Əsas Səhifə > Güney Press / Partiya > "Ramizə "boq" kimi baxmaqdansa, işsiz qalmaq yaxşıdır..."

"Ramizə "boq" kimi baxmaqdansa, işsiz qalmaq yaxşıdır..."


Dünən, 06:51

"Mən dövlət strukturunu bilmədiyimdən, həmişə elə başa düşmüşəm ki, Ramiz Mehdiyev Prezident Sarayında təsərrüfat müdiri işləyir! "Шеф хозяйственный pабота"..." "DİA-AZ"-ın məlumatına görə, bu sözləri sabiq deputat, eks-konsul Xeyrəddin Qoca son günlər keçmiş PA şefi Ramiz Mehdiyevin ətrafında cərəyan edən olaylara münasibət bildirərkən deyib.

O daha sonra qeyd edib: "Mənim də həyatım boyu elə adamlarla "alış-verişim" olmaz. Heç demə, ölkənin 80-90 faiz insanları ona "boq" kimi baxırmışlar!..
Deyirlər, mənim 23 ildir işsiz qamağım təsərrüfat müdirinə "boq" kimi sitayiş etməməyimin nəticəsidir?!
Amma öz aramızdır, Ramizə "boq" kimi baxmaqdansa, işsiz qalmaq yaxşıdır..."


Geri qayıt