"Atasığorta" ASC nizamnamə kapitalını 7 694 280 manat və yaxud 48,2 % azaldaraq 15 950 000 manatdan 8 255 720 manata endirməyi planlaşdırır.
"Report" xəbər verir ki, kapital azalması şirkətin dövriyyədə olan 638 min səhminin nominal dəyərinin 25 manatdan 12,94 manata endirilməsi hesabına baş tutacaq.
Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.