Əsas Səhifə > Güney Press > Azərbaycanda hakim istefa ərizəsi yazdı
Azərbaycanda hakim istefa ərizəsi yazdıBu gün, 12:21 |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb. Bu barədə Gununsesi.info-nun məhkəmə hakimiyyəti orqanlarından əldə etdiyi məlumatda deyilir. Məlumata görə, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib. Hakim istefa ərizəsi ilə bağlı Məhkəmə-Hüquq Şurası Gununsesi.info-nun sorğusunu təsdiq edib. Şuradan saytımıza verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”. Geri qayıt |