“Bizim Ayanla yalnız dostluq münasibətimiz olub. İnandığınız nə varsa, ona and içə bilərəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Qonaqcanlı” verilişində həmkarı Ayan Babakişiyeva ilə münasibətlərindən danışarkən deyib.
Sənətçi bu münasibəti başqa yerə yozanlara əsəbiləşib:
“Bizim yalnız dostluq münasibətimiz olub. İnandığınız nə varsa, ona and içə bilərəm buna. Hərdən başqa yerə yozurlar, bu, məni qıcıqlandırır. Ayıbdır! Vallah, ayıbdır. Başımıza, yaşımıza, sənətimizə, yaşayışımıza yaraşmaz. Heç ona da yaraşmaz. O məndən görün nə qədər kiçikdir. Lap elə deyək ki, heç kiçik deyil, həmkarıq. Mən həmkarlarımıza heç vaxt pis gözlə baxmamışam”.