Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb.
Bu barədə Gununsesi.info-nun məhkəmə hakimiyyəti orqanlarından əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib.
Hakim istefa ərizəsi ilə bağlı Məhkəmə-Hüquq Şurası Gununsesi.info-nun sorğusunu təsdiq edib.
Şuradan saytımıza verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”.