Peter Magyar parlament seçkilərində qələbə qazandığını bəyan edib .....                     İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi .....                     ABŞ gəmiləri Hörmüzə girib və çıxıb .....                     Lukaşenko parad üçün Moskvaya gedəcək .....                     Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək .....                     ABŞ ordusu Hörmüz boğazını blokadaya alır .....                     Pezeşkian Putinlə danışıqlar apardı .....                     İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı .....                     İslamabadda sülh ümidləri puç oldu .....                     Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı .....                     Tıxaclara görə maşınını satıb: .....                     Britaniya bütün ölkəni müharibəyə hazırlayır: .....                     21 ilin antirekordu .....                     İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib .....                     Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey .....                     Tramp jurnalistlərə əsəbiləşdi .....                     Avropa İttifaqında mənzil bahalaşır: .....                     NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ .....                     "Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..." .....                     Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu .....                     ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir .....                     Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış .....                     "Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur" .....                     İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi .....                     Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... .....                     Bir uşağın həyatı ilə sənəd oyunu... .....                     ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir .....                     Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək .....                     ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... .....                     İslamabad danışıqları heç bir nəticə vermədi .....                     Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər .....                     Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib .....                     Xəstəxanalarda MAAŞ BÖHRANI .....                     TƏRİF OLAR, AMMA TƏNQİD YOX... .....                     Kəmaləddin Heydərovun bloklanan MİLYONLARI .....                     Sülh danışıqları, birgə görüşlər və... .....                     Avropa ölkələrində benzin və dizelin qiyməti .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ciddi təzyiqlər başlayıb .....                     “İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” .....                     Cavid Qurbanov şeir yazmağa məcburdur? .....                 

Bakıda təhsil adına FIRILDAQ... - AXI NİYƏ?
Tarix: 10-10-2025, 08:54 | Çap et

Son günlər ölkədə fəaliyyət göstərən “Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir.

Doğrudur, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin diqqətini cəlb edir. Gələcəyimiz olan gənclərin bir qismi arzu edir ki, ölkə xaricində təhsillərini davam etsinlər, Vətənə layiqli vətəndaş kimi xidmət etsinlər. Əfsüslər olsun ki, “Xaricdə Təhsil Şirkətləri” adı altında xoşagəlməz hallara yol verilir, vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəyirlər. Qeyd etdiyim nöqsanlarla bağlı kifayət qədər arqument, dəlil göstərmək olar.

XALQ-a müraciət edən Səbinə Abdullayeva Aisa Aslanovanın rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətindən şikayətçidir.

Vətəndaş bildirir ki, şirkət rəhbəri Aisa Aslanova onu aldadıb və götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib.

O bildirir ki, öhdələrinə düşən işi görməmişdən əvvəl adı çəkilən şirkət 800 manat ödənişi ayda 200 manat ödəməklə tələb edib və bu məbləğ tam şəkildə ödənilib.

Şikayətçi deyir: “Pulla birgə lazım olan sənədləri bakalavr və magistr diplomlarımın apostol və tərcümə natorial təsdiqini də təqdim etmişəm.

Sonradan götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün mən bir tərəfli qaydada müqaviləni dayandırdım. Amma bu günə qədər sənədlərimi qaytarmırlar. Hətta sənədlərin onlarda olmadığını bildirirlər. Əgər sənədlərim onlarda deyildisə mənim işimi necə görəcəkdilər”. Hal-hazırda müxtəlif bəhalər gətirilər. Mən artıq elə bir vəziyyət gəlmişəm ki, nə səndlərimi əldə edə bilirəm nə də ki, pulumu geri ala bilirəm. Müxtəlif sosial hesablarda şikayətlər zamanı şərhləri belə əngəlləyirlər. Aisa Aslanova hal-hazırdada gəncləri aldatmaqla məşgul olur bunu sosial platformada görmək olar. Belə ki, hər gün “Pilgrim Education”un sosial səhifəsində müxtəlif çağırışlar edilir və növbəti qurbanlarının axtarışındadır.

Digər bir şikayətçi İndira Sultanova qızı Heydərli Asena Zaman qızını Avstriyada universitetlərin birində 2027-ci ildə ali təhsil almaq üçün təhsil şirkətlərinin birinə 2200 manat məbləğində pul ödəyəcəkdi. Əvvəlcə həmin məbləğin bir qismini, sonra isə 1400 manatını hissəli şəkildə şirkətə ödəyib. Ancaq sonradan həmin şirkət haqqında şikayətləri oxuduqdan sonra fikrindən daşınıb. İndi pulunu geri istəyir, təhsil şirkəti isə o məbləği qaytarmaqdan imtina edir. Şikayətçi İndira Sultanova deyir ki, ödədiyi pulun müqabilində heç bir xidmət almadığı üçün pulu geri istəyir.Həmçinin qeyd edək ki, müqavilədəd bildirilib ki, pul ödəndikdən sonra 3 gün müddətində geri qaytarılma ola bilərdi. Lakin Aisa Aslanovanın rəhbəri olduğu “Pilgrim Education” şirkəti heç müqaviləyədə əhməyiyyət vermir.

Digər bir şikayətçi isə Aylin Hüseynovanın təhsil arzusu və ilkin təmaslar
Aylin Hüseynova “Pilgrim Education” şirkəti ilə ilk dəfə 2023-cü ildə, universitetin üçüncü kursunda olarkən tanış olub. Şirkətin “Instagram” səhifəsindəki paylaşımlar vasitəsilə onlara müraciət edən tələbəyə ortalama balı və könüllülük fəaliyyətləri əsasında “DP” proqramına uyğun olduğu bildirilib. Həmin vaxt Aslanova Aisa Hüseynovaya kiçik bir vərəqdə Almaniya, Avstriya, İngiltərə kimi ölkələri və “DP” proqramına müraciət paketinin 1500 AZN olduğunu qeyd edib. Şirkət tələbənin qərar verməsini gözləmədən iki aya yaxın ona davamlı zənglər və mesajlar göndərib.
Vəd edilən imkanlar və reallıq arasındakı fərq…
2024-cü ildə, dördüncü kursda olarkən, Aylin Hüseynova xaricdə təhsil üçün müraciət etməyə qərar verib. Daha əvvəl “Pilgrim Education” ilə konsultasiyaları olduğu üçün yenidən şirkətlə əlaqə qurub. Fevral ayında İçərişəhərdə baş tutan görüşdə Aslanova Aisa tələbəni yüksək səviyyəli vədlərlə əmin edərək “DP” proqramı üçün hər şeyin qaydasında olduğunu, yalnız IELTS sertifikatının çatışmadığını, lakin bunu asanlıqla əldə edə biləcəyini deyib. Hətta “90 faiz bizlikdir, 10 faiz sənlikdir” ifadəsini də işlədiblər. Ödənişi alarkən Aylinin hələ IELTS sertifikatının olmadığını bilirdilər. İlk əvvəl qiymətlərin 2500 AZN-ə qaldığını desələr də, Aylinin imtina etməsindən sonra “xüsusi endirim” edərək məbləği yenidən 1500 AZN-ə endiriblər. Tələbə qeyd edir ki, xaricdə təhsil proseslərində bir il əvvəldən 1500 AZN ödəmək mənasız və əsassızdır, həmçinin proseslərin ümumi dəyərinin əslində bu məbləğdə olmadığını sonradan öyrənib.

Manipulyativ strategiyalar və ödənişin qaytarılması problemleri…
Şirkətin problemli yanaşmalarından biri yüksək nəticəli tələbələri cəlb etməkdir. Onlara böyük vədlər verilir, lakin il ərzində müraciətlərin və ölkələrin səviyyəsi tədricən aşağı düşür. Proses zamanı tələbələrə istəmədikləri yerlərə müraciət etmək üçün dəfələrlə manipulasiya və təziq göstərilir ki, prosesi dayandırıb ödənişi geri istəməsinlər. Ən böyük manipulyasiyalardan biri də odur ki, müraciətlərə başlamasalar belə, ödənişi qətiyyən geri qaytarmırlar. Halbuki, ödəniş müraciətlər üçün verilib, lakin heç bir iş görülməyib. Şirkət müxtəlif yollarla ödənişin geri tələb edilməməsinə nail olmağa çalışır və vaxt keçdikdən sonra məsuliyyəti tələbənin üzərinə atır. Səbinə Abdullayeva Aylin Hüseynova ödənişləri hissə-hissə ödəsə də, onlardan daim zənglər gəlirdi ki, “deadline” qoyulduğu üçün ödənişi təcili etsinlər. Onun “qeydiyyat prosesləri başlamayıb, niyə təcili ödəniş istəyirsiniz?” sualına cavab olaraq “ödəniş əvvəlcədən tamamlanmalıdır ki, proseslərinə tez başlayaq, sən öndə olacaqsan” kimi vədlər verilib.
İmtahan nəticələri və uyğunsuz ölkə təklifləri
Aylin Hüseynova söz verdikləri kimi oktyabr-noyabr aylarında IELTS imtahanı verərək 6.5 bal toplayıb. Lakin “DP” proqramı üçün 7 bal tələb olunduğundan, pulunu geri alıb prosesləri dayandırmaq üçün yenidən şirkətə müraciət edib. Şirkət isə ödənişi qaytarmaq əvəzinə, Aylinin istəyinə zidd olaraq Polşa, Litva və İtaliya kimi ölkələri təklif edib. Aylin dəfələrlə Polşa və Litva universitetlərini istəmədiyini bildirsə də, kurator Leyla xanım davamlı olaraq onu bu ölkələrə yönləndirməyə cəhd edib. “Pilgrim Education” onun ən çox istədiyi Padua Universitetinin ilk raundunun müraciət “deadline”ını qaçırıb, sonra da ikinci raundun yalnız Avropa tələbələri üçün olduğunu bildirib. Duolingo imtahanı üçün ayrılan əməkdaşın səriştəsizliyi səbəbindən isə Aylinin imtahanı uğursuz olub.
Akt imzalatma təzyiqləri və əsassız iddialar

Bütün bu problemlərdən sonra Aylin “Pilgrim Education” ilə ciddi danışıqlar aparıb. Şirkət iyun-iyul aylarında ona Almaniya universitetlərinə müraciət etməyi təklif edib, halbuki daha əvvəl bunun mümkün olmadığını iddia edirdilər. Aylinin mail hesabına giriş tələbi isə “tələbənin nələrisə dəyişə biləcəyi” bəhanəsi ilə rədd edilib. Daha sonra şirkət Aylindən “təhvil-təslim aktı” imzalamasını istəyib. Bu aktda Aylin “Pilgrim Education”‘ın bütün xidmətlərindən razı olduğunu və şirkətin işini qüsursuz gördüyünü təsdiqləyirdi. Aslanova Aisa hətta Almaniya müraciətinin şirkət hesabına olduğunu iddia edərək onu aktı imzalamağa məcbur etməyə çalışıb, halbuki müraciət haqqını Aylin özü ödəyib. Aylin aktın məzmununu oxuduqdan sonra şirkətin bütün əməliyyatların uğurla tamamlandığını təsdiq etdirmək istədiyini anladığını bildirib. Aslanova Aisa daha sonra ona yalnız 20 faizlik geri ödəniş vəd edib və hətta onu “neqativ” olduğu üçün günahlandırıb.

İxtisas uyğunsuzluğu və ekspert rəyi
Aylin Hüseynovaya İngiltərədən illik 30 min avro təşkil edən iki təsdiq sənədi gəlib, lakin bunlar onun ixtisası olan “Psixologiya” deyil, “İctimai Səhiyyə” üzrə olub. Şirkət əvvəlcə iddia edib ki, “İctimai Səhiyyə”nin içərisində psixologiyaya dair dərslər var və Azərbaycanda psixoloq kimi fəaliyyət göstərmək mümkündür. Lakin mütəxəssislər bunun absurd olduğunu, “İctimai Səhiyyə”nin onun sahəsi ilə əlaqəli olmadığını bildiriblər. Aylin bu barədə kuratoruna etiraz etdikdə isə ona “orada sənə məlumat verildi, sən özün seçdin” kimi cavablar verilib. Bu, şirkətin manipulyativ metodlarını bir daha ortaya qoyur.

Maraqlı məqam ondan ibarətdir ki, bu cür şirkətlər daha çox reklam qazanır, universitetlərlə əməkdaşlıq edir, tədbirlərə dəvət edilir. Məhz bundan sonra tələbələr həmən şirkəti ciddi qəbul edərək sövdələşməyə imza atır.
Digər gənclərə tösiyyə olunur ki, “Xaricdə Təhsil Şirkətləri” ilə əlaqə qurduqda diqqətli olsunlar. Heç bir halda razılaşmarıq ki, gələcəyimiz olan gənclər bir qurup arzuolunmaz şəxslərin qurbanına çevrilsin. Ələxsüsdə, “Pilgrim Education” şirkəti ilə qəti təmas qurmasınlar. Əks halda yuxarıda adı hallanan gənclərin aqibətini sizlərdə yaşayacaqsınız. Onu da bildirək ki, bu şirkət vaxtilə “Career Guide” adı altında fəaliyyət göstərib və o zaman da xeyli qanunsuzluqlara yol verilib. Onunda nəzərinizə çatdıraq ki, adı hallanan şirkətdən şikayətlər günü-gündən artır və heç bir tədbir görülmür. Bununla bağlı daxil olan məlumatlara görə baş vermiş qanunsuzluqlardan yayınmaq üçün şirkət adını dəyişib və başqa bir ad altında tələbələri aldatmaqda davam etdir. Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu “Pilgrim Education” şirkətinin adına rast gəlinmir. Bu isə vergiyayınmaları haqda şübhələrə yol açır.

Həmçinin qeyd edək ki, “Pilgrim Education” sosial hesablarında ancaq gənclərin öz şəxsi təşəbbüsləri ilə əldə etdiyi uğurlar paylaşılır və Aisa Aslanova cəlbedici şuarları ilə növbəti qurbanlarını tələyə salmaq kimi görünür.

Bildirir ki, açıq mənbələrdə sosial hesablardan başqa şirkət haqqında heç bir məlumat yoxdur. “Pilgrim Education” artıq 3 ildən çoxdur fəaliyyət göstərən mərkəzdir. Mərkəzin əsas xidməti xaricdə təhsillə bağlıdır. Amma bu ad altında baş verən qanunsuzluqlarla bağlı məlum olur ki, şirkət ya “yoxa çıxır”, ya da müqavilə öhdəliklərinə əməl etmirlər.

Şikayətlərlə bağlı “Pilgrim Education”nun rəhbəri Aisa Aslanovdan heç münasibət öyrənə bilmədik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peter Magyar parlament seçkilərində qələbə qazandığını bəyan edib - "Bu qələbə böyük siyasi dəyişiklik deməkdir"
Bu gün, 05:43
İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi - Tramp belə deyir...
Dünən, 17:39
ABŞ gəmiləri Hörmüzə girib və çıxıb - Üstəlik İran PUA-sını vurub
Dünən, 17:36
Lukaşenko parad üçün Moskvaya gedəcək
Dünən, 17:34
Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək
Dünən, 17:30
ABŞ ordusu Hörmüz boğazını blokadaya alır
Dünən, 17:26
Pezeşkian Putinlə danışıqlar apardı
Dünən, 17:24
İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı - KİV
Dünən, 17:23
İslamabadda sülh ümidləri puç oldu – Danışıqlar uğursuzluqla bitdi, lövhələr sökülür
Dünən, 12:44
Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı - "Fars"
Dünən, 12:39
Tıxaclara görə maşınını satıb: - “Avtoş” lar deyirdi ki, Cavan, “qaz” ver”
Dünən, 12:13
Britaniya bütün ölkəni müharibəyə hazırlayır: - Ordudan xəstəxanalara qədər
Dünən, 12:12
21 ilin antirekordu – İrandakı müharibə enerji qiymətlərini "kosmik" həddə çatdırdı
Dünən, 12:10
İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib - KİV
Dünən, 12:08
Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey – amerikalı professor açıqladı
Dünən, 12:06
Tramp jurnalistlərə əsəbiləşdi - Saxta xəbərlər yayır
Dünən, 12:04
Avropa İttifaqında mənzil bahalaşır: - Qiymətlər ən çox hansı ölkələrdə artıb?
Dünən, 11:04
NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ - TƏFƏRRÜAT
Dünən, 11:01
"Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..."
Dünən, 10:48
Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu - TƏFƏRRÜAT
Dünən, 10:45
ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir - İsrail kəşfiyyatının rəsmisi
Dünən, 10:40
Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış – Dəhşətli iddia
Dünən, 10:38
"Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur"
Dünən, 09:31
İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi
Dünən, 09:29
Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... - ÇAĞIRIŞ
Dünən, 08:53
Bir uşağın həyatı ilə sənəd oyunu... - Yeni Klinika nəyi gizlədir?
Dünən, 08:49
ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir - Tasnim
Dünən, 08:34
Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək
Dünən, 08:32
ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... - Markov
Dünən, 08:31
İslamabad danışıqları heç bir nəticə vermədi - İran XİN
Dünən, 08:29
Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər - DİQQƏT
Dünən, 08:17
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib - KİV
Dünən, 08:15
Xəstəxanalarda MAAŞ BÖHRANI - GİLEY
Dünən, 08:14
TƏRİF OLAR, AMMA TƏNQİD YOX... - NARAZILIQ VAR...
Dünən, 07:58
Kəmaləddin Heydərovun bloklanan MİLYONLARI - Dövlətdən və millətdən oğurladıqlarıdır...
Dünən, 07:53
Sülh danışıqları, birgə görüşlər və... TƏKRARLANAN TARİX...
Dünən, 07:48
Avropa ölkələrində benzin və dizelin qiyməti - SİYAHI
Dünən, 07:31
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ciddi təzyiqlər başlayıb - NƏ BAŞ VERİR?
Dünən, 07:29
“İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” - Vahid Əhmədov
Dünən, 07:23
Cavid Qurbanov şeir yazmağa məcburdur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:15
Bakını müdafiə etdi, Tramp və Putin dəstəklədi – Avropanın qalmaqallı lideri gedir?
Dünən, 07:04
Yusif Yusibov GDU ilə vidalaşır - İDDİA
Dünən, 07:02
İrlandiya hava limanında naməlum şəxs ABŞ hərbi təyyarəsinə baltayla hücum edib - "The Irish Examiner"
Dünən, 06:57
Bakıda ƏN YARITMAZ icra başçısı... - BU FAKTDIR!
Dünən, 06:55
Şok iddialar: NZS və Keşlə köçürülür? – Həqiqət üzə çıxdı
Dünən, 06:50
Daşınmaz əmlak şirkətlərinə verilən kreditlər azalıb: NİYƏ? - AKTUAL
Dünən, 06:47
"Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur"
Dünən, 06:45
Həbs olunan direktorun yerinə qayınatası gətirildi - BU NƏDİ BELƏ?
Dünən, 06:38
ABŞ və İran razılığa gələ bilmədi - Vens belə deyir...
Dünən, 06:31
İslamabad danışıqlarının uğuru ABŞ-nin qanunsuz tələblərdən çəkinməsindən asılıdır - Bəqai belə deyir...
Dünən, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru