Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... .....                     Bu nə əyləncədir, bu nə həvəsdir? .....                     AYNA üçün vacib olanı qazancdır... .....                     "Ola bilsin ki, həmin müəllimlərlə bağlanmış əmək müqavilələrinə xitam verilsin" .....                     İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... .....                     Maaşı yubanan işçilərdən ilginc müraciət .....                     Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? .....                     Binəqədidə kim nə istədi... EDİR! .....                     "Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" .....                     Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? .....                     Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? .....                     Gəncədə zibilə ayrılan milyon... .....                     "Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" .....                     Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək .....                     ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib .....                     Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir .....                     Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək .....                     Futbolun veteranları danışdılar: .....                     Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ .....                     Paşinyanın aparatından sərt bəyanat: .....                     Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb .....                     Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? .....                     İran Quru qoşunlarının komandanı: .....                     Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... .....                     Bakının məşhur gecə klubunun qarşısında dava: .....                     Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı .....                     “Deyirdi, sağalım, ayağa duran kimi…” .....                     "Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" .....                     Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik .....                     Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi .....                     Azərbaycanda psixi xəstələrin sayında rekord artım: .....                     Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından .....                     Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb .....                     Xırdalanda "Lombard-1" mağazasında oğurluq .....                     Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: .....                     Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... .....                     Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi .....                     Keçmiş məmur sədrlikdən istefa verdi .....                     Putin Paşinyanı cəzalandıracaq: NECƏ? .....                     Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş .....                 

Moskva 10 ay gözlədi... - Putin hər şey rəğmən Əliyevlə razılaşdı
Tarix: 10-10-2025, 08:39 | Çap et

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə görüş keçirilib. “Yeni Müsavat” xəbər verir ki, bu, iki liderin təxminən 10 aylıq fasilədən sonra baş tutan ilk rəsmi görüşü sayılır. Buna qədər isə Çində keçirilən hərbi paraddan öncə Rusiya lideri azərbaycanlı həmkarına yaxınlaşaraq salamlaşmışdı. Oktyabrın 7-də isə Prezident Əliyev Kreml liderinə zəng edərək doğum günü münasibətilə təbrik edib. Bundan az sonra bəlli olub ki, liderlər Düşənbədə görüşməyə razılaşıblar.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib. O, hadisənin Rusiyanın hava məkanında baş verdiyini xatırladaraq, Azərbaycan Prezidentindən bir daha üzr istəyib. Putin bildirib ki, Rusiya həmin gün öz sərhədini keçən üç Ukrayna pilotsuz uçuş aparatını (dronu) izləyirdi. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi həmin dronları vurmaq üçün iki raket buraxıb, lakin bu raketlər AZAL təyyarəsini birbaşa vurmayıb, yalnız bir neçə metr məsafədə partlayıb.

Rusiya Prezidenti əlavə edib ki, AZAL təyyarəsinin ekipajına -Mahaçkalada təcili eniş təklif olunub, lakin pilotlar öz bazalarına - Bakıya qayıtmaq qərarına gəliblər. Putin bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və vurğulayıb ki, Rusiya bu faciənin səbəblərinin araşdırılmasında Azərbaycanla tam əməkdaşlıq etməyə hazırdır. Görüşün başlanğıcında Putin deyib: “Bu dəhşətli hadisə bizim səmamızda baş verdi. Mən bundan səmimi şəkildə təəssüf hissi duyuram və Azərbaycan xalqına başsağlığı verirəm”.

Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq. Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. “Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.

Rusiya Prezidenti AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları da açıqlayıb: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı. O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.

Putin həmçinin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Rusiya lideri Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib. “Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, - Kreml başçısı vurğulayıb.

“Mən bu görüşə görə ilk növbədə sizə təşəkkürümü bildirirəm”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş zamanı deyib. “Sizin də dediyiniz kimi, bizim sizinlə Pekində qısa görüşümüz olmuşdu. Bundan başqa, sizin doğum gününüzlə əlaqədar mən sizə iki gün əvvəl zəng vurmuşdum. Fürsətdən istifadə edib bir daha sizə və yaxınlarınıza yenidən cansağlığı arzu edirəm”, - dövlət başçısı deyib.

Prezident görüşdə ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı verdiyi ətraflı məlumata görə Vladimir Putinə təşəkkür edib: “Sizin də xatırladığınız kimi, biz həmin vaxt əlaqə saxlamışdıq. O zaman mən Sankt-Peterburqa səfər edirdim. Təyyarədə olarkən mənə bu faciə barədə məlumat verildi. Mən sizə zəng etdim və öz təəssüfümü bildirdim, tədbirdə iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etmişdim”.

Dövlət başçısı təyyarə qəzası ilə bağlı situasiyanı şəxsən nəzarətdə saxladığına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib: “Biz sizinlə dəfələrlə fikirlərimizi bölüşmüşük. Bundan başqa, bizim komandaların üzvləri də daimi şəkildə əlaqədədirlər. Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz. Sizin də qeyd etdiyiniz kimi təkcə ticari-iqtisadi əlaqələr deyil, digər sahələrdə də bu il əlaqələrimiz uğurla inkişaf edib. Vurğuladığınız kimi, ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Həmçinin digər sahələrdə də heç bir ləngimə yoxdur, əksinə, bizim sizinlə müəyyənləşdirdiyimiz bütün yol xəritələri uğurla reallaşdırılır”.

“Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib. “Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib. Əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın mülki təyyarəsini vurması hadisəsindən və Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı sərt tədbirlərin görülməsindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq və gərginlik yaranmışdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... - BU NƏDİ BELƏ?
Bu gün, 07:41
Bu nə əyləncədir, bu nə həvəsdir? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:21
AYNA üçün vacib olanı qazancdır... - FAKT BUDUR!
Bu gün, 07:08
"Ola bilsin ki, həmin müəllimlərlə bağlanmış əmək müqavilələrinə xitam verilsin" - Ekspertdən AÇIQLAMA
Bu gün, 07:06
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT
Bu gün, 07:01
Maaşı yubanan işçilərdən ilginc müraciət - "Elə bir vəziyyət yaranıb ki..."
Bu gün, 06:56
Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Binəqədidə kim nə istədi... EDİR! - BU DA FAKT...
Bu gün, 06:45
"Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" - Sərdar Cəlaloğlu
Bu gün, 06:40
Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? - AKTUAL
Bu gün, 06:37
Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:35
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" - Əməkdar artist
Bu gün, 06:26
Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək - İran ABŞ-yə xəbərdarlıq etdi
Bu gün, 06:24
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib - KİV
Bu gün, 06:21
Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir - TUSK
Bu gün, 06:18
Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək
Dünən, 18:15
Futbolun veteranları danışdılar: - DÇ-2026-nın qalibi kim olacaq?
Dünən, 18:10
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ - ƏMR
Dünən, 18:03
Paşinyanın aparatından sərt bəyanat: - "Müharibə partiyası" Ermənistandan qaçmağa çalışır
Dünən, 17:55
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb - “Tasnim”
Dünən, 17:51
Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? – CAVAB
Dünən, 17:23
İran Quru qoşunlarının komandanı: - Əlimiz tətikdədir
Dünən, 17:16
Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... - TAM ÖZBAŞINALIQ!
Dünən, 17:14
Bakının məşhur gecə klubunun qarşısında dava: - İki mühafizəçi həbs edildi
Dünən, 17:08
Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
Dünən, 17:05
“Deyirdi, sağalım, ayağa duran kimi…” - Ramiz Əzizbəylinin anım günüdür
Dünən, 17:02
"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ
Dünən, 16:50
Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik – Rəsmi
Dünən, 16:44
Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:43
Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Dünən, 16:41
Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından ƏLDƏ OLUNUR
Dünən, 16:35
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb - vergidən yayınma maddəsi ilə...
Dünən, 16:33
Xırdalanda "Lombard-1" mağazasında oğurluq - MƏHKƏMƏ
Dünən, 16:31
Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: - “Əlinin bərəkəti var, ürəkdən edir”
Dünən, 16:19
Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA
Dünən, 16:06
Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi - KİV
Dünən, 16:02
Keçmiş məmur sədrlikdən istefa verdi - BUNDAN SONRA...
Dünən, 15:57
Putin Paşinyanı cəzalandıracaq: NECƏ? - GƏLİŞMƏ
Dünən, 15:56
Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş – FOTO
Dünən, 15:55
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü - TƏFƏRRÜAT
Dünən, 15:49
Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları - AKTUAL
Dünən, 15:49
Paşinyan göstəriş verdi: - Dərhal həbs edin
Dünən, 15:48
Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: - BƏS SONRA?
Dünən, 15:44
SOCAR-a yaxın yeni şirkət yaradılıb - “SOCAR Babək” ...
Dünən, 15:31
NƏ BAŞ VERİR: "BakıKart"ın da qiyməti artdı - BUNDAN SONRA...
Dünən, 15:25
Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Dünən, 15:20
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir - SİYAHI
Dünən, 15:16
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Dünən, 15:11
Qaradağ icra hakimiyyətinin saxlanılan rəis müavininin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru