"Mən dövlət strukturunu bilmədiyimdən, həmişə elə başa düşmüşəm ki, Ramiz Mehdiyev Prezident Sarayında təsərrüfat müdiri işləyir! "Шеф хозяйственный pабота"..." "DİA-AZ"-ın məlumatına görə, bu sözləri sabiq deputat, eks-konsul Xeyrəddin Qoca son günlər keçmiş PA şefi Ramiz Mehdiyevin ətrafında cərəyan edən olaylara münasibət bildirərkən deyib.
O daha sonra qeyd edib: "Mənim də həyatım boyu elə adamlarla "alış-verişim" olmaz. Heç demə, ölkənin 80-90 faiz insanları ona "boq" kimi baxırmışlar!..
Deyirlər, mənim 23 ildir işsiz qamağım təsərrüfat müdirinə "boq" kimi sitayiş etməməyimin nəticəsidir?!
Amma öz aramızdır, Ramizə "boq" kimi baxmaqdansa, işsiz qalmaq yaxşıdır..."











