Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? .....                     Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı .....                     Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... .....                     Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı .....                     Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? .....                     "Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" .....                     DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb .....                     Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur .....                     Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu .....                     Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb .....                     Elə icra başçıları var ki, əhali ilə təmasdan qaçır, qapısına polis qoydurur, heç kimi içəri buraxmır .....                     Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi .....                     “Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” .....                     BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir .....                     “Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq .....                     Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur .....                     “Bakı Avtomobil Sənaye” ləğv oluna bilər .....                     Generala ağır itki .....                     Fuad Nəcəfli barəsində cinayət işi açılıb? .....                     İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR .....                     Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib .....                     Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? .....                     Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır .....                     Fəzail Ağamalı Ana Vətəni necə dağıdır .....                     Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı .....                     Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi .....                     "Azpul" MMC-də QANUN POZUNTUSU .....                     Şəhid ailəsi bağça müdirəsindən gileylənir .....                     "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" .....                     Əmrullayevin direktor problemi... .....                     Kriptovalyuta bazarına kapital axınları azaldı .....                     Sülh müqaviləsinin imzalanması gecikdikcə... .....                     Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir .....                     "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" .....                     Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq .....                     Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? .....                     "Maaşım yalnız yemək və içməyə yetirdi..." .....                     Sənədlər yayımlandıqdan sonra... .....                     "YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" .....                 

Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Tarix: Bu gün, 09:15 | Çap et

ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Konqresi Azərbaycan əleyhinə olan “907-ci düzəliş”i ləğv etməyə və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. Bildirilir ki, “Azadlığı Müdafiə Aktı”na edilən bu bədnam əlavə Bakı ilə İrəvan arasında münaqişə zamanı erməni diasporunun təsiri altında qəbul olunub və keçmişin qalığına çevrilib.

Qeyd edək ki, “907-ci düzəliş” Donald Trampın Ağ Evə qayıdışı ilə daha bir il müddətinə dondurulub. Ancaq onun tam qüvvədən salınması Konqresdən və onun iki palatasından asılıdır.

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.

Yada salaq ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlə təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.

“907-ci düzəliş” Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir.

Əgər ABŞ Prezidenti Pentaqonun təklifini dəstəkləyib parlamentə belə bir müraciət ünvanlasa, düzəliş aradan qalxa bilərmi?
İkinci yandan, Pentaqon nədən düzəlişin tam ləğvini istəyir? Niyə məhz indi və niyə Dövlət Departamenti yox, məhz Müdafiə Nazirliyi Konqresə çağırış edir? Məsələdə yəhudi lobbisi nə dərəcədə Azərbaycana yardımçı ola bilər?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Pentaqonun nəşrinin müraciəti səbəbsiz deyil. Onun sözlərinə görə, “907-ci düzəliş” ABŞ-nin Azərbaycana hərbi yardımlarını qadağan edir:

“Ölkənin Müharibə Nazirliyinin media orqanı da hərbi yardımı yasaqlayan qanunun ləğvi üçün çağırış edib. O demək deyil ki, Konqresin müsbət mövqeyi olacaqsa, ABŞ Azərbaycana hərbi dəstək verəcək. Hazırda buna zərurət də yoxdur. Sadəcə, ədalətin gec də olsa yerini tapması vacibdir. Pentaqonla yanaşı Ağ Ev liderinin də Konqresə müraciəti yaxşı olardı. O ki qaldı Dövlət Departamentinin müraciət etmək zərurətinə, əlbəttə, bu qurum da müraciət edə bilər, sadəcə, hərbi yardımlarla bağlı sanksiya olduğuna görə Pentaqon müvafiq orqan olaraq təşəbbüs qaldırıb”.

Q.Hüseynli bildirib ki, “907-ci düzəliş”in dayandırılması ABŞ liderinin qətiyyətli mövqeyi sayəsində mümkün olub: “Ancaq qanunun ləğvi üçün Konqres qərar verməlidir. Bu da çətin, amma mümkündür. Çünki Birləşmiş Ştatlarda qanunu dəyişmək elə də asan proses deyil. Düzdür, onun qeyri-müəyyən müddətə dayandırılması mümkündür, ləğvi isə Konqresin qərarından asılıdır. Hazırda respublikaçıların Konqresdə sayca üstün olduğunu nəzərə alsaq, bunun üçün fürsət olduğunu görürəm. Demokratlar isə müqavimət göstərməyə çalışacaq. Xüsusən də erməni lobbisi təzyiqi və təsiri artıracaq. Amma biz də boş oturmalı deyilik və Pentaqonun nəşrinin müraciətini əldə əsas tutaraq məsələnin üzərinə getməliyik. İlk növbədə rəsmi Bakı diplomatik həmlələrini artırmalı, Pentaqon kimi nəhəng strukturun çağırışına istinad edərək Konqresdə məsələnin gündəmə gətirilməsi üçün çalışmalıdır. İkincisi, ABŞ-də olan lobbi və diasporumuz fəal çalışmalıdır, ermənilərə fürsət verməməlidir. Habelə, Dövlət Departamenti ilə əlaqələri gücləndirməliyik ki, məsələ Konqresdə qaldırılsın. Qanunverici orqanda respublikaçı dostlarımızın da təşəbbüskar olması lazımdır”.

Q.Hüseynli “907-ci düzəliş”i ən ədalətsiz qərarlardan biri sayır və regionda yaranmış yeni reallıqda isə bu aktı əhəmiyyətsiz hesab edir: “Bu qadağaya baxmayaraq, Azərbaycan yeni silahlar aldı, ordusu gücləndi və işğala son qoydu. Bu gün də yeni və müasir silahlar alırıq, insansız qoşun növü yaratmışıq, F-16 qırıcılarının Bakı səmasında uçuşu siyasi cəhətdən böyük anlam daşıyır, yəni "907-ci düzəliş" artıq mənasızdır, Ermənistanın da işinə yaramır. Onsuz da bölgədə sülh proses gedir və bu cür bədnam qərarlar işləmir".

Hərbi ekspert Ramil Məmmədli də Pentaqonun nəşrinin çağırışına müsbət reaksiya gözləyir. Onun sözlərinə görə, noyabrın 8-də keçirilən hərbi paradda Azərbaycan Ordusunun qüdrəti bir daha nümayiş etdirildi və düşmənlərə gözdağı verildi:

“Bu səbəbdən, "907-ci düzəliş"in nə qədər yararsız olduğu növbəti dəfə sübut olundu. Azərbaycan hərbi potensialını ilbəil artırır, hərbi sənaye-kompleksini inkişaf etdirir, İsrail, Türkiyə, Rusiya, Serbiya, Belarus və digər ölkələrdən müasir silahlar alır, ona görə də “907-ci düzəliş” işləmir, ləğvi də çox gecikib. Bu ədalətsiz qərar veriləndə torpaqlar işğal olunurdu. Dünyada analoqu olmayan hadisədir ki, işğala məruz qalan dövlətə hərbi yardımları qadağan edən sanksiya tətbiq olunur. Biz həm də belə ədalətsiz qərarlarla mübarizə apararaq düşməni torpağımızdan qovmağa nail olmuşuq, həqiqət yerini tapıb. Bu baxımdan, Pentaqondan olan müraciəti Konqres praqmatik və rasional yanaşaraq geri çevirməməlidir. Xüsusən də respublikaçı konqresmenlərin təşəbbüs qaldırmasını gözləyirik".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41
Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32
Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23
"Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11
DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10
Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05
Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01
Elə icra başçıları var ki, əhali ilə təmasdan qaçır, qapısına polis qoydurur, heç kimi içəri buraxmır - BU FAKTDIR...
Bu gün, 09:58
Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49
“Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47
BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir - DETALLAR
Bu gün, 09:44
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq - YIĞINCAQ
Bu gün, 09:40
Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:38
“Bakı Avtomobil Sənaye” ləğv oluna bilər
Bu gün, 09:36
Generala ağır itki
Bu gün, 09:32
Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Həbs oluna bilər
Bu gün, 09:30
İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Bu gün, 09:27
Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Bu gün, 09:15
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57
"Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40
Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33
"Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26
Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24
"YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17
Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru