Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                 

Trampın adamları Zəngəzurda: Kremldə təlaş - GƏLİŞMƏ
Tarix: 7-10-2025, 09:14 | Çap et

ABŞ gömrük-sərhəd xidmətinin təmsilçiləri Ermənistana səfər ediblər. Birləşmiş Ştatların İrəvandakı səfirliyi də bunu təsdiq edib. Qrup sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan sərhəd qoşunları ilə birlikdə imkanları qiymətləndirəcək, təkmilləşdirmə sahələrini müəyyən etməyə çalışacaq.

Səfirlik bildirir ki, CGAP adlanan bu metodologiya ehtiyacları dəqiqləşdirməklə sərhəd təhlükəsizliyini möhkəmləndirməyə, strateji investisiyaları yönəltməyə kömək edir. Səfirlik bildirir: “Bu səfər avqustun 8-də Ağ Evdə prezident Donald Tramp və Ermənistanın baş nazir Nikol Paşinyanın imzaladığı memorandumun gerçəkləşdirilməsi yolunda ilk addımdır”.

ABŞ Ermənistan ərazisindən tranzit yolunun gerçəkləşməsi üçün 145 milyon dollar ayırmağı planlaşdırır. Söhbət Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Zəgəzur vilayətindən keçməklə birləşdirəcək marşrutdan gedir. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərdə “Tramp yolu”nun (TRIPP) çəkilməsi nəzərdə tutulub.

Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosundan Brendan Hanrahan Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla danışıqlar aparıb. Hanrahan danışıqlardan sonra bildirib: “İrəvanda böyük məmnuniyyətlə elan edirəm ki, Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım ayırmağı planlaşdırırıq. Bu, TRIPP-ni reallığa çevirmək yolunda ilk böyük addımdır”.

Prezident İlham Əliyev hələ iyulun sonunda deyib ki, Azərbaycan yükü və vətəndaşları Ermənistan sərhədçilərinin üzünü görməməlidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” telekanalına müsahibəsində qeyd edib ki, Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarını qarşılıqlı şəkildə blokdan çıxarmaq barədə razılığa gəlib: “Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir. Söhbət həm yollardan, həm də başqa infrastrukturdan gedir. Bu sistemin bir hissəsi - Azərbaycan və Naxçıvan arasında ən qısa əlaqə TRIPP kimi fəaliyyət göstərəcək. Bu nə deməkdir? Ermənistan və ABŞ dəmir yolu marşrutunun inşaatçısı və əsas operatoru olacaq konsorsium yaradacaq. Konsorsium üçüncü tərəf şirkətləri cəlb edə və boru kəmərlərinin, elektrik kabellərinin və s. tikintisi və istismarı ilə məşğul ola biləcək. Hər şey qarşılıqlılığa əsaslanacaq: məsələn, biz Naxçıvan ərazisindən istifadə edərək Ermənistanın şimalını və cənubunu indi mövcud olmayan dəmir yolu ilə birləşdirə biləcəyik”.

Amerikalı sərhədçilərin bölgəyə gəlişi dəhlizin açılmasını sürətləndirə bilərmi? Rusiya buna seyrçi qalacaq, yoxsa təxribat ssenariləri üçün təzyiq rıçaqlarını işə salacaq?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Ermənistan 10 noyabr sənədini imzalayarkən Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürmüşdü, amma müxtəlif bəhanələrlə layihənin reallaşmasından boyun qaçırırdı: “Hər bir halda, Azərbaycan sülh prosesini Ağ Evə qədər aparıb çıxara bildi və dəhlizə nəzarətin Vaşinqtona verilməsi sənədi imzalandı. Azərbaycanı maraqlandıran yolun açılmasıdır və maneəsiz keçidin təmin olunmasıdır. Yəni erməni sərhəd və gömrük xidməti bizi yoxlamadan Naxçıvana gediş-gəliş haqqı bərpa ediləcək. Amma Ermənistan yoxlanış məsələsi ilə bağlı yenə bəzi bəhanələr gətirir”.

X. Bəşirov qeyd etdi ki, Paşinyan hakimiyyəti gələn ilin seçkilərinə qələbə təminatı üçün indidən ABŞ-ın gücündən istifadə etməyə çalışır: “Ona görə Zəngəzur dəhlizi ilə bağlı Ağ Evin imkanlarından yararlanmaq istəyir. Rusiya isə dəhlizi əldən vermək istəmir. Çünki onun Cənubi Qafqazda mövcudluğu üçün əsas səbəb dəhlizə nəzarəti ola bilər. Lakin Ukrayna müharibəsi Rusiyaya təsir edib və bu səbəbdən, dəhlizlə bağlı addım ata bilmir. Odur ki, yaranmış fürsətdən istifadə olunur. Fikrimcə, ABŞ dəhlizin 42 kilometrlik hissəsinə sərmayə qoyacaq. Amerikalılar isə investisiya qoyduğu yerdə sabitliyin olmasında maraqlıdır. Amerikalıların gediş-gəlişi göstərir ki, proses sürətləndirilir. Rusiya isə ya bununla razılaşmalıdır, ya da ABŞ ilə toqquşmalıdır. Rusiyanın isə ABŞ ilə toqquşmaq istədiyini düşünmürəm. Sadəcə, dəhlizin gətirdiyi dividentlər var və region ölkələri də, Qərb dövlətləri də bu logistikadan istifadə edə bilər”.

Qeyd edək ki, Ermənistanın baş naziri sentyabrın 10-da bir daha vurğulayıb ki, Vaşinqtonda imzaladığı sənədlər Zəngəzur üzərində Ermənistan suverenliyini qoruyur. O, həmin marşrut boyunca Ermənistan sərhədçiləri və gömrük əməkdaşları ilə azərbaycanlı səyahətçilərin fiziki təmasını önləmək üçün müasir texnologiyalardan istifadə olunacağını qeyd edib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalifət deputatları hökuməti Bakı və Vaşinqtonla əldə olunmuş “dəhliz razılaşması”nın detallarını bilərəkdən gizlətməkdə suçlayır. Onlardan biri Artur Xaçatryan Paşinyanın bu açıqlamasının onların iddialarını bir daha sübut etdiyini söyləyib: “Maneəsiz ünsiyyət o deməkdir ki, istənilən yol, istənilən keçid açıqdır. Amma mən sərhədi keçəndə oradakı sərhədçi məni geri qaytara bilər. Sual da məhz budur: biz azərbaycanlıları dayandıra bilərikmi? Bu suala cavab vermirlər, çünki detallara getsələr, belə reaksiya alacaqlar: "Bir dəqiqə, siz bizə tamam başqa şey demişdiniz".

Parlamentin spikeri Alen Simonyan isə Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən marşrutun Ermənistanın sərhəd yoxlamalarından azad olunması tələblərini əsaslandırıb. “Həm bizim, həm də onların yaraları hələ təzədir. Biz də adam öldürmədikmi? Azərbaycan tərəfdən də ölənlər olmayıbmı? Məsələ sərhəddə üzbəüz təmasdadır... Münasibətlərin və etimadın yenidən qurulması kimi həssas dövrdə məqsəd həmin təması minimuma endirməkdir”, - Simonyan jurnalistlərə deyib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru