

“Burada ən zəif bənd Ermənistandır. ABŞ Ermənistanda sabitliyi qorumaq üçün resurslarından istifadə etməlidir. Ssabitlik qoruna bilsə, Ermənistan, Azərbaycan və Türkiyə arasında ticari və iqtisadi inkişaf çiçəklənə bilər,”- Con Koneli qeyd edib.

Oktyabr ayında Azərbaycan və Ermənistan münasibətləri baxımından daha bir mühüm hadisə baş verdi. Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistanın Zvartnots Hava Limanına eniş etdi. Azərbaycanlı siyasi şərhçilər, vətəndaş cəmiyyəti nümayəndələri və bir jurnalistdən ibarət nümayəndə heyəti Ermənistana səfər edərək, oradakı həmkarları ilə görüşdülər.

İTV-nin şərhinə görə, bu səfərin əsas əhəmiyyəti ondan ibarət idi ki, görüş üçüncü tərəf olmadan təşkil olunmuşdu. Bu da Vaşinqton Bəyannaməsinin nəticələrindən biri kimi qiymətləndirildi.

Yerevana səfər edənlərdən Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov İctimai TV-yə verdiyi müsahibədə görüşün müsbət atmosferdə keçdiyini bildirib: “Ümumi prinsiplərə gələndə, biz təxmini eyni fikirdəyik. Müzakirə edilməli aktual məsələlər var. Biz sülhün hər iki cəmiyyətə mənfəət gətirəcəyini aşılamalıyıq”.

“Azadlıq” Radiosunun Azərbaycanda fəaliyyəti məhdud olsa da, o, 8 avqust görüşünün təsirləri barədə materiallara çox yer verməyə çalışır.Millət vəkili Elman Nəsirov Ermənistan konstitusiyasının dəyişdirilməsinin sülh sazişinin imzalanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. “Azadlığ”ın bu mövzuda videoreportajında kommunikasiya xətlərinin açılması ilə bağlı əldə olunan razılaşmalar ön plana çıxarılıb.

Erməni siyasi şərhçi Anna Ohanyan Vaşinqton Bəyannaməsini Azərbaycan, Ermənistan və bütövlükdə region üçün mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, əldə olunan razılaşma Cənubi Qafqaz ölkələrini xarici güclərin təsirindən qorumağa kömək edəcək.

Eyni müsahibədə Vaşinqton bəyannaməsini dəyərləndirən Anna Ohanyan, Cənubi Qafqaz ölkələrinin qonşu dövlətlərdən gələn risklərə açıq olduğunu qeyd edib və Azərbaycan üçün belə risklərin Çin və Rusiya tərəfindən yaradıla biləcəyini söyləyib.

Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında ötən ilin dekabrında yaranan siyasi böhran iki ölkə liderlərinin Düşənbədəki təmasları zamanı qismən həllini tapdı. Azərbaycan və Çin münasibətləri isə artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Belə faktların nəzərə alınmaması və kifayət qədər əsas olmadan bu kimi fikirlərin yayımlanması izləyicilər və oxucular arasında informasiya çaşqınlığına səbəb ola bilər. Xüsusilə də nəzərə alınmalıdır ki, “Azadlıq” radiosu bir çox hallarda belə fikirləri təhlillərsiz, yəni, ekspert rəyi kimi verməklə kifayətlənir.

Millət vəkili Zahid Oruc isə etimad quruculuğunun formalaşdırılmasının vacibliyini qeyd edib: “Etimad mühitinin yaradılması üçün strateji addımlar atılmalı, bu prosesə hərbçilərin görüşlərindən başlayaraq, nüfuzlu şəxslər, mədəniyyət nümayəndələri də cəlb olunmalıdır. Sovet dövründəki əməkdaşlıq təcrübəsi nəzərə alınaraq, indi sülh çağırışlarının səsləndirilməsi və medianın bu istiqamətdə aktivliyi önəmlidir”.

Azərbaycan və Ermənistan arasında Vaşinqton Bəyannaməsi ilə sürətləndirilmiş sülh prosesinin cəmiyyət tərəfindən necə qəbul edildiyini anlamaq üçün media qurumları vətəndaşların, xüsusilə də sərhəd bölgələrində yaşayan insanların fikirlərini də öyrənməyə diqqət yetirməlidir. Hər üç media bununla bağlı qısa materiallar hazırlasa da, bu, yetərli deyil. Dövlətlər arasında imzalanmış prosesin davamlı və dayanıqlı olması üçün vətəndaşların mövqelərini əks etdirən materialların daha çox olması vacibdir.

Müəllif: Könül Şahin - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru