Dövlət qurumu 90 min əlcək alır .....                     Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır .....                     Ramin Hacıyevdən Nazirliklərə sual: .....                     ABŞ İrana qarşı məhdud zərbələrin bərpasını nəzərdən keçirir .....                     Orbanın uduzmasına Simonyandan .....                     Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb .....                     Peter Magyar parlament seçkilərində qələbə qazandığını bəyan edib .....                     İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi .....                     ABŞ gəmiləri Hörmüzə girib və çıxıb .....                     Lukaşenko parad üçün Moskvaya gedəcək .....                     Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək .....                     ABŞ ordusu Hörmüz boğazını blokadaya alır .....                     Pezeşkian Putinlə danışıqlar apardı .....                     İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı .....                     İslamabadda sülh ümidləri puç oldu .....                     Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı .....                     Tıxaclara görə maşınını satıb: .....                     Britaniya bütün ölkəni müharibəyə hazırlayır: .....                     21 ilin antirekordu .....                     İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib .....                     Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey .....                     Tramp jurnalistlərə əsəbiləşdi .....                     Avropa İttifaqında mənzil bahalaşır: .....                     NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ .....                     "Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..." .....                     Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu .....                     ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir .....                     Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış .....                     "Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur" .....                     İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi .....                     Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... .....                     Bir uşağın həyatı ilə sənəd oyunu... .....                     ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir .....                     Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək .....                     ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... .....                     İslamabad danışıqları heç bir nəticə vermədi .....                     Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər .....                     Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib .....                     Xəstəxanalarda MAAŞ BÖHRANI .....                     TƏRİF OLAR, AMMA TƏNQİD YOX... .....                 

Bu adamı öldürmək üçün Azərbaycan sərhədində müharibə!? - AKTUAL
Tarix: 10-10-2025, 08:59 | Çap et

İsrailin oktyabrın 7-də, HƏMAS-ın hücumunun 2-ci ildönümündə İrana zərbə endirəcəyi haqda iddialar təsdiqlənmədi. Belə hesab etmək olar ki, İsrailin əsas müttəfiqi ABŞ HƏMAS-la mümkün Qəzza razılaşması ərəfəsində regionda yeni xaosun yarana biləcəyi təhlükəsindən ehtiyatlanıb. Başqa tərəfdən, ən vacib məsələ indiki rejimin yerinə İranda siyasi qüvvə olmaması sayılır.

Əli Xamneyinin müşaviri və hərbi sahə üzrə köməkçisi Yəhya Rəhim Səvəfinin oğlu Həmzə Səfəvi sensasion sayıla biləcək iddia ilə çıxış edib. (mənbə: Pressklub.az).Tehran Universitetinin siyasi elmlər professoru Həmzə Səfəvi müsahibəsində Seyid Əli Xamneyinin öldürülməsi ehtimalı və İsrailin bunu etmək qabiliyyəti barədə bir neçə dəfə danışıb. O, bu ehtimalı “dağıdıcı və narahatedici ssenari” adlandırıb. Həmzə Səvəfi İsrailin bu addımı ABŞ təsdiqləmədən də ata biləcəyini ehtimal edib: “ABŞ Prezidenti Donald Tramp deyib ki, İsrail bunu etmək istəyib, onları dayandırıb. İndi sual budur: "Bir gün onlar bunu ABŞ-nin icazəsi olmadan edərlərsə, ABŞ nə edəcək?""

Müşavir Rəhim Səfəvi İranla İsrail arasında 12 günlük müharibədən sonra mövcud vəziyyət haqqında belə danışıb: “Biz indi atəşkəs vəziyyətində deyil, müharibə mərhələsindəyik. Bizimlə Ştatlar və İsrail arasında heç bir protokol, qanun, müqavilə imzalanmayıb. Biz hərbçilər ssenari yaradırıq, biz pis vəziyyəti görürük və bu plana hazırlaşırıq”. Belə anlaşılır ki, İranı yeni müharibə gözləyir, bu dəfə isə əsas hədəf bir nəfər - Xamneyi olacaq.

Həmzə Səfəvinin çıxışı həm də İranda yeniliyə hazır olmaq çağırışı kimi dəyərləndirilə bilər.

Bu iddialar nə dərəcədə real görünür?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bu iddiaların yaxın zamanda gerçəkləşməsi gözlənilmir: “İsrail İranın ali dini liderini fiziki aradan götürmək istəsəydi bu ilin iyun ayında İranla qısa müddətli müharibə həyata keçirərkən bunu edərdi. Lakin İsrail SEPAH komandanı da daxil, bir qrup İran generalını, hərbi-siyasi elitaya daxil şəxsləri aradan götürsə də Əli Xamneyiyə toxunmadı. Bu, heç də İranın ali dini lider vurulacağı halda İsraili yer üzündən siləcəyi bəyanatlarından İsrailin qorxmasından irəli gəlmir. Sadəcə olaraq, İsrailə İranın mühüm hərbi obyektlərini, uranın zənginləşdirildiyi obyektlərini, nüvə alimlərini, generalları vurmaq lazım idi və bunları da etdi. Təl-Əvivi heç də İranın cavab zərbələri dayandırmadı. İsrail qısa müddətli əməliyyat planını həyata keçirdi və əvvəldən də nəzərdə tutduğu kimi dayandırdı. Məlum oldu ki, ali dini liderin öldürülməsi plana daxil deyil. İndi də hesab edirəm ki, yaxın dövr üçün nə İsrailin İrana qarşı yeni müharibəyə başlaması, nə də Əli Xamneyinin öldürülməsi real deyil. Ali dini liderin müşaviri və hərbi sahə üzrə köməkçisi Yəhya Rəhim Səvəfi və digər İran rəsmilərinin özləri belə, verdikləri açıqlamalarda ehtimallarla çıxış edirlər. Diqqət edəndə görürük ki, onlar "İsrail Əli Xamneyini öldürəcək, müharibə başlayacaq" kimi qəti, birmənalı fikirlər səsləndirmirlər. Bütün açıqlamalarında “ehtimal olunur” fikrini qeyd edirlər. Nəzəri cəhətdən hətta hesab etsək ki, İsrail-İran müharibəsi tezliklə başlayacaq, ali dini lider aradan götürüləcək, bu, müharibənin miqyasını genişləndirə bilər, amma müddətini uzatmaz. Çünki Əli Xemneyinin yoxluğu İranda sistemin çöküşünü reallaşdıra bilər və belə vəziyyətdə İranın uzunmüddətli müharibə aparmaq imkanları olmaz. İranın başı daha çox öz daxilində yaranmış yeni problemlərə qarışar".

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, İranla İsrail arasında 12 günlük müharibə problemləri həll etmədi, əksinə, dərinləşdirdi: “İndi hər iki əlindən gələni edir ki, qarşıdakı dövrdə nə zamansa alovlanacaq müharibəyə daha ciddi hazır olsun. Hər iki tərəf müharibəyə hazırlaşır və anlayır ki, gec-tez müharibə qaçılmazdır. Lakin müharibənin dəqiq vaxtı barədə fikir söyləmək çətindir. Bunu heç İran rəsmiləri belə, söyləmirlər. İsrailin İran qarşı müharibəyə başlaması ABŞ-nin razılığı və dəstəyi olmadan baş verə bilməz. Hansısa kiçik əməliyyat ola bilər, ancaq bu, müharibə demək olmayacaq. İsrail 12 günlük əməliyyatda İranın ali dini liderini öldürə bilmədi. ABŞ Prezidenti Donald Tramp sonradan dedi ki, İsrail davam etsəydi, Əli Xamneyi öldürüləcəkdi, ancaq Amerika bunun qarşısını aldı. İranın hərbi-siyasi rəhbərliyinin önəmli şəxsləri öldürüldü. Hətta sonradan məlumat verildi ki, prezident Məsud Pezeşkiana da sui-qəsd həyata keçirilib. Ancaq ali dini liderə qarşı bunları etmədilər. Belə durumda sual meydana gəlir ki, Əli Xamneyinin həyatda qalmasını ABŞ istəyir? Bu suala da birmənalı cavab vermək çətindir. Mən hesab edirəm ki, Əli Xamneyi öldürülsə belə, Səddam Hüseynin, Qəddafinin öldürülməsi Qərb dünyasında hansı rezonansa səbəb olmuşdusa Xamneyinin öldürülməsi də buna gətirib çıxaracaqdı. Hesab edirəm ki, İsrail ali dini lideri öldürə bilmədiyi üçün Tramp "onun öldürülməsinin qarşısını aldıq" açıqlamasını o zaman verməyə məcbur olmuşdu. Ancaq onu da hesab edirəm ki, dəqiq vaxtı bilinməyən, ancaq baş verəcəyi dəqiq olan İsrail-İran müharibəsində Əli Xamneyi əsas hədəf olacaq, onu bu dəfə öldürmək qarşıya əsas hədəf kimi qoyulacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 90 min əlcək alır – ŞƏRTLƏR, TƏLƏBLƏR
Bu gün, 06:01
Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
Bu gün, 05:58
Ramin Hacıyevdən Nazirliklərə sual: - "10 Manat niyə tutulur?"
Bu gün, 05:52
ABŞ İrana qarşı məhdud zərbələrin bərpasını nəzərdən keçirir - KİV
Bu gün, 05:48
Orbanın uduzmasına Simonyandan qəribə REAKSİYA
Bu gün, 05:46
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Bu gün, 05:44
Peter Magyar parlament seçkilərində qələbə qazandığını bəyan edib - "Bu qələbə böyük siyasi dəyişiklik deməkdir"
Bu gün, 05:43
İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi - Tramp belə deyir...
Dünən, 17:39
ABŞ gəmiləri Hörmüzə girib və çıxıb - Üstəlik İran PUA-sını vurub
Dünən, 17:36
Lukaşenko parad üçün Moskvaya gedəcək
Dünən, 17:34
Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək
Dünən, 17:30
ABŞ ordusu Hörmüz boğazını blokadaya alır
Dünən, 17:26
Pezeşkian Putinlə danışıqlar apardı
Dünən, 17:24
İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı - KİV
Dünən, 17:23
İslamabadda sülh ümidləri puç oldu – Danışıqlar uğursuzluqla bitdi, lövhələr sökülür
Dünən, 12:44
Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı - "Fars"
Dünən, 12:39
Tıxaclara görə maşınını satıb: - “Avtoş” lar deyirdi ki, Cavan, “qaz” ver”
Dünən, 12:13
Britaniya bütün ölkəni müharibəyə hazırlayır: - Ordudan xəstəxanalara qədər
Dünən, 12:12
21 ilin antirekordu – İrandakı müharibə enerji qiymətlərini "kosmik" həddə çatdırdı
Dünən, 12:10
İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib - KİV
Dünən, 12:08
Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey – amerikalı professor açıqladı
Dünən, 12:06
Tramp jurnalistlərə əsəbiləşdi - Saxta xəbərlər yayır
Dünən, 12:04
Avropa İttifaqında mənzil bahalaşır: - Qiymətlər ən çox hansı ölkələrdə artıb?
Dünən, 11:04
NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ - TƏFƏRRÜAT
Dünən, 11:01
"Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..."
Dünən, 10:48
Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu - TƏFƏRRÜAT
Dünən, 10:45
ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir - İsrail kəşfiyyatının rəsmisi
Dünən, 10:40
Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış – Dəhşətli iddia
Dünən, 10:38
"Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur"
Dünən, 09:31
İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi
Dünən, 09:29
Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... - ÇAĞIRIŞ
Dünən, 08:53
Bir uşağın həyatı ilə sənəd oyunu... - Yeni Klinika nəyi gizlədir?
Dünən, 08:49
ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir - Tasnim
Dünən, 08:34
Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək
Dünən, 08:32
ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... - Markov
Dünən, 08:31
İslamabad danışıqları heç bir nəticə vermədi - İran XİN
Dünən, 08:29
Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər - DİQQƏT
Dünən, 08:17
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib - KİV
Dünən, 08:15
Xəstəxanalarda MAAŞ BÖHRANI - GİLEY
Dünən, 08:14
TƏRİF OLAR, AMMA TƏNQİD YOX... - NARAZILIQ VAR...
Dünən, 07:58
Kəmaləddin Heydərovun bloklanan MİLYONLARI - Dövlətdən və millətdən oğurladıqlarıdır...
Dünən, 07:53
Sülh danışıqları, birgə görüşlər və... TƏKRARLANAN TARİX...
Dünən, 07:48
Avropa ölkələrində benzin və dizelin qiyməti - SİYAHI
Dünən, 07:31
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ciddi təzyiqlər başlayıb - NƏ BAŞ VERİR?
Dünən, 07:29
“İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” - Vahid Əhmədov
Dünən, 07:23
Cavid Qurbanov şeir yazmağa məcburdur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:15
Bakını müdafiə etdi, Tramp və Putin dəstəklədi – Avropanın qalmaqallı lideri gedir?
Dünən, 07:04
Yusif Yusibov GDU ilə vidalaşır - İDDİA
Dünən, 07:02
İrlandiya hava limanında naməlum şəxs ABŞ hərbi təyyarəsinə baltayla hücum edib - "The Irish Examiner"
Dünən, 06:57
Bakıda ƏN YARITMAZ icra başçısı... - BU FAKTDIR!
Dünən, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru